"Uçurum" üzərindən uçuş: Daşaltı əməliyyatı ermənilərin dili ilə - ARAŞDIRMA (FOTOLAR)

2018/01/dashalti-riad_1516955378.jpg
Oxunub: 24605     16:22     26 Yanvar 2018    
25 yanvar 1992-ci il axşam saat 20:00 radələrində başlanan Daşaltı əməliyyatı bu gün də öz aktuallığını və daxilindəki müəmmalı vəziyyətini əhəmiyyətli şəkildə saxlayır. Yalanlar daxilində əsaslı bir doğrunun olması prinsipi ilə Daşaltı əməliyyatının kölgədə qalmış hisəsini yəni, erməni tərəfinin əməliyyat haqqında məlumatları aydınlaşdırdıq. Daşaltı əməliyyatını keçirmək,ümumiyyətlə Daşaltı istiqamətinə əməliyyat hazırlamaq zəruri idimi?

Erməni tərəfinin verdiyi məlumata görə, bu əməliyyat Azərbaycan Ordusu üçün həlledici və olduqca əhəmiyyətli bir döyüş idi. Polkovnik Vahan Arseyan və Arkadi Ter-Tadevosyan Daşaltı döyüşü ilə bağlı xatirələrində əməliyyat daxilində bir çox müəmmalı hissələri açır. Həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edirdi. Əməliyyatda Azərbaycan Ordusunun ilk yaranmış könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Edilən hücumun uğursuzluqla bitməsi ermənilərin Daşaltını ordumuz üçün “Qanlı Dərə” adlandırmasına səbəb oldu. Əməliyyatda iştirak edən döyüşçülərimizi həqiqətən də qanlı bir dərəyə, uçuruma atmışdılar.

“Şuşada yerləşən Azərbaycan müdafiə naziri Yeni ili Stepanakertdə (Xankəndi-Q.Ş) qarşılamağa hazırlaşırdı. Yanvarın 26-da Daşaltını ələ keçirmək qərara alındı. O dövrdə bizim və onların rabitəsi sovet kanalları üzərində yerləşirdi və hər iki tərəf planlaşdırılan əməliyyatlar haqqında bilirdi. Planlı hücum haqqında bilməklə biz Daşaltı üçün döyüş planı təşkil etdik, mümkün olan hissələrdə komplektləşdik, saxta mövqelər yaratdıq. Bu birinci güclü döyüş idi ki, Azərbaycan Müdafiə Nazirliyinin fəaliyyətini parçaladı, hansı ki, plan onlar tərəfindən kifayət qədər çox düşünülmüşdü”, - deyə Arkadi Ter-Tadevosyan bildirir.

O, həmçinin erməni mətbuatına verdiyi müsahibəsində gülərək qeyd edir ki, nazir (Tacəddin Mehdiyev- Q.Ş) onun kursant yoldaşı olub. Araşdırmalara görə, hal-hazırda Ermənistan ordusunun mütəxəsislərinin təlimlərinə nəzarət edən Tadevosyan həqiqətən də ilk hərbi təhsilini Bakı hərb məktəbində alıb. Tuğ kəndinin və Şuşanın işğal əməliyyatına birbaşa rəhbərlik edən Tadevosyan müsahibəsində bir tərəfdən hücum planının yanvarın 26-da qərara alındığını bildirsə də, digər tərəfdən müdafiə üçün əvvəlcədən hazırlıq gördüklərini bildirir. Tadevosyan əməliyyat sirrinin ələ keçirilməsini isə köhnə sovet rabitə sistemləri ilə əlaqələndirir.

Həqiqətənmi erməni ordu rəhbərliyi əməliyyat sirrini rabitə siqnalları üzərində müəyyən edə bilib?

“Mən 1991-ci ilin sentyabrından Eçmüədzin dəstəsi ilə Hadrutda idim. Komandir Manvel Qriqoryan (1990-cı ildə SSRİ daxili qüvvələri tərəfindən seperatçı kimi həbs edilib və dekabr ayında həbsxanadan qaçıb (?). General-leytenant Qriqoryan 2000-2008-ci ildə Ermənistan Müdafiə nazirinin müavini olub) idi. 1992-ci ilin yanvarında Stepanakertdən (Xankəndi- Q.Ş) Manvel Qriqoryan ilə Arkadi Ter-Tadevosyan əlaqə yaratdı və məlumat verdi ki, Daşaltı istiqamətinə azərbaycanlılar ciddi hücum planlaşdırırlar və bizim köməyimiz lazımdır”, - deyə polkovnik Vahan Arseyan bildirir.

Araşdırmalara görə, 1992-93-cü illərdə Eçmüədzin dəstəsi tərkibində döyüşçü kimi iştirak edən Vahan Arseyan əslində rabitə üzrə mütəxəssis idi. Belə ki, o, 1982-84-cü illərdə rabitəçi kimi SSRİ qüvvələri tərkibində Suriya və Livanda olub. “Arkadi İvaniç 10 gün mənə, Şmaysa (Arakel Movsisyan-hal hazırda Ermənistan Milli Məclisinin deputatıdır), Hayrona (Hayraped Navasardyan-1989-1992-ci ildə Eçmüədzin dəstəsinin döyüşçüsü, 1992-1993-cü illərdə Eçmüədzin taboru daxilində Hava Hücumundan Müdafiə rəisi), Qazarinə və qardaşımız Manvel Qriqoryana zəng etdi. Xankəndində Arkadi İvaniç dedi ki, mühüm işlər var. Məlumat mövcuddur ki, türklər müxtəlif istiqamətlərlə hərəkət edərək, Qarabağı Hadrutla yarıya bölmək istəyirlər”.

Məlumatlara görə, həqiqətən də Əsgəranın ələ keçirilməsi üçün əməliyyat planı hazırlanıb. Belə ki, 19 yanvar 1992-ci ildə Tacəddin Mehdiyev Şuşaya uçur. Bundan əvvəl o baş qərargahın rəhbəri, general-mayor Şahin Musayevə növbəti göstərişlərini verir.

1. Goranboy rayonunda müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində olan zirehli texnikanın yarısını Şuşaya doğru yerini dəyişdirmək.

2. Kəşfiyyatçı podpolkovnik Sabir Cəfərovu təcili olaraq Şuşaya göndərmək.

3. Bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlamaq.

Əsas zərbələr Daşaltı və Əsgərana vurulmalı idi. Əsgəran əməliyyatı Daşaltı əməliyyatına köməkçi bir əməliyyat kimi düşünülmür, əsas əməliyyatlardan biri kimi qiymətləndirilirdi. Bu məntəqələrin alınmasından sonra, Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünər, bu isə gələcəkdə rəqibi hissə-hissə məhv etməyə icazə verərdi. Arseyanın sözlərindən aydın olur ki, Arkadi Ter-Tadevosyan birinci zəngi zamanı yalnız Daşaltıya planlaşdırılan hücumla bağlı məlumata sahib olub.

Tadevosyanın 10 gün ərzində ardıcıl olaraq zəng etməsi isə Əsgəran istiqamətinə hazırlanan əməliyyat planından xəbərdar olması ilə birbaşa bağlı olub.

Vahan Arseyanın sözlərinə görə, o gün Hadrut Eçmüədzin dəstəsinin vahid nəzarəti altına alındı, dəstənin tərkibindəki döyüşçülər xəndəklər, sığınacaqlar və yarımqazamalar qazaraq əhəmiyyətli işlər gördülər. Lakin onları, həmin fəaliyyətləri Daşaltıda həyata keçirmək üçün çağırdılar. Göründüyü kimi, erməni tərəfi Əsgərana ediləcək hücumla bağlı ciddi hazırlıq görürdü.

Tacəddin Mehdiyev isə telefonla Şahin Musayevə göstəriş verir ki, cəbhənin müxtəlif istiqamətlərinə eyni zamanda müxtəlif zərbələr vurulmalı, əsas zərbə isə Əsgərana endirilməlidir. Lakin Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Verilən əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi. İki ədəd texnika yolda sıradan çıxaraq Laçında və daha iki ədəd zirehli texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı (guya onu tapa bilmədilər) silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra gətirildi. Əsgəran əməliyyat planının bütövlükdə hazır olmasına baxmayaraq, əməliyyatın baş tutmaması birbaşa həmin mövqedə yerləşən komandanlığın bir araya gəlməməsi, şəxsi istək və iddialarla hərəkət etmələri ilə sıx bağlı idi.

Hadrutdan Daşaltıya göndərilən Arseyan bildirir: “Biz bildirdik ki, Daşaltıda rabitə vasitələri təmin edilməlidir, xəndəklər və yarımqazmalarla məşğul olurduq. Ərazidə bizə əsas vəzifəmiz göstərildi və biz hərəkətə keçdik. Xəndəklərin, yarımqazmaların və saxta mövqelərin yerləri müəyyən edilmişdi. Biz tək deyildik, bütün kəndin adamları kimi gecələri işləyir, gündüz bir neçə saat yatırdıq. Lakin bütün sübhü oyaq idik ki, hücum ola bilər. Kəndin dəstəsində güclə 50-80 nəfər olardıq. O günlər təklif edirdik ki, kənddən uşaqlar çıxarılsın. Onlar imtina etdi və heç bir uşaq Daşaltıdan çıxmadı...”

Vahan Arseyanın məlumatına görə, dinc əhali kənddən çıxmayıb. Bəs, Azərbaycan ordusunun bölmələri dinc əhalinin təhlükəsizliyi üçün dəhliz formalaşdırmışdımı?

Belə ki, hər tərəfdən mühasirəyə alınan Daşaltıdan yeganə çıxış yolu çay boyunca qoyulur ki, dinc əhali buradan çıxsın. Arseyanın verdiyi döyüşçülərin saylarıyla bağlı məlumatlar da üst-üstə düşür. Daşaltı istiqamətində iki gün ərzində aparılan kəşfiyyat zamanı təyin edilir ki, Daşaltıda ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi (köməkçi qüvvələr nəzərə alınmayıb-Q.Ş) və mülki əhali mövcuddur.

Aşağıdakı fotoda Vahan, Hayron, Şmays, Qazar, Lernik, Hayk və Aram adlı erməni döyüşçülər var. Foto 20.12.1991-ci il tarixində çəkilib. Bildirim ki, Vahan Arseyanın yuxarıda verdiyi tarixlə Daşaltıda çəkilmiş fotonun tarixi uyğun gəlmir. Yanvar ayında Tadevosyanın çağırışları ilə Hadrutdan Daşaltıya gəldiklərini bildirən Arseyan dekabr ayında necə olur ki, Daşaltıda foto çəkdirir (?).Təbii ki,erməni komandiləri hələ də əməliyyat haqqında bir çox məlumatları gizlədir və bilərəkdən yalan danışırlar. Daşaltıya gələn erməni döyüşçülər artıq dekabr ayında bütün hazırlıqları tamamlamışdılar. Daşaltı və Əsgərən əməliyyatları haqqında məlumat artıq dekabr ayında erməni tərəfinə məlum idi...

“...Manvel Qriqoryan Hadrutdan bizimlə əlaqə saxladı, lakin Arkadi İvaniç dedi ki, əhəmiyyətli döyüş gözlənilir, əgər məğlub olsaq çox şey itiriləcək və biz Daşaltıda qalmağı üstün bildik. Yanvarın 26-sı səhər saat 6-da bir az istirahət üçün gedirdik, çünki gecələr oyaq qalırdıq. Mən, Hayron və Şmays evin həyətində dayandıq və daxildən atəş səsləri eşidildi, bir də gördük ki, evlərin damlarında yerləşən heyvan yemlərini vurmağa başladılar və evlərdən yanğın çıxdı. Birinci dəfədən bütün mövqeləri tutduq, hər kəs bilirdi ki, öz mövqeyini və tərəfini müdafiə etmək lazımdır. Bu anda qadınlar da silah götürüb mübarizə apararlar. Azərbaycanlılar dağdan endilər və Daşaltıya daxil oldular. Şuşa Daşaltının üzərindədir lakin, aşağıdan biz onları susdurmağa çalışdıq. Şmays AQS-lə bilmirdi haranı vursun, bir də gördük ki, 50 metrə qədər alov yüksəldi. Aydın oldu ki, qaz kəməri vuruldu. Sonra uşaqlar bildirdilər ki, müxtəlif mövqelərdən alov görürlər. Bu boru Gorus qaz təhcizatında idi, qısa sözlə biz Gorus qazını kəsdik. Axşam artıq hər şey səssiz idi. Bizim tərəfdən 22 döyüşçü, onlar tərəfdən səhv etmirəmsə ilk batalyondan 200 nəfər öldü”, - deyə Vahan Arseyan bildirdi.

Məlumatlardan aydın olur ki, Qriqoyan hələ də Əsgərana ediləcək hücumla bağlı tərəddüd içində idi. Tadevosyanın məhz Daşaltıya ediləcək hücum üzərində mərkəzləşməsi nəyin göstəricisi idi ?

Arseyanın dediklərindən aydın olur ki, onlar əvvəlcədən mövqelərdə yerləşərək gözlənilən hücuma hazır deyildilər. Sadəcə olaraq öncədən hazırlanan mövqelərə yenidən yerləşmək o qədər də çətin olmayıb. Ordumuz Şuşa istiqamətindən Daşaltıya enənənə qədər ermənilər artıq bütün mövqelərdə hazır vəziyyətdə olub.

“Döyüşdən sonra aydın oldu ki, azərbaycanlılar Daşaltıda 92 cəsəd və zirehlitexnika qoyub. Biz rabitə ilə əlaqə saxlayıb dedik ki, özlərinin cəsədlərinin arxasınca gəlsinlər - onlar 18-20 yaş arasında döyüşçülər idi - lakin onların arxasınca gəlmədilər...”- deyə Arkadi Ter-Tadevosyan bildirdi.

“İrs” müxalifət partiyasından olan Larisa Alaverdiyan isə iddia edir ki, Azərbaycan şəhid olan əsgərlərin cəsədindən imtina edərək onları itkin elan edib. Onun sözlərinə görə, əsgərləri dəfn etmək məcburiyyətində qalıblar. Erməni tərəfi, əməliyyat zamanı 22 nəfər döyüşçünün həlak olmasını, onlardan 12 nəfərinin isə Daşaltıdan olması haqqında məlumatlar verir. Araşdırmalara görə, əməliyyatın axşamı günü bir neçə döyüşçünün cəsədi Cıdır düzünün alt tərəfindəki “Qayalıq” deyilən ərazidən çıxarılıb, bir neçə gün sonra isə Nəbilər kəndi istiqamətində pusquya düşmüş döyüşçülərimizin cəsədləri götürülüb.

Ümumiyyətlə rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90-123 nəfər arası itki verib. Bununla yanaşı onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüş zamanı ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Ermənilərin məlumatlarına görə, əməliyyatın keçirilmə vaxtı, yanvarın 25-i axşamı, hücumun başlanması isə 26 yanvar saat 06:30 radələrində baş verib. Ermənilər bildirir ki, azərbaycanlılar əməliyyata 500 nəfərdən artıq döyüşçü və 3 zirehli texnika cəlb edib. Daşaltıda erməni qüvvələrinin 60-70 nəfər olaraq Vağarşak Beybut Aruşanyanın (Daşnaksutyun terror partiyasının üzvü) başçılığı altında olduğunu bildirən düşmən, Vağarşakın öz dəstəsiylə qüvvələrimizə qarşı 12 saat ərzində “təkbaşına” döyüşməsini təbliğ edirlər. Nəzərinizə çatdırım ki, Nəbilər kəndində olan dəstəmiz Daşaltıya doğru atəş açdıqda, Vağarşakın dəstəsi tərəfindən atəşə tutulub.

Bildirim ki, erməni tərəfdən əməliyyata birbaşa Arkadi Ter-Tadevosyan nəzarət edirdi. Köməkçi qüvvələr 1959-cu il (Bakı) təvəllüdlü, 1-ci batareya komandiri Bekor Aşot (Gülyan), Şuşakənddən komandir S.Hayryan idi. Şuşakəndə gedən yolu kəsməli olan ikinci taqım məhz Hayryanın dəstəsinin pusqusuna düşüb və taqımdakı bütün əsgərlərin hamısı mühasirəyə düşərək şəhid olub. Əməliyyat zamanı ermənilərə Sığnax, Aşağı Yemişcan (Siznek) və Qızıloba (Karmirqyuğ) kəndləri ərazisindən digər dəstələri də dəstək veriblər. Bütün bunlarla yanaşı, Daşaltı əməliyyatında ordumuza qarşı Ermənistan milli qəhrəmanı Yuri Poğosyan, Daşaltıda silah mütəxəssisi kimi tanınan Alyoşa Vardanyan və Türk-Azərbaycan xalqına nifətinə görə “Duşman” ləqəbi qazanan, Xocalı və Şuşanın işğalında xüsusi fəallıq göstərən Vardan Stepanyan kimi şəxslər, Eçmüədzin, Daşnaksutyun kimi dəstələr iştirak edib.

26 yanvar axşam saatlarında uğursuzluqla başa çatan əməliyyatdan sonra Tacəddin Mehdiyev Laçına gedir. 28 yanvarda Laçından gətirilən BTR,vaxtından gec göndərilən zirehli texnika və artilleriyadan istifadə edərək Daşaltı güclü atəşə tutulur.

Həqiqətən də əməliyyat Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna ciddi təsir edir və bir müddətlik Müdafiə Nazirliyinin fəaliyyəti parçalanır. Araşdırmanın ilkin hissəsinə qayıdaraq yenidən sual verirəm. Daşaltı əməliyyatını keçirmək, ümumiyyətlə Daşaltı istiqamətinə əməliyyat hazırlamaq zəruri idimi?

Qeyd: Fotolar döyüşdən sonra “Corbis” jurnalının müxbiri Çon Çons tərəfindən çəkilib.

Şahin Qocayev
Ordu.az

Teqlər: Daşaltı-əməliyyatı  

"Uçurum" üzərindən uçuş: Daşaltı əməliyyatı ermənilərin dili ilə - ARAŞDIRMA (FOTOLAR)

2018/01/dashalti-riad_1516955378.jpg
Oxunub: 24606     16:22     26 Yanvar 2018    