İran HDQ uzaq mənzilli “Qədir” raketini sınaqdan keçirib

2018/01/received_2458575557701931_1516727131.jpeg
Oxunub: 273     20:41     23 Yanvar 2018    
İran Hərbi Dəniz Qüvvələri (HDQ) Oman dənizində davam edən təlimlər zamanı ilk dəfə yerli istehsal olan uzaq mənzilli “Qədir” qanadlı raketlərinin sınaq atışını həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raket dənizin dərinliyindəki şərti hədəfi məhv edib.

“Qədir” raketi dənizdəki hədəfləri məhv edə bilən yüksək dəqiqlik və qüvvəyə malik yeni nəsil qanadlı raketdir. O, həm sahildən, həm də gəmilərdən atıla bilir.

Qeyd edək ki, təlimlərin ikinci günündə donanmanın helikopterləri tərəfindən səs və maqnit mina təmizləmə əməliyyatları aparılıb.

Eyni zamanda Aviasiya qüvvələri yüksək və alçaq yüksəklikdəki şərti düşmən təyyarələri, dronları və qanadlı raketlərinin məhv edilməsi təlimlərini həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Qədir-raketi  

Xəbər lenti

İran HDQ uzaq mənzilli “Qədir” raketini sınaqdan keçirib

2018/01/received_2458575557701931_1516727131.jpeg
Oxunub: 274     20:41     23 Yanvar 2018    