Kiçik silahlar: Yeni modellər və yeni müqavilələr - ARAŞDIRMA (FOTOLAR)

2018/01/1_1516711839.png
Oxunub: 3515     16:42     23 Yanvar 2018    
2017-ci ildə ilk dəfə "Heckler & Koch" şirkəti tərəfindən təqdim edilən yeni modul hücum tüfəngi "NK433" Almaniya ordusunda mövcud "G36" modelini əvəz etmək üçün təklif olunub

Kompüter və informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə uzun müddətdir mövcud olan bəzi silahlar hələ də bütün texniki problemlərini həll etməyib.

Hücum tüfənglərinin də problemləri həll olunmayıb. 90-cı illərdə yaradılan bəzi silahlara qarşı səslənən bir çox tənqidi sözlər onların vaxtından əvvəl dəyişdirilməsinə səbəb oldu. İlk əvəzlənən İspan avtomatik tüfəngi "CETME" oldu, onu yeni Alman modeli G36 tüfəngi ilə əvəzlədilər.

Fransız ordusu silahlanmada 70-ci ildən bəri xidmətdə olan FAMAS "bull-pap" sxemli tüfəngləri əvəz etmək üçün yeni hücum tüfəngi almağa başladı. Bu məqsədlə alman şirkəti "Heckler & Koch" tərəfindən yaradılan HK416F (M4 və M16 NATO standartlarına görə M4 və M16 maqazinlərinə uyğun gəlir, "F" isə Fransa deməkdir) seçildi. Ümumilikdə, 2017-ci ildən 2028-ə qədər 117 min ədəd tüfəng alınacaq. Əvvəlcə 102 min tüfəng tədarükü üçün nəzərdə tutulan müqavilə, sonra da ehtiyat bölmələri də nəzərə alınraq daha 15 min ədəd artırıldı. Quru Qoşunları üçün təxminən 93 min tüfəng, təxminən 10 min ədəd isə donanma və hava qüvvələrinin birləşmələri üçün nəzərdə tutulub. Müqavilədə ayrıca olaraq 10767 ədəd 40x46 millimetrlik HK269F qumbaraatan, ləvazimatlar, sursatlar, ehtiyat hissələri alınması və 15 il ərzində texniki dəstək nəzərdə tutulur.

"Heckler & Koch" HK416 tüfəngini Fransa seçdi, tüfənglərin əksəriyyəti Quru Qoşunlarının silahlanmasına veriləcək

2017-ci ilin iyununda Fransız ordusunun ilk bölməsində 70-ci ildən bu yana xidmət edən FAMAS "bull-pup" sxemli tufənglər alman şirkəti "Heckler & Koch" tərəfindən yaradılan HK416F tüfəngi ilə əvəz ediləcək

2017-ci ildə 5300 tüfəng, sonra isə 2018-ci ildən etibarən 2023-cü ilə qədər hər il 10 min və son beş ildə müqavilə üzrə təchizat iki dəfə azalacaq.

Orduya ayrılan silahlar Quru Qoşunlarının 77 min nəfər şəxsi heyətini və ehtiyat bölmələri yeni silahlarla təchiz etməyə imkan verəcək. Bu ilin iyununda iki ordu bölməsi: 1-ci snayper alayı 150 ədəd, 13-cü Xarici legion yarımbriqadası isə 250 ədəd yeni tüfənglərə sahib olub.

Yeni modeldə əvvəlki FAMAS tüfəngi ilə müqayisədə, xəzinənin tutumu 25-dən 30-a yüksəlib; HK416F tüfəngində bir güzgü - simmetrik dizayna malikdir, yəni sağ-əlli və sol-əlli şəxsi heyət üçün asanlıqla uyğunlaşdırıla bilir; qundaq əsgərin ölçüsünə uyğunlaşır, əlavə olaraq lülə qutusunun üst tərəfində 4 ədəd “Picatinny” lövhəsi bərkidilib. Bunlar isə əlavə sistemləri, məsələn, hər iki tərəfdən 40 mm HK269F lüləaltı qumbaraatanı, optik nişangahı, ayaqlı qolu və s. korpusa bərkitməyə imkan verir.

FELİN kompleksinin "FAMAS" tüfəngi

HK416F tüfəngi iki variantda istehsal olunacaq: piyada qoşunlar üçün 38505 ədəd 14.5 düyüm lülə uzunluğunda standart HK416F-S variantında və yerdə qalan 54575 ədəd HK416F-C (Court - qısa) isə 11 düym uzunluğunda lülə ilə təchiz olunacaq. Hal-hazırda piyada birliklərinin əksəriyyəti, Fransız ordusunun döyüş avadanlığı olan FELIN-ə uyğunlaşdırılan "FAMAS FELIN" tüfəngiylə silahlanıb. 2020-2021 illərdə Fransız ordusu, 14915 ədəd HK416F-S tüfənginin modernləşdirilməsini planlaşdırır. FELİN 2.0 yeni döyüş avadanlıq sisteminin orduda tətbiqi gözlənilir, burada əsas vurğu onun mobil və modulyarlığına, eləcə də çəkisinin azaldılmasına yönəlib.

Asanlıqla həm də sağ əllə və həm də sol-əllə tətbiq edilə bilən HK433 tüfəngləri, "ikitərəfli" NK269 markalı 40 mm qumbaraatanla təchiz oluna bilər

"Heckler & Koch" şirkətinin G36 hücum tüfəngləri hələ də uğurlu platforma hesab olunur. Litva ilə son bağlanan müqavilədə bu tüfəngin təkmilləşdirilən versiyası olan G36 KA4M1 tüfənglərinin alınması nəzərdə tutulur. Təkmilləşdirmələr əsasən erqonomikaya aiddir: yeni qundaq, lülənin üst qismi və nişangahlar üçün istiqamətləndiricilər. Litva da həmçinin "iki tərəfli" dizayna malik NK269 qumbaraatanları alıb. Litva ordusu artıq bir sıra G36 tüfənglərini alıb; 2016-cı ildə dəyəri 12,5 milyon avro olan müqavilə 2017-ci ildə ictimaiyyətə açıqlanmayan sayda bir sıra tüfəng və qumbaraatanları Litvaya təslim etməyi nəzərdə tutur.
Almaniya da nəhayət 90-cı illərin ortalarında silahlanmaya qəbul edilən G36 hücum tüfəngini əvəz etmək qərarına gəldi. 2017-ci ilin aprel ayında Almaniya Müdafiə Satınalmalar İdarəsi "Sistem Sturmgewehr Bundeswehr" müsabiqəsini elan etdi. Ərizələr may ayının sonuna qədər verilməli idi, lakin iddiaçılardan heç bir rəsmi məlumat alınmadı. Proqnozlaşdırılan tüfəng sayı təxminən 120000 min ədəd olmalıdır; seçim gələn il ediləcək, istehsal 2019-ci ilin ortalarında başlanacaq və 2026 əvvəlinə qədər davam edəcək. Müqavilənin dəyəri 245 milyon avrodur. Yeni tüfəng üçün irəli sürülən tələblər haqqında çox az məlumat var: sursatsız çəkisi 3.6 kq. iki müxtəlif lülə və hər biri ən azı 15.000 atəş resursu ilə, lülə qutusunun resursu ortalamanın üzərində olmalıdır. Çox maraqlıdır ki, yeni silahın əsas parametrlərindən olan onun çapı haqqında heç bir məlumat verilmir. Ehtimal etmək olar ki, üstünlük NATO standartlarına-5,56x45mm və 7,62x51mm veriləcək. Birincinin şansları daha böyük görünür.

Alman Silahlı Qüvvələrinin yeni hücum tüfənginə ehtiyacı təxminən 120 min ədəddir. Sənəddə kalibrdən bəhs edilmir, amma bütün namizədlər 5.56 mm kalibri diqqət mərkəzində saxlayır

Ərizəçilər arasında, şübhəsiz ki, "Heckler & Koch", "Rheinmetall" və "Haenel" tərəfindən təklif olunan üç milli təklif tapırıq.

Fevral 2017-ci ildə "Heckler & Koch" şirkəti ən yaxşı göstəricilərə malik, G36 və NK416 tüfənglərinin nailiyyətlərini özündə əks etdirən NK433 yeni modul hücum tüfəngini təqdim etdi. Onun dəyəri NK416 dəyərindən aşağıdır. Bu çaxmaq sistemindən ayrıca quraşdırılan və qısa məsafəli bir hərəkətə malik qaz porşeni olan silahlara aid tüfəngdir. Lülələr modul tiplidir, sürətlə çıxarıla bilir və uzunluğu 11, 12.5, 14.5, 16.5, 18.9 və 20 düym olmaqla altı konfiqurasiyada hazırlanır. Lülənin iç səthindəki xromlama soyuq "doydurma" üsulu ilə aparılır. Özüyağlanan və sürüşkən çaxmaq parçaları, silahın texniki qulluğunu minumuma endirir. Bundesverin xahişi ilə NK433 tüfənglərinin "qoruyucu"su üç rejimə sahibdir: " qapalı", "tək- tək" və "avtomatik".

Atəş tezliyi dəqiqədə 700 ədəddir. Tənzimlənən qaz atan dəliklər səsboğucu quraşdırılmasına imkan verir. Xəzinə NATO STANAG 4179 standartına uyğundur. NK433 tüfəng xüsusi dəstin köməyi ilə G36 xəzinəsindən istifadə edə bilər. Tüfəng sağa qatlanan qundağa və çiyin dayağına görə uzunluğu tənzimlənən yanaqlı bir korpusa malikdir. Atış qatlanan qundaqla aparıla bilər. Əvəzolunan üzlüklər dəstəyi əlin ölçüsünə uyğunlaşdırmağa imkan verir. Lülə qutusu alminiumdan hazırlanıb və STANAG 4694 standartında NAR (NATO Aksesuar Rail - bərkitmə aksesuarları kəməri) kəməri ilə təchiz olunub. Şirkət, radiotezliklərin identifikasiya texnologiyasından istifadə edərək, qısa bir məsafədən "atəş sayğacı"ndan məlumatları oxumağı təklif edir. 5.56 mm mərmilərdən əlavə olaraq bu tüfənglərdə "AAC Blackout" (7.62x35), NK123 markalı 7.62x39 mm və NK231 markalı 7.62x51 mm mərmilərdən istifadə oluna bilər.

"Heckler & Koch" HK433-in son modul konsepsiyası onu G36 və ya M4 istifadəçilərinin vərdişlərinə uyğunlaşdırmağa imkan verir

"Rheinmetall və Steyr Mannlicher" şirkətləri alman G36 tüfənglərinin dəyişdirilməsi üçün tenderdə iştirak etmək və RS556 (Rheinmetall - Steyr 5.56mm) modelini təklif etmək üçün birləşdi. Bu model 2012-ci ildə Avstriya silah şirkəti tərəfindən təqdim olunan STM-556 modelinin inkişaf etdirilən forması idi. Lülə qutusunun aşağı hissəsi AR-15- də olduğu kimi qalıb, əlavə olaraq sol əllilər üçün dəyişiklik edilib. Tüfəng, çirklənməyə qarşı daha etibarlıdır. Çaxmaq, sürüşmə çərçivəsini geri çəkən və fırlanan val tərəfindən kilidlənən çubuq üzərində hərəkət edir. Üst və alt qəbuledici qutular alüminiumdan, örtük çərçivəsinin hissələri isə poladdan hazırlanır. Tüfəng üçün müxtəlif uzunluqlarda beş lülə mövcuddur, onları əvəz etmək üçün heç bir vasitə lazım deyil. Bu qərarlar Steyr AUG modelindən miras qalıb.

Tüfəng dörd mövqeli bir qaz tənzimləyici ilə normal rejimdə, səsboğucu ilə atəş rejimində, mürəkkəb istismar rejimində və qaz çıxışının tam bağlandığı rejimdə çalışa bilir. Teleskopik polimer qundağın 7 uzunluq tənzimləmə mövqeyi vardır. 5.56 mm versiyasına əlavə olaraq, 300 AAC Blackout və 7.62x39 mm mərmi üçün model də təklif olunur.

"Rheinmetall"dan olan RS556 tüfəng AR-15 ailəsinə bir çox cəhətdən bənzəyir

Üçüncü Alman iddiaçısı olan "Haenel" şirkəti, G36 tüfənglərinin əvəz edilməsi müsabiqəsində AR15 bazasında başqa tüfəng təklif etdi. "Haenel" təklifi olan Mk 556 tüfənginin avtomatik əməliyyat prinsipi, barıt qazının lülə kanalından çıxarılmasına əsaslanır. Bu modelin qundağı da beş müxtəlif uzunluqda lülə ilə təklif olunan M4 qundağına bənzəyir. Atəş rejimi üçün üç mövqeli qoruyucu var. Atəş qüvvəsi 3,2 kq təşkil edir, bütün nəzarət və tənzimləmə orqanları hər iki əl tərəfə uyğun gəlir. Lülə qutusu dörd NAR və qatlanan mexaniki nişangah ilə təchiz olunub.

Yeni hücum tüfəng üçün Bundesver müqaviləsi "Rheinmetall" şirkətinin diqqətini çəkdi, STM-556-nın modifikasiyası olan RS556 modelini təklif etmək üçün "Steyr Mannlicher" ilə birləşdi

"Accuracy İnternational" şirkətinin son nailiyyəti olan, .338 LM mərmisi üçün nəzərdə tutulan AMHS338 hücum tüfənglərinin son alıcısı Litva oldu

Üç alman namizədlə hər şey aydındır. Mümkün olan xarici namizədlər haqqında isə haqqında çox az şey bilinir. Prinsipcə bütün kiçik silah istehsalçıları maraqlı həllər təqdim edə bilərlər. Başqa bir qaranlıq nöqtə də NK433 tüfəng hələ 2015-ci ilin sonunda Fransanın təklif etdiyi Fransa və Almaniyanın mümkün ümumi sistemləri aiddir.

Daha bir qaranlıq məqam 2015-ci ilin sonunda Fransanın təklif etdiyi Fransa və Almaniyanın mümkün ümumi silah sistemləri aiddir. O zaman NK433 tüfəngi hələ istehsal olnmurdu.

2017-ci ilin yanvarında Almaniyada daha bir nisbətən kiçik miqyaslı müsabiqə elan edildi. Bu dəfə xüsusi əməliyyat qüvvələri üçün yeni bir tüfəng lazım idi. Müdafiə satınalmalar idarəsi beş ədəd qiymətləndirilmə üçün, 40 ədəd qəbul test üçün cəmi 1750 tüfəngə ehtiyac olduğunu duyurdu. Tüfəng tələblərinə gəldikdə, bəziləri məlumdur: tüfənglər 5.56x45 mm qısa hərəkətli qaz porşeninə, lülənin xidmət resursu ən azı 10,000 atışa, lülə qutusu isə bundan 3 dəfə artıq resursa malik olmalıdır. Sağ və sol əllə atəş açmaq üçün yararlı olan tüfənglər əlavə cihazlar- lazer modulu, işıq və digər cihazlar quraşdırmaq üçün STANAG 4694 ilə təmin olunmalıdır. Silah səsboğucu ilə atəş açmağa uyğun olmalıdır. Optimal uzunluğu səsboğucusuz 900 mm- dən çox, xəzinəsiz və optikasız çəkisi isə 3.8 kq- dan artıq olmamalıdır.

"Rheinmetall" şirkəti bu müsabiqə üçün RS556 modelini, "Heckler & Koch" isə NK416A5 modelini təklif edəcəyi şübhəsizdir. "Haenel" şirkətinin iştirakı sual altındadır. Yuxarıda göstərilən müsabiqədə olduğu kimi, Alman müsabiqəsində iştirak edə biləcək xarici şirkətlərin sayı da çox azdır. Almaniyanın xüsusi əməliyyat qüvvələri "Haenel" RS-9.338 LM snayper tüfənglərini 2016-ci ildən almağa başlayıblar. Silahın ümumi uzunluğu 1275 mm, qatlanan qundaqla 1020 mm, lülə uzunluğu 690 mm-dir. Yaxın məsafədən atəş üçün, kolimator nişangahı bərkidilən "Steiner Military" 5-25x56-ZF sistemi seçildi. 2017-ci ilin iyun ayında xüsusi qüvvələr xüsusi olaraq 338 LM kalibr üçün nəzərdə tutulan B & T Monoblok səsboğucu almağa başladılar. Tüfəngi uzunluğuna 222 mm, çəkisi isə 652 qram əlavə edildi. Aksesuar olmadan isə çəkisi 7.54 kq idi.

Bu yaxınlarda, G95 (HK416A7) yeni hücum tüfənglərinin G36KA1 / A2 / A4 avtomatik tüfənglərini əvəz edəcəyi məlum oldu. Yeni silahlar quru qüvvələrinin və dəniz xüsusi qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bölmələrinə veriləcək

Başqa bir ölkə, Latviyada 2016-ci ilin sonuna yaxın snayperlərə .338 LM kalibrini seçərək "Accuracy International" АХМС tüfənglərinə üstünlük verdi. Əvvəl Litva snayperlər 7.62x51 mm kalibrdə yarım avtomatik tüfənglərlə silanlanırdı. Yeni kalibr dəqiqlik baxımından daha üstündür. Snayper dünyasında girərkən bəzi gənc iştirakçılar tarixi brendlərə qarışdılar.

"Beretta" şirkəti 7.62x51 mm ARX200 tüfənglərinin ilk partiyasını artıq İtalyan ordusuna təhvil verib

"Beretta gözəlləri: yuxarıdan aşağıya Victrix Scorpio, Victrix Tormentum, Victrix Pugio

"Beretta" ARX-200 döyüş tüfənglərini İtalyan ordusuna təhvil verir. 7.62x51 mm çaplı bu tüfənglər İtalian ordusunun döyüş qabiliyyətini və döyüş imkanlarını yaxşılaşdırılmasına imkan verəcək. "Beretta" (ABŞ-ın Silahlı Qüvvələrinin qəbul təsnifatinda atəş dəqiqliyi ən aşağı kateqoriyadadır) ARX-200-lərin yarım-avtomatik versiyasının hazırlanmasını planlaşdırır.

"Bren-2" hücum tüfənginin xeyli təkmilləşdirilən versiyasının ilk partiyasını Çex ordusu tərəfindən qəbul edilib

"Bren"nin üç müxtəlif konfiqurasiyaları - 14, 11 və 8 düym lülə uzunluğuna sahib Truvelo SR .338 Lapua - mövcuddur

"Truvelo" şirkəti Yohannesburq və Pretoria şəhərləri arasında yerləşən Miranda qəsəbəsində, Herbert Franz Josef tərəfindən 1966-cı ildə yaradılıb. Şirkətin əsas fəaliyyəti, məsələn, polis radarları kimi sürət ölçmə sistemlərinin istehsalı idi. Buna görə Truvelo adı (True Velocity qısaca - yüksək sürət). 1970-ci ildə, yəni yaranmasından yalnız 4 il sonra şirkət silah istehsal etməyə başladı.

Bir çox ordular silahlanmaya yeni tüfənglər qəbul edir. Ötən il Çex Ordusu CZ "Bren-2" hücum tüfənglərinin ilk partiyasını aldı. 2600 ədəd sifariş edilən tüfəngdən 1900 ədədi 356 mm, 700 ədədi isə 280 mm lülə uzunluğu konfiqurasiyana malikdir. Həmçinin 2016-ci ilin sonunda Hollandiyalı dəniz komandoları .300 Blackout çapında SIG MA qısalüləli tüfənglərinə kecən ilk Silahlı Qüvvələr oldu. Yeni tüfənglər, yaxın döyüşlərdə pistolet-pulemyotlatları əvəz edəcək silahlarını əvəz edəcək. Silah müqavilələri arasında standart mərmilərdən başqa və səs surətinə yaxın surətə malik və qurğuşunsuz incə örtüklü mərmilərə (məhdud məkanlarda "rikoşeti" önləmək məqsədilə) rast gəlinir. 2017- ci ilin əvvəlində Türkiyə ordusu MKEK şirkətindən 7.62x51 mm MPT-76 tüfənglərinin 500 ədəddən ibarət ilk partiyasını aldı. İki şirkət müştərək 35000 tüfəng istehsal edəcək. Müqaviləyə uyğun olaraq "MKEK" 20.000 ədəd, "Kalekalıp" şirkəti isə 15000 ədəd 7.62x51 mm MPT-76 tüfəngini TSQ-yə təslim edəcək. Sərgi IDEF 2017-də "MKEK" şirkəti 5.56x45 mm MR 55 (milli piyada tüfəngi) yeni hücum tüfəngini iki versiyada: standart 368 mm lülə uzunluğuna və qısa lüləli МРТ-55К təqdim etdi. Yeni tüfəng AR-15 tüfəng sisteminə bənzər-qaz porşeninin qısa gedişi olan qaz xilasetmə sisteminə malikdir. Türkiyə xüsusi qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün bu tip tüfənglərdən istifadə edilməsi nəzərdə tutulub. 2016-cı ilin sonunda 20 min tüfəng sifariş verilib. Bundan başqa, MPT-76 tüfənginin 508 mm lülə uzunluğuna sahib olan və sonradan KNT-76 (Kəskin Nisanci Tüfənfi) adlandırılan variantı təqdim edildi. Bundan başqa 305 mm lülə uzunluğunu olan KAAN-717 tüfənginin bir variantı nümayiş olundu. Rusiya kiçik atıcı silah bazarında çox fəaldır. Məsələn, Venesuela Marakay şəhərində Rusiyanın AK-103 və AK-104 avtomatlarını və onların 7.62x39 mm sursatlarını istehsal edəcək zavodun 2019- cu ildə açılmasını planlaşdırır.

"Israel Weapons Industries" şirkəti tərəfindən istehsal olunan avtomatik silahlar Galil ACE silah ailəsinin təkmilləşdirilməsidir. Galil ACE modelləri 21, 22 və 23 (yuxarıdan aşağıya)

İsrail şirkəti yaxın vaxtlarda Hindistan "Punj Lloyd" kompaniyası ilə müxtəlif çaplı kiçik atıcı silahlarını istehsal etmək üçün birgə müəssisə qurmağı planlaşdırır.

Hindistan həmişə kiçik silahların əsas potensial müştərilərindən biri olub və belə də qalmaqdadır. Onun kiçik silah bazarı bir neçə milyard dollarla qiymətləndirilir. Hindistan Müdafiə Nazirliyi bu yaxınlarda HHQ-nin xüsusi bölmələri üçün məhdud sayda 7.62 mm avtomat silah və hücum pistolet- pulemyotları alınması təkliflərini dərc etdi. Lakin bu, Hindistan Silahlı Qüvvələrinin yenidən təchiz edilməsinə yönəldilən müqavilələrin "aysberq zirvəsidir". Xarici şirkətlər yerli firmalarla birləşirlər. Məsələn İsrail şirkəti "IWI" 2017-ci ildə Punj Lloyd ilə "Punj Lloyd Raksha Systems" kiçik silah istehsalçısı kimi tanınan birgə müəssisə yaratdılar. Hindistan tarixi rəqibi Pakistan da 7.62x39 mm və 7.62x51mm çaplı G3 və Type 56 tüfənglərini əvəz etmək üçün yeni atıcı silahlar axtarır. Potensial müqavilələr əldə etmək istəyən "FN", "CZ", "Beretta" və s. daxil olmaqla bir neçə şirkət kiçik silah sahəsində ölkədə baş verən hadisələri yaxından izləyir.

Araşdırma Nikolay Antonovun yazılarına əsasən hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Modern-Silahlar  

Xəbər lenti

Kiçik silahlar: Yeni modellər və yeni müqavilələr - ARAŞDIRMA (FOTOLAR)

2018/01/1_1516711839.png
Oxunub: 3516     16:42     23 Yanvar 2018    