ABŞ-ın F-35 filotiliyasının yarısı texniki problemlə üzləşib

2018/01/435345345_1516865099.png
Oxunub: 1805     15:23     25 Yanvar 2018    
Pentaqonun açıqlamasına görə, qəbul edilən F-35-lərin sadəcə yarısı uça bilib.

Ordu.az RT-yə istinadən xəbər verir ki, dünyanın ən bahalı silah proqramı ilə bağlı sınaq proqramları həyata keçirilə bilmir. Bəzi sınaqların bu ilin fevralında bitməsi planlaşdırılsa da, ortaya çıxan problemlərdən dolayı bu proses ləngiyir.

“F-35-lərin əməliyyat uyğunluğu gözləniləndən aşağıdır və mütəmadi müdaxilələrdən asılıdır. Bu isə döyüş vəziyyətində qəbuledilməzdir”, - deyə Pentaqon nümayəndəsi Robert Behler bildirib.

Hesabatda ümumilikdə ötən il ərzində F-35 qırıcılarında 2769 problemin çıxdığı göstərilib. Bunların 1748-i yerindəcə həll olunub. Birinci və ikinci dərəcəli problem olaraq müəyyən edilən 301 məsələnin sadəcə 88-i baxış mərhələsindədir, 213-ü isə hələ də həll edilməyib.

Qeyd edək ki, F-35 “Lockheed Martin” tərəfindən istehsal olunur. Onun 16 illik inkişaf mərhələsinin bu il yekunlaşması planlaşdırılır. Beşinci nəsil gizli təyyarələr olan bu qırıcıların modifikasiyasının ABŞ Aviasiya Qüvvələri və donanmasında xidmətə uyğun olacağı gözlənilirdi.

ABŞ ordusunun 2070-ci ilədək davam edən F-35-lərlə bağlı proqramının ümumi dəyəri 1.2 trilyon dollar dəyərindədir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Pentaqon  


Bizi "telegram"da izləyin