Ekspert: “ABŞ-ın Şərqi Asiyada mövcudluğu mənasını itirəcək”

2018/01/1504721951_17230645645_1516713487.jpg
Oxunub: 315     17:32     23 Yanvar 2018    
“Birləşmiş Ştatlar üçün Şimali Koreya məsələsinin tənzimlənməsi sərfəli deyil”.

Ordu.az Tvzvezda.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Regional Problemlər İnstutunun direktoru Dmitri Juravlyov bəyan edib.

Ekspertin fikrincə, Şimali və Cənubi Koreya nümayəndələri arasında iki ölkənin əlaqələrin normallaşdırılmasına dair danışıqların Vaşinqtonun iştirakı olmadan aparılması Trampı özündən çıxarıb.

“Danışıqlar ABŞ-sız gedir, bu isə həm ölkə, həm də Trampın özü üçün böyük problemdir”, - deyə Juravlyov bildirib.

O əlavə edib ki, əgər Koreya yarımadasında gərginlik aradan qaldırılsa, ABŞ-ın Şərqi Asiyada mövcudluğu mənasını itirəcək, bu səbəbdən Amerika üçün KXDR probleminin gündəm təşkil etməsi maraqlıdır.

“Əgər Koreya yarımadası ilə bağlı gərginlik aradan qalxsa, Amerikanın Şərqi Asiyada bütün mövcudluq strukturu çökəcək. Çünki düşmən olmadığı halda Yaponiyada hərbi bazanın mövcudluğunu yaponlara izah etmək çətin olacaq. Eyni məsələni Cənubi Koreya vətəndaşlarına da izah etmək lazım gələcək və s. Tramp isə hərbçilərlə sıx şəkildə bağlıdır və bu səbəbdən özünü dəstəkdən məhrum edə bilməz”, - deyə Juravlyov açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   KXDR  

Xəbər lenti

Ekspert: “ABŞ-ın Şərqi Asiyada mövcudluğu mənasını itirəcək”

2018/01/1504721951_17230645645_1516713487.jpg
Oxunub: 316     17:32     23 Yanvar 2018    