Qətər Türkiyənin Afrin əməliyyatlarını dəstəkləyir

2018/01/received_2458578057701681_1516727722.jpeg
Oxunub: 920     21:13     23 Yanvar 2018    
Qətər ən yaxın müttəfiqi Türkiyənin öz milli təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatını dəstəkləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Qətər XİN-in mətbuat katibi Lolva əl-Xatir səsləndirib.

Yerli media orqanlarına müsahibə verən əl-Xatirin sözlərinə görə, həyata keçirilən əməliyyatlar Türkiyənin milli təhlükəsizliyi və sərhədlərinin toxunulmazlığına qarşı duyduğu narahatlıqlardan irəli gəlir. O, bu əməliyyatların aparılmasının Türkiyənin hüququ olduğunu və eyni zamanda Suriyanın ərazi bütövlüyünün qorunmasına da kömək edəcəyini bildirib.

Ötən ilin iyun ayında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə bütün əlaqələri kəsdikdən sonra Qətər Türkiyə ilə daha da yaxınlaşıb.

Ankara Qətərə siyasi dəstək və ərzaq idxalı ilə yardım edir. Türkiyənin Qətərdə hərbi bazası da var. Qətər əmiri Şeyx Tamim bin Həmid əl-Tani Türkiyədə 2016-cı ildə baş verən çevrilişə cəhddən sonra Ərdoğana telefon zəngi edən ilk xarici lider olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Qətər   Türkiyə   Afrin-əməliyyatı  

Xəbər lenti

Qətər Türkiyənin Afrin əməliyyatlarını dəstəkləyir

2018/01/received_2458578057701681_1516727722.jpeg
Oxunub: 921     21:13     23 Yanvar 2018    