2027-ci ilə doğru: Suriyada xüsusi əməliyyatın nəticələri – ANALİZ

2018/02/sso_rossiijpg6546_1517579466.jpg
Oxunub: 8270     21:03     02 Fevral 2018    
2018-ci ilin yanvarın 30-da Rusiya prezidenti Vladimir Putin Milli Müdafiənin İdarəetmə Mərkəzini ziyarət edərək Suriyada hərbi əməliyyatların təcrübəsinin ümumiləşdirilməsinə və yekunlarına həsr edilən hərbi-praktik konfransda iştirak edib. Konfransda Putin Suriya Ərəb Respublikasında Rusiya silahlarından istifadə təcrübəsini öyrənilməsinə, eləcə də bu silahların döyüş əməliyyatları zamanı aşkar edilən çatışmazlıqlarının aradan qaldırılması üçün dinləyicilərə çağırış edib. Bundan başqa, Putin Rusiya hərbi sənaye kompleksinin nümayəndələrinə gördükləri işlərə və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edib.

Vladimir Putinin sözlərinə görə, Suriyada xüsusi əməliyyat zamanı təchizatlı terrorçu qrupların məhv edilməsi bir daha dünyaya Rusiya ordusunun və donanmasının gücünü nümayiş etdirdi və rus istehsalı silahların ənənəvi səmərəliliyini və etibarlılığını göstərdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 215 müasir və perspektiv silah Rusiya ordusu tərəfindən Suriyada tətbiq olunub.


Rusiya hərbçiləri tərəfindən hava və dəniz bazalı yüksək dəqiqlikli, uzunməsafəli raketlərin istifadə təcrübəsi müsbət qiymətləndirilib. Hər şeydən əvvəl "Kalibr" və X-101 qanadlı raketləri qeyd olunmalıdır. Bununla yanaşı, Suriyada ilk dəfə Rusiyanın strateji və göyərtə təyyarələri döyüş şəraitində istifadə olundu. Əməliyyatlarda taktiki aviasiyanın və pilotsuz uçuş aparatlarının fəaliyyətini prezident müsbət qiymətləndirib. S-400 və "Pantsir" hava hücumundan müdafiə sistemləri qırıcılarla bərabər vəzifələrinin öhdəsindən gələrək, Suriyanın hava məkanında RF HKQ-nin havada üstünlüyünü təmin edə bildilər. SƏR-in səmasında Rusiya ilə yanaşı, bir çox ölkələrin böyük aerokosmik qruplarının fəaliyyətinə baxmayaraq, RF HKQ hərbi əməliyyatlar çərçivəsində hava mübarizə məkanında vəziyyət üzərində daim ciddi nəzarət etməyə nail oldu.

"Kalibr" qanadlı raketlərinin ilk döyüş istifadə proqramı 2015-ci ilin oktyabrın 7- də (Putinin ad günündə) Xəzər dənizinin akvatoriyasından həyata keçirildi. Xəzər Donanmasının dörd gəmisi: "Dağıstan" RK və üç KRK - "Qrad Sviyajsk", "Velikii Ustyuq" və "Uqliç" 1500-dən çox km məsafədə yerləşən Suriyalı terrorçuların 11 hədəfini məhv etmək üçün 26 qanadlı raket buraxdılar. 2015-ci ilin dekabrın 8-də 636.3 "Varszavyanka" layihəli "Rostov -Don" dizel-elektrik sualtı gəmisindən ilk dəfə "Kaliber-PL" sualtı qanadlı raketlərinin buraxılışı həyata keçirildi. Ümumilikdə Suriyada Rakka ərazisindəki İŞİD-in iki böyük məntəqəsinə gəmidən iki raket zərbəsi endirildi.


"Kalibr" ailəsinin məxsus raketlərinin əməliyyat və texniki xüsusiyyətləri:

- Dəniz hədəflərinə qarşı atəş məsafəsi 375 km
- Yerüstü hədəflərə qarşı - 2600km
- Kalibr - 533 mm
- Fuqas, qəlpəli, qəlpəli-fuqas və topredo tipli taletlər mövcuddur
- Uzunluqları 620 mm-dən 822 mm qədər
- Sürətləri 0.8dən 2.9 Maxa qədər
"Kalibr-PL" sistemi 533 mm torpedo qurğusu olan hər hansı bir sualtı qayıqda quraşdırıla bilər.


Radiolokasiya görüntülüyünü azaltmaq üçün yeni texnologiyalardan istifadə olunaraq layihələndirilən "hava-yer" tipli X-101 qanadlı raketləri də ilk dəfə Suriyada 2015-ci ilin noyabrın 17-də Tu-160 strateji bombardmançı-raket daşıyıcılarından 16 raketlə zərbə endirilərək "xaç suyuna" saldılar.


X-101
- Uzunluğu, 745mm
- Diametri, 742mm
- Çəkisi 2200-2400 kq
- Döyüş başlığının çəkisi 400 lq
- Sürəti maksimum 250-270 m/s
- Uçuş məsafəsi 4500-5500 km-ə qədər
- Daşıyıcılar:
Tu-95 təyyarəsinin xarici asqılarında 8 raket
Tu-160 təyyarəsinin iki daxili bölməsində 12 raket
X-101 raketinin nüvə versiyası X102~ 1 Mt gücündədir.


Rusiya Hərbi Dəniz Donanmasının qüvvələri Suriyadakı əməliyyatlar əsnasında HKQ-lə birgə fəaliyyət göstərdilər. Gəmilər və sualtı gəmilər terror təşkilatının infrastrukturuna və mövqelərinə nöqtəvi və konsentrasiya edilən raket zərbələri endirdilər. Bununla yanaşı, döyüş əməliyyatlarında ilk dəfə Su-33 və MiQ-29K təyyarələri "Admiral Kuznetsov" ağır təyyarə daşıyıcısınının göyərtəsindən 2016-cı ilin noyabrın 15-də əməliyyatlara qatıldılar. Rusiya təyyarə daşıyıcısından havalanan göyərtə qırıcıları terrorçuların idarəetmə məntəqələrinə, qərargahlarına, dayaq məntəqələrinə və döyüş mövqelərinə zərbələr endirdi. İki ay ərzində göyərtə aviasiya pilotları terror təşkilatının obyektlərinə 117-si gecə olmaqla, 420 döyüş uçuşu həyata keçirdilər.


Su-33 göyərtə qırıcısının taktiki texniki göstəriciləri:

- Ekipaj: 1 nəfər
- Qanad uzunluğu: 7.40 m qatlandığı zaman, 14.70 m tam açılarkən
- Uzunluğu: 21.94 m
- Hündürlük: 5.93 m
- Boş çəkisi: 18400 kq
- Yüklü çəkisi: 29940 kq
- Uça biləcəyi maks. çəki: 33,000 kq
- Mühərrik : 2xLyulka AL- 31F
- İtələmə qüvvəsi: 123 kN
- Maksimum sürət:Mach 2.17, 2.300 km/s ( 10,000 m yüksəklikdə)
- Maksimum yüksəklik: 17.000 m
- Uçuş məsafəsi: 3.000 km
- Radar: RLPK-27K.


Suriyada keçirilən hərbi əməliyyatlar zamanı Hmeymim və Tartus bazalarını Rusiyanın 57 müdafiə sənayesi müəssisəsinin və müvafiq elmi təşkilatların 1200-dən çox nümayəndəsi ziyarət edib. Bu mütəxəssislərin işi sayəsində bütün silah və hərbi texnika nasazlıqlarının 99 faizi tez bir zamanda aradan qaldırıldı.

Bu münasibətlə Putin bütün MSK işçilərinə təşəkkür etdi – Rusiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində mühəndislərin, konstruktorların və digər mütəxəssislərin töhfələrini yüksək qiymətləndirildi. Putinin sözlərinə görə, SƏR-də Rusiya ordusu bu gün dünyanın aparıcı ordulardan biri olduğunu, Rusiya ordusunun silah sistemləri və avadanlıqlarının isə analoqunun olmadığını nümayiş etdirdi.

Eyni zamanda, Putin Suriyada müəyyən silah və hərbi texnikaların bəzi mənfi cəhətlərinin olduğunu ifadə edərək, müdafiə sənayesi və hərbi nümayəndələri buludlarda uçmamağa çağırıb. Bunu bizim hərbçilərimizin - Suriyadakı münaqişələrin birbaşa iştirakçılarının və obyektiv nəzarət orqanlarının məlumatları da sübut edir. Rusiya prezidenti iştirakçılara diqqətlə məlumatları öyrənməyi, silah və texnikanın mövcud modellərini istənilən səviyyəyə gətirmək üçün əlavə araşdırma, təkmilləşdirmə işləri və sınaqlar apardıqdan sonra kütləvi istehsala start vermələrini istəyib. Bu məsələləri daim diqqət mərkəzində saxlamaq üçün Rusiya müdafiə nazirliyinə, müdafiə sənayesi müəssisələrinə və konstruktor bürolarına ciddi göstəriş verilib. Putin silah və avadanlıq modellərinin bəzi növləri üçün müəyyən çatışmazlıqların artıq bütün şöbələrinin sıx əməkdaşlığı çərçivəsində dərhal aradan qaldırıldığını da qeyd edib.

Yerli müdafiə sənayesinin uğurlarını qeyd edən Rusiya prezidenti nazirliyin məlumatına əsaslanaraq, vəziyyətin yaxşı olduğunu vurğulayıb: parklarda və hərbi bazalarda olan demək olar ki, bütün hərbi texnika 94 faizi saz vəziyyətdədir. Rusiya ordusunun müasir silahlarla 60 faizi demək olar ki, təmin olunub. Proqramın bir hissəsi qoşunları yeni zərbə və kəşfiyyat sistemləri ilə təchiz ediləcək. Rusiya ordusunun gələcək inkişafını təmin edəcək yeni nəsil silah sistemlərinin yaradılması üçün hərbi-sənaye kompleksi texnoloji ehtiyata malik olmalıdır.

Artıq 2027-ci ilə qədər Dövlət Silahlanma Proqramının həyata keçirilməsinə hökumət 20 trilyon rubl sərf edəcək. Bunun 19 trilyon rublu silah və hərbi texnika alınmasına, təmirinə və yaradılmasına sərf olunacaq. Xüsusi olaraq hava, yer və dəniz bazalı müasir yüksək dəqiqlikli silahlarla, yeni rabitə, kəşfiyyat və radio elektron mübarizə vasitərilə, zərbə tipli PAU-larla, şəxsi heyətin yeni ləvazimat və avadanlığlarla təchizatına diqqət yetiriləcək.

Rusiya hərbi rəhbərliyin səsləndirdiyi məlumatlara görə, yaxın onillikdə Strateji Təyinatlı Raket Qoşunları üçün yeni "Sarmat", S-500 ZRK və səsdən sürətli gəmi əleyhinə "Sirkon" raketləri üzərində işlər davam etdiriləcək.

Yeni "Sarmat"raket ikipilləlidir. Maye raket mühərrikləri hər iki tərəfdən yanacaq baklarının yanındadır. İlk pillədə R-36 M "Voevoda" raketinin modernləşdirilmiş RS-99 mühərrikindən istifadə olunur. Bunun sayəsində saniyədə 7 kilometr məsafəni qət edən raket 40 meqatonluq gücə malik olub. Yəni "Sarmat"dakı döyüş başlıqlarının ümumi nüvə partlayışı gücü Xerosima və ya Naqasakidəki partlayışlardan 2 min dəfə artıqdır.

Həmçinin "Armata", "Bumeranq" və "Kurganets" layihələri üzərində çalışmaları bitirmək, T-90M (T-90MS ixrac versiyası) tanklarını qoşunlara təslim etmək, T-80 tanklarının T-80BVM səviyyəsinə qədər dərin modernləşdirilməsinin həyata keçirilməsi planlaşdırılır. Ayrıca, bu proqram çərçivəsində son beşinci nəsil qırıcı Su-57-nin və yeni MİQ-35-in silahlanmaya qəbulu gözlənilir, T-95MS, Tu-160M və Tu-22M3 strateji bombardmançılarının modernizasiyası və PAKDA kimi tanınan uzun mənzilli perspektiv aviasiya kompleksinin yaradılması proqramı da nəzərdə tutulur.


T- 90M tankının əsas taktiki texniki xüsusiyyətləri

- Çəkisi - 46.5 - 50 ton
- Uzunluğu - 9.53 m (qüllə ilə birlikdə)
- Eni - 3.73 m
- Hündürlüyü - 2.23 m
- Ekipaj - 3 nəfər
- Zireh - 830 mm + Kontakt 5 ERA
Əsas silahı: 9M119M "Refleks-M" TƏİRK və 125mm-lik yivsiz top
Köməkçi silahı: 12.7 mm NSVT və 7.62 mm PKT pulemyotu


Rusiya HDQ üçün 2027-ci ilə qədər Dövlət Silahlanma Proqramı çərçivəsində iki ədəd strateji məqsədli "Borey-B" atom sualtı gəmilərinin (layihə 955A daha da inkişaf etdirilə formada) və yüksək dəqiqlikli "Sirkon" raketləri ilə təchiz edilən gəmilərin tikintisi planlaşdırılır. Həmçinin 2025-ci ilədək Ka-52K "Katran" hücum helikopterlərinin iki aviadaşıyıcısını HDQ təqdim etmək planlaşdırılır.


"Sirkon" raketinin taktiki və texniki xüsusiyyətləri:

- Atəş məsafəsi - 400 - 600 km
- Uzunluğu - 8-10 m
- Sürəti - 4-6 M (sınaqlarda 8 M-ə çatıb)
- Döyüş başlığının çəkisi - 300-400 kq


2027-ci ilə qədər Dövlət Silahlanma Proqramı çərçivəsində Strateji Təyinatlı Raket Qoşunları yeni "Sarmat" və "Rubej" qitələrarası ballistik raketləri qəbul etməlidir. Bundan əlavə, RF HKQ- in keçmiş Komandanı, hazırda Federasiya Şurasının müdafiə və təhlükəsizlik, komitəsinin sədri Viktor Bondarev sözlərinə görə, strateji raket sistemlərini yeniləmək planlaşdırılır: "Topol" komplekslərini istismardan çıxarılacaq və onlar yeni "Yars" sistemləri ilə əvəz olunacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Rusiya-SQ  


Bizi "telegram"da izləyin