Partladıcının sıxılması: Qərbin məğlubiyyəti Çinin hücumu ilə davam edəcək – ANALİZ

2018/01/56456456_3034070690.jpg
Oxunub: 2107     10:56     27 Yanvar 2018    
Ərəb baharının uğursuz sonluğu, Qərb sivilizasiyasında anti-liberal üsyanın başlanğıcı, onun kontinental və transatlantik komponentlərə bölünməsi, Pxenyanın nüvə raket qalxanına sahiblənməsi, Türkiyənin hərbi-siyasi mövcudluğunu artırması, Çin KP XIX- cu qurultayında yeni geosiyasətin elan edilməsi- nadir illər bu qədər yaddaqalan hadisələrlə zəngin olub. 2017-ci ili bütövlükdə bəşəriyyət üçün şişirtmədən inqilabi bir il hesab edilə bilər. Gələcək onilliklər üçün planetar proseslərin inkişafı üçün əsaslar qoyuldu.

Rusiyalıların 2017-ci ildən gözləntiləri 1917-ci illə müqayisədə çox idi. Bənzərlik bir çox parametrdə mövcud idi. Cəmiyyət təbəqələrə ayrılıb, mənəvi orientirlər itib, elita və xalq arasında sosial siyasi qarşıdurma yaranıb, Moskvadan asılı olan ölkələrdən gələn daxili və xarici siyasətdə qüsurlu suverenlik, xarici texnologiya və təchizatı, müharibə aparılması, vətənpərvərlik ritorikası və liberal iqtisadi siyasət arasında ziddiyyət və ölkənin iqtisadi həyatında kosmopolit oliqarxların üstünlüyü...

""Ərəb Baharı" uğursuzluğa düçar oldu, Qərb heç bir geosiyasi hədəflərinə nail ola bilmədi".

Fərqlər də var. 1917-ci ildəki vəziyyətlə müqayisədə Rusiyanın bu gün Qərblə açıq qarşıdurmada olmasını göstərmək olar. Sabitliyi təmin edəcək faktorlar arasında hələ tam tükənməyən Sovet İttifaqından qalan ehtiyatların mövcudluğunu, 25 illik çalxalanmalardan yorulan xalqın Birinci Dünya müharibəsi kimi genişmiqyaslı müharibədə iştirak etməməsi, beynəlxalq müvəffəqiyyətin əldə olunmasını qeyd etmək lazımdır.

Suriya münaqişəsində Rusiyanın iştirakı əsas qıcıqlandırıcı amil deyil, Rusiya cəmiyyətində vəziyyətə dair mənfi təsirlər cüzidir, lakin təsirli təbliğat nəticəsində müsbət və qlobal ictimai maraq çox böyükdür. Real müxalifətin olmamasını da qeyd etmək lazımdır, xüsusilə federal təşkilatlarda liberal-oliqarxların olmaması, 1917-ci ildən fərqli olaraq ali orqanların Rusiya prezidentinə tam tabe olması halları Rusiyaya ciddi silkələnmədən qaçmağa imkan verdi.

Buna görə də, Böyük Oktyabr Sosialist İnqilabının 100 illik yubileyi Rusiya üçün nisbətən sakit keçdi və eyni zamanda dünya və geosiyasət üçün 2017-ci il bütövlükdə bir dönüş nöqtəsi olduğunu göstərən hadisələrlə dolu idi.

"Ərəb baharı"nın qürubu

İlk növbədə İŞİD-lə müharibənin bitməsi barədə Rusiya prezidentinin elanını xatırlayaq. Bu gün bir çoxları terrorçular üçün Putinin sözlərinin heç bir məna daşımadığını və Suriyadakı aviabazaya hücum etdiklərini vurğulayırlar. Burada müharibənin sonu ilə ayrıca terror ocaqlarının söndürülməsi arasında xətt çəkmək lazımdır. Suriyada müharibə bütün yaşayış məntəqələrinin işğaldan azad edilməsi ilə sona çatdı. Yerli və digər ölkələrdən gələn terrorçulardan formalaşan İŞİD və digər terrorçu qruplar partizan müharibəsinə qonşu dövlətlərin ərazisindən davam edəcək. İŞİD bir varlıq kimi öz mövcudluğunu itirib və bu, müharibənin sonu deməkdir. Belə ki, nasist Almaniyasının məğlubiyyətindən sonra, 10 ildən çox müddətdə SSRİ-də "Meşə qardaşları" və Ukrayna millətçiləri ilə mübarizə davam etdi.

Bunun yalnız Suriyaya aid yerli bir hadisə olduğu görüntüsü yarana bilər. Əslində isə 2011-ci ildən Yaxın Şərqdə və Şimali Afrikada baş verən sarsıntılı münaqişə zənciri baxımından daha geniş spektrdə baxmaq lazımdır. "Ərəb baharı" başlayırdı. Bütün əlamətlər bölgəni son dərəcə qısa müddətdə qaynadan bir sıra sosial partlayışların xaricdən qaynaqlandığını göstərirdi.

Sürətli oxşar ssenarilər, Qərb dünyası liderlərinin dərhal reaksiyası, hədəf ölkələrin liderlərinə qarşı etiraz edənlərin tələblərinin dəstəklənməsi və hədəf ölkə rəhbərlərinə hakimiyyəti təhvil vermək haqqında "uzaqgörən" çağırışlar - bütün bunlar ssenarinin Vaşinqton, London və Paris ilə birbaşa bağlı olduğunu göstərirdi. Bütün bu hadisə, qarşılıqlı məqsəd, metod və formaları cəlb olunan qüvvə və vəsaitlərin miqyasına görə qlobal və regional vəziyyəti dəyişmək məqsədi daşıyan vahid geosiyasi əməliyyat hesab etmək üçün bütün əsaslar mövcuddur.

Bunu qeyd etmək vacibdir: Suriyada "ərəb baharı" İŞİD məğlubiyyəti ilə tam uğursuzluqla başa çatdı, Qərb geosiyasi hədəflərinin heç birinə nail ola bilmədi.

Bundan əlavə, Qərb, əsasən qaçqınlarla bağlı bir çox problemlər əldə edərək bölgədə təsirini itirdi. Bunlar məğlubiyyət əlamətləridir. Əməliyyatın əsas məzmunu hibrid və ənənəvi silahlı münaqişələrdən ibarət olduğuna görə, bu, hərbi məğlubiyyət hesab oluna bilər. Nəhayət 2017-ci il, İŞİD üzərində qələbə ili kimi formalaşdı.

Qloballaşmaya alternativ

Geosiyasi uğursuzluqlar, anti-liberal üsyan anlayışına birləşdirilə bilən Qərb elitası tendensiyaları üçün son dərəcə təhlükəli bir şəkildə ortaya çıxmasına səbəb oldu. Əslində, bu, transmilli elitanın və onların marionet oyuncaqlarının hökmranlığına qarşı etiraz idi. Ən maraqlısı isə budur ki, Rusiyada tam fərqli şəkildə həm sağ, həm də sol qüvvələrin birləşməsi baş verdi. Rusiyada bu, liberal rejimə real müxalifət olan kommunist partiyasından milli vətənpərvərlərə qədər geniş bir cəbhənin prezidentliyə vahid namizəd irəli sürülməsində öz əksini tapdı. Qərbdə anti-liberal inqilabın başlanğıcı, əksəriyyəti başa çatana qədər qeyri-mümkün hesab olunan hadisələrlə qeyd olundu. Bu seriyada ilk hadisə Donald Trampın prezident seçilməsi oldu. Seçki Kollegiyası 2016-cı il dekabrın 19-da qərar çıxardı, lakin Tramp tərəfindən Prezident səlahiyyətlərinin tam əldə edilməsi 2017-ci ilin əvvəlində baş tutdu. O, biznes təbəqəsinin maraqlarını qoruyaraq xarici və daxili siyasətində transmilli şirkətlərin təsirindən ölkənin tam suverenliyinin bərpası istiqamətində fəaliyyətini qurdu. Qərbin bəzi siyasi partiyaları Trampın qələbəsini öz müvəffəqiyyəti kimi qələmə verirdi.

"Cavab Suriyadakı ABŞ bazalarına qarşı hücumlar ola bilər, "yanlış" zərbələr birbaşa silahlı qarşıdurmaya qədər inkişaf edə bilər".

İkinci tura Fransa seçkilərində Marin le Pen qaldı. O məğlub olsa da, Makronun qalibiyyəti tükdən asılı idi. Bu, Fransa milli qüvvələri üçün çox böyük bir uğurdur, transmilli və liberal fundamentalistlər üçün isə ciddi bir xəbərdarlıqdır - növbəti seçkilərdə rəqiblər qalib gələ bilərlər. Almaniyada da vəziyyət yaxşı deyil: "Almaniya üçün alternativ" güc qazanır. 25 min nəfərlik üzvləri ilə yalnız beş il bundan əvvəl meydana gələn (2013-cü il fevralın 6-da yaranıb), Bundestaqa seçkilərdə 709 yerdən 94-nü (13%), yerli özünüidarəetmədə isə 1821 yerdən 166-nı (9%) əldə edib. Çox yaxşı başlanğıcdır. Bir çox insan bu gün "alternativ" partiyası ilə neo-faşist partiyası arasında paralellər qurmağa çalışır. Lakin liberal fundamentalizm və milli qüvvələr arasındakı qarşıdurma kontekstində bu partiyanın müvəffəqiyyəti əvvəlkilər üçün həyəcanverici bir siqnaldır. Almaniyada onlara soldan da hücum edilir. Nəticədə, bu günədək hökumət formalaşmayıb, ən tezi martda nəticələr məlum olacaq.

Əlbəttə ki, Breksiti xatırlamasaq olmaz. Böyük Britaniyanın Avropa İttifaqından çıxarılması ilə bağlı referendum 2016-cı ildə keçirilsə də, əsas nəticələr 2017-ci ildə aydın oldu. Macarıstanın Baş Naziri və Çexiya prezidentinin Avropa Birliyində liberal fundamentalizmin üstünlüyünə qarşı ilk yüksək səviyyəli "üsyançılar" kimi tarixə düşdülər.

2017-ci ildə başlanan liberal fundamentalizm "qiyam"ı tezliklə daha da sürətlənəcək.

Qərb sivilizasiyasında fundamental "tektonik" proseslər formalaşaraq güclənməkdə davam edir. Onlar "mərkəzdənqaçma" xarakteri daşıyırlar. Aydın formada kontinental Avropanı London-Vaşinqton Atlantik oxundan ayırma prosesinə Breksitlə start verilib və bu proseslərə Trampın, NATO-nun faydasızlığı, Birləşmiş Ştatların bütün blokun hərbi xərclərinin yükünü çəkmək istəmədiyi, Transatlantik tərəfdaşlıqdan imtina ilə bağlı bəyanatları xüsusi güc verdi. Nəticədə, Avropa Birliyi "Avropa Ordusu" haqqında ciddi fikirləşməyə başladı. Onun yaradılmasının NATO-nun əhəmiyyətini azaltmayacağını iddia etsələr də, hər kəs blokun köhnə Avropanın təhlükəsizliyini təmin etməkdən imtina etdiyini başa düşür.

Partladıcının sıxılması

2017-ci ildə Avrasiya üçün inqilabi bir hadisə baş verdi: Türkiyə Suriya məsələsində İran və Rusiya ilə ittifaq qurdu və bu cəmiyyətdə ABŞ hər hansı bir rolda görünmür. Bir neçə il bundan əvvəl belə bir mənzərəni təsəvvür etmək qeyri-mümkün idi. Türkiyə həmişə ABŞ-ın etibarlı müttəfiqi olub, NATO-nun cənub tərəfindəki əsas döyüşçüsü olaraq Rusiyanın Aralıq dənizinə girişinə maneə törədib. Eyni şəkildə Ankaranın Rusiyanın S-400 havadan müdafiə sistemlərini almaq qərarını da inqilabi hesab etmək olar. Burada müəyyən müsbət və mənfi cəhətlər var, onlar müzakirə oluna bilər. Lakin əsas odur ki, NATO-nun cənub cinahında aparıcı ölkəsi Rusiyaya tərəf meyl edir, ondan mürəkkəb və müasir silah sistemi almaqla özünü dünənə qədər əks qütbdə dayandığı Rusiyanın hərbi-texniki asılılıq vəziyyətinə razılıq verir. Əlaqələrin gələcək inkişafinı zaman göstərəcək və Rusiya rəhbərliyinin adekvat cavab tədbirləri həlledici olacaqdır.

"Amerikalı siyasətçilərin çıxışlarında KXDR-ə qarşı düşmənçilik azalır".

2017-ci ildə baş verən daha bir əlamətdar hadisəni vurğulamaq lazımdır. Suriyada iki koalisiya arasında qarşıdurma formalaşdı: ABŞ-ın himayəsi altında şərti olaraq Qərb və Rusiyanın rəhbərliyi altında Şərq koalisiyası. Birincinin tərkibinə ABŞ-ın nəzarətində olan müxtəlif terror təşkilatları ilə yaradılan İŞİD əleyhinə qruplaşmalar daxil idi, ikincinin tərkibinə isə Rusiya, İran və Suriya, habelə Livanın “Hizbullah” qruplaşması daxil idi. Türkiyədə baş verən ABŞ "qulaqları" aydın görünən uğursuz çevriliş cəhdindən sonra rəsmi Ankara Şərq koalisiyasına tərəf meyl etdi. Digər səbəb isə bu vəziyyətdə Ankaranın maraqlarını Vaşinqtonun nəzərə almaq istəyinin olmaması oldu.

Eyni zamanda, 2017-ci ildə Suriyadakı silahlı mübarizənin çox hissəsi bu koalisiyalar arasında bir "proksi" müharibə kimi, yəni özgə əlləri ilə keçirilirdi. ABŞ utanmadan müxtəlif terrorçuları dəstəkləməyə təşəbbüs göstərməkdə davam etdilər və bu, onları bir çox "qaynar qazanlar"dan xilas edərək qorumağa zəmin yaratdı. İŞİD-in məğlubiyyətindən sonra ABŞ Suriyadakı müharibə üçün yeni bir ordunun- YPG-nin hazırlanmasına başladı. "Hmeymim" bazasına yeni il ərəfisində baş verən hücum, ABŞ-ın hər iki koalisiyanı "proksi" müharibədən birbaşa münaqişəyə başlamaq kimi riskli bir layihəsi olduğu ortaya çıxdı. Bütün bunlara cavab Suriya və hətta qonşu ölkələrdə ABŞ bazalarına Rusiya Aerokosmik Qüvvələrinin "yanlış" zərbələri ola bilərdi və bu, üçüncü dünya müharibəsinin bir partlayıcı-detonatoru ola bilərdi - çünki koalisiyaların nüvəsi artıq formalaşıb və artıq partlayışa çox yaxındır.

Strategiyalar və yol yoldaşları

2017-ci il Sakit okean üçün də əlamətdar il oldu. Ən mühüm hadisə Şimali Koreyalılar tərəfindən tam hüquqlu bir nüvə raket qalxanının meydana gəlməsini qeyd edən "Xvason-15" raketinin müvəffəqiyyətli sınağından ibarət oldu. Təxminən 4500 kilometr hündürlüyə çatan və min kilometrdən bir qədər az uçan döyüş başlığı dənizə düşdü. Yəni optimal traektoriya ilə raket təxminən 12 min kilometr məsafəni qət edə bilər.

KXDR tam bir QBR-ə sahib oldu və bunun sayəsində ABŞ-a nüvə zərbəsini təmin etmək qabiliyyətini təmin etdi. Dəfələrlə ABŞ rəsmilərinin bəyanatları nəticələrə təsir göstərə bilmədi. KXDR ilə Cənubi Koreya arasında zirvə toplantısı çərçivəsində danışıqlar prosesi başlandı. Amerika siyasətçilərinin çıxışlarında düşmənçilik əhəmiyyətli dərəcədə azalıb. Prezident Putin Kim Çen İni yetkin dövlət adamı kimi qiymətləndirdi. Şimali Koreyalı idmançıların Olimpiya Oyunlarına qatılması məsələsi tez bir zamanda həll edildi. Qeyd edək ki, koreyalılar rusların bayraqsız iştirak etmək təklifi aldıqları Olimpiadada ümumi bayraq altında çıxış edəcəklər.

Bu, dopinq məsələsi deyil, görünür Şimali Koreya elitası aktivlərini xarici banklarda saxlamır. Onlar ümumiyyətlə saxlamaq üçün kapitallarını ölkədən çıxarmırlar, ruslara isə öz torpaqlarında pul qoymağa yer tapılmır. Demək olar ki, Koreya yarımadasında hərbi münaqişə şansları minimuma endirilib.

Şimali Koreya nümunəsi iqtisadi cəhətdən daha zəngin və böyük dövlətlərin Qərbin fitvasına gedərək nüvə və raket proqramlarını ləğv edib təcavüz qurbanına çevrilən milyonlarla vətəndaşını itirən dövlətlər fonunda xüsusilə ziyanlıdır. Bu, əsasən Liviya və İraqa aiddir.

Əlbəttə ki, Çin KP-nin XIX qurultayı dünya geosiyasəti üçün bir hadisə oldu. Çinin yeni kursu elan edildi - "ümumi yol" ölkələrinin birliyinin yaradılması. İki kürsüdə oturmağa çalışan kapitalist Rusiya elitası bu konsepsiyaya uyğun gəlmir. Buna görə də Çin artıq strateji müttəfiq hesab edilə bilməz. Yalnız taktiki tərəfdaş, dostluq münasibətləri və Amerika Birləşmiş Ştatları qismində ümumi rəqibin olması, eləcə də cari iqtisadi maraqlar, ilk növbədə Rusiyanın resurs bazası və qismən elmi-texnoloji donor kimi istifadəsi Çin ilə Rusiyanın münasibətlərinin əsasını təşkil edir. Pekin tam miqyaslı bir geosiyasi hücumun başlanğıcından əvvələr də bəhs edirdi. Ancaq XIX Qurultaydan sonra, Çinin müttəfiqləri (və dolayısı ilə rəqibləri) açıq-aydın adları çəkildikdən sonra ölkənin bütün hədəf və məqsədləri daha dəqiq konturlara sahib oldu.

Yeri gəlmişkən, Çində uzun müddət yaşayan və işləyən bəzi ekspertlərin fikrincə, sosialist ideyanın və KP-nin Rusiya tərəfindən rədd edilməsindən sonra rəsmi Pekin Oktyabr inqilabının beşiyinin ruhən yaxın dövlət kimi qəbul olunmasından imtina etdi. Bundan başqa, Pekində "milli utanc" illərində Çinin müvəqqəti zəifliyinə sevinənləri xatırlayırlar. Bu ölkələr arasında Rusiya İmperiyası da olub. Çinlilər Rusiya İmperiyası və SSRİ-ni fərqləndirə bilirlər. Birincisi, onlar tərəfindən düşmən, ikincisi isə xilaskar və dost kimi (biz Stalin dövlətindən bəhs edirik) qiymətləndirilir.

Analiz Konstantin Sivkovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Ərəb-baharı   Suriya-böhranı   KXDR   Donbas  

Xəbər lenti

Partladıcının sıxılması: Qərbin məğlubiyyəti Çinin hücumu ilə davam edəcək – ANALİZ

2018/01/56456456_3034070690.jpg
Oxunub: 2108     10:56     27 Yanvar 2018    