Şaxta tipli atıcı qurğular
Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib. Sənədə əsasən, Rusiya və Amerika Birləşmiş Ştatları 2018-ci il fevralın 5-i tarixinə, yəni bu günə qədər qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəliblər.
Yeri gəlmişkən, SNV-3 ilk dəfə qeyri-səfərbər, yəni döyüş başlığı olmayan, təlim və sınaqlar üçün nəzərdə tutulan daşıyıcılar və atıcı qurğular anlayışını təqdim etdi.
2018-ci ildə müqavilənin yenilənməsi gözlənilir, çünki 2021-ci ilədək nəzərdə tutulan müqavilə bitir. Bu ilin yanvar ayında ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman məlumat verdi ki, silah azaldılması məsələsində iki ölkə arasındakı etimad itirilməyib - Moskva və Vaşinqton SNV-3 müqaviləsinin icrası istiqamətində uğurla çalışır.

"Biz SNV-3 ilə əlaqədar müsbət istiqamətdə işləyirik, 5 fevraldan sonra işlər daha da intensivləşəcək, bu isə ruhlandırır", - deyə səfir bildirib.
2017-ci ilin sentyabrın 1-ə qədər Rusiya 1561 nüvə başlığı, 790 atıcı qurğu və 501 səfərbər nüvə daşıyıcısına, Amerika Birləşmiş Ştatları isə 660 daşıyıcıya, 1393 nüvə başlığına və 800 atıcı qurğuya sahib idi. Nəşr olunan məlumatdan görünür ki, Rusiya limitə daxil olmaq üçün 11 döyüş başlığını azaltmalıdır.
Müasir strateji silahların əsasını nüvə silahları təşkil edir. Bəzən onlara düşmən strateji əhəmiyyətli obyektlərin məhv edilməsi üçün istifadə olunan adi başlıqlı yüksək dəqiqlikli silahları da daxil edirlər.
Təyinatına görə strateji silahlar hücum, müdafiə və məlumat-idarəetmə komponentlərinə bölünürlər. Hücum silahlarına QBR-nin yerüstü kompleksləri, strateji raketli atom sualtı gəmiləri və strateji bombardmançılar daxildir.
Rusiya Federasiyasında strateji təyinatlı raket qüvvələrdə (STRQ) SNV-3 müqaviləsi şamil olunan QBR-lər aşağıdakılardır:
RS-12M "Topol";
RS-12M2 "Topol-M";
RS-18 (NATO təsnifatında - "Stilet");
RS-20 "Dnepr" (NATO təsnifatında - "Satana");
R-36M UTTX, R-36M2 "Voevoda";
RS-24 "Yars".

Hal-hazırda STRQ tərkibinə 400-ə yaxın müxtəlif növ və güc siniflərindən olan döyüş blokları daxildir. Rusiyanın strateji nüvə silahlarının və döyüş başlıqlarının 60 faizdən çoxu qoşunlara cəmlənib. ABŞ-dan fərqli cəhətlərindən biri mobil komplekslərin yer komponentində olmasıdır. Amerika QBR yerüstü raket sistemlərini istisnasız olaraq hamısı şaxtalarda yerləşdirib, Rusiya isə şaxtalarlardan əlavə olaraq hərəkətli raket komplekslərindən geniş istifadə edir.
2017-ci ildə Strateji təyinatlı raket qüvvələri 21 yeni ballistik raket aldı. Plan üzrə istifadədə olan "Topol" sistemini onları daha müasir və mükəmməl "Yars" ilə əvəz olunur. Lakin ağır QBR olan R-36M2 "Voyevoda" raketlərinin xidmət müddətini 2027-ci ilə qədər uzatmaq qərara alınıb.
RS-12M "Topol"
RS-20 "Dnepr"
RS-12M2 "Topol-M"
Tu-160 və Tu-95 strateji bombardmançı
"Vladimir Monomax" Strateji təyinatlı sualtı raket kreyseri
RS-18 "Stiletto"
"Dmitri Donskoy" sualtı atom qayıqları
Dəniz nüvə komponentini 2017-ci il martın 1-i tarixinə ballistik raketləri ilə silahlanan 13 atom sualtı qayığından ibarət idi. Bu qayıqların əsas hissəsi altı ədəd 667BDRM layihəli və R-29RMU2 "Sineva" QBR ilə silahlanan "Delfin"dən ibarətdir.
"Borey"in soyuq nəfəsi
SNV-3 müqaviləsinin şamil olunduğu R-30 "Bulava" raketlərinin ilk sınaqları "Dmitri Donskoy" qayığından həyata keçirilib. Hal-hazırda bu raketlərlə ilə silahlanan 955 "Borey" layihəli üç sualtı gəmi: K-535 "Yuri Dolqorukii", K-550 "Aleksandr Nevski" və K-551 "Vladimir Monomax" döyüş növbətçiliyində xidmət aparır. Hər bir sualtı qayıqda 16 ədəd raket mövcuddur. Modernləşdirilən "Borey-A" layihəsi çərçivəsində daha 5 ədəd sualtı raket daşıyıcısı inşa edilir.
SNV-3 şamil olunan aerokosmik qüvvələrın "nüvə aviaparkının" əsasını Tu-160 (16 təyyarə) və Tu-95MS (təxminən 30) strateji ağır bombardmançıları təşkil edir. Yeri gəlmişkən, Tu-160 - hərbi aviasiya tarixində ən böyük, səsdən sürətli, nüvə başlıqlı qanadlı raket daşıya bilən dünyanın ən ağır döyüş təyyarəsidir.
Amerika Birəşmiş Ştatları
ABŞ-ın nüvə arsenalı 399 ədəd (ehtiyatda isə əlavə 281ədəd) şaxta bazalı, nüvə başlığı ilə təchiz olunan “Minuteman-III” ballistik raketlərindən, sualtı qayıqları Trident II (212 ədəd, ehtiyatda isə 215 ədəd) və strateji bombardmançıların qanadlı raketlərindən ibarətdir.
“Minuteman-III” raketləri Amerika Birləşmiş Ştatlarının uzun müddətdir ki, strateji çəkindirmə güclərinin əsasını təşkil edir. Raket 1970-ci ildən ABŞ Hava Qüvvələrində xidmət edir və nüvə yükünü daşıyır. Raketlər iki növ döyüş başlığı ilə təchiz olunur. Uçuş aralığı 13 min km-dən çoxdur. Vayominqe, Şimali Dakota və Montanadakı üç bazada təxminən 450 ədəd bu raketlərdən mövcuddur.
“Trident II” daşıyıcıları, hər birində 24 raket olan "Ohayo" tipli sualtı qayıqlardır. “Trident II”, müstəqil yönələn və ayrılan başlıqla təchiz olunan üç mərhələli sərt yanacaqlı QBR-dir. Məlumdur ki, ABŞ donanması bu raketlərin ömrünü uzatmaq üçün bir proqramı tamamlayır. Amerika mütəxəssislərin qiymətləndirməsinə görə, “Trident” ABŞ strateji daşıyıcıları arsenalında ən etibarlısıdır.
“Minuteman III” raketinin Kaliforniyanın Hərbi Hava Qüvvələri bazasından buraxılması
"Ohayo" sinifində USS "Wyoming" sualtı qayığı
B-1B bombardmançısı
B-2A "Spirit"
Atlantik Okeanında olan USS "Tennessee" sualtı qayığından Trident II raketinin buraxılması
B-52H bombardmançısından AGM-86B qanadlı raketi buraxılır
11 B-2A və 38 B-52h - Pentaqon ağır bombardmançılar siyahısına 49 təyyarə də əlavə edib: 11 ədəd B-2A və 38 ədəd B-52h. Digər 9 ədəd B-2 və 8 ədəd B-52 ehtiyatdadır.
B-52H "Tomaqavk" qanadlı raketləri ilə birgə B61 bombasını daşıya bilir. Onlar 0,3 dən 400 kilotona qədər müxtəlif gücdə termonüvə başlıqlarla təchiz olunurlar. Bomba səsdən yüksək sürətdə belə ön asqılarda daşınmaq üçün uyğunlaşdırılıb. Ümumilikdə, B61-in 12 modifikasiyası var, sonuncu sınaqdan keçirilir. Amerika Alimlər Federasiyasının informasiya layihələrinin direktoru Hans Xristensenin sözlərinə görə, 12-ci versiya ABŞ HHQ-də idarə olunaraq müstəqil enən ilk bomba oldu. Onun yerləşdirilməsi 1980-ci ildən NATO-nun ən əhəmiyyətli nüvə müasirləşməsi olacaq.
ABŞ Hava Qüvvələrinin ən bahalı təyyarələrinin siyahısını açıqlandı
Ağır, stels texnologiyaya sahib strateji B-2A "Spirit" bombardmançısı ABŞ Hava Qüvvələri parkında ən bahalı təyyarədir. 1998-ci kimi, B-2 dəyəri 1,16 milyard dollara bərabər idi. Proqramın dəyəri təxminən 45 milyard dollar idi. B-2 qeyri-adi görünüşə malikdir. Təyyarə 16 atom bombası və ya 907 kq çəkidə 8 idarə olunan lazer başlıqlı raket, yaxud da hər biri 227 kq olan 80 ədəd bombanı Missuri ştatının Uaytmen aviabazasından dünyanın istənilən nöqtəsinə çatdıra bilər. Uçuş sahəsi 11 min km-dir.
Başqa bir bombardmançı - B-1B ötən əsrin 1970-ci ildə Sovet İttifaqına nüvə zərbəsi endirmək məqsədilə yaradılıb. 1990-ci ildən adi silahlara keçmək üçün davamlı dəyişikliklərə məruz qalır. Buna görə də SNV-3 dövrü başa çatdıqdan sonra ABŞ ordusu bu təyyarələri nüvə silahı daşıyıcısı kimi istifadə etməyi planlaşdırmır.
Hərbi ekspert Ədalət Verdiyev
Analiz
Ordu.az-a məxsusdur