“Əgər Qarabağda müharibə başlasa, Rusiya ona cəlb ediləcək” - Robert Leqvold

2018/01/148B59DA-19FD-4B34-8B0E-C1EEC416187D_w1023_r1_s3456345_1516708684.jpg
Oxunub: 1446     15:55     23 Yanvar 2018    
Ordu.az Kolumbiya Universiteti politologiya kafedrasının professoru, Təhlükəsizlik Sahəsində Avroatlantik Təşəbbüsünün direktoru Robert Leqvoldla müsahibəni təqdim edir.

- Hazırda Rusiya və ABŞ/NATO arasında münasibətlər çox gərgindir. Necə düşünürsünüz, Rusiyanın NATO ilə qarşıdurması mümkündürmü?

- NATO və Rusiya arasında bilavasitə hərbi qarşıdurma mənə 2014-cü ilin yayında Ukrayna böhranının ən qızğın olduğu vaxtla müqayisədə bu gün daha az inandırıcı görünür və yalnız ona görə yox ki, Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində Putinə NATO ilə qarşıdurma lazım deyil. Təəssüf ki, hadisələr heç də hər zaman Moskva və Vaşinqtonun nəzarəti altında olmur və faciəvi məqamlardan biri bundan ibarətdir ki, biz yenidən Rusiya və Qərb arasında “soyuq müharibə” vəziyyətindəyik, hərbi münaqişə təhlükəsi yenidən hiss olunur.

- Vaşinqtonun Dağlıq Qarabağ ətrafında Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi prosesində aktivləşməsini gözləməyə dəyərmi?

- Bilirsiniz ki, Azərbaycan-Ermənistan münaqişəsi Vaşinqton üçün çox uzaq mövzudur. Tramp administrasiyası Ukrayna problemi üzrə inkişafa nail olmaq üçün müəyyən cəhdlər edə bilər. Lakin demək olar tamamilə aydındır ki, Azərbaycan-Ermənistan münaqişəsinə heç bir diqqət ayırmayacaq.

- Bəlkə, səbəb ABŞ-da erməni diasporunun yetərincə aktiv olmasıdır?

- Erməni diasporu əvvəlki kimi Konqresə güclü təsir göstərir, lakin Ağ Evə bu qədər təsir göstərmir. Hərçənd həm Konqres, həm də Ağ Ev bu gün başqa problemlərlə məşğuldur.

- Qarabağda hərbi fəalliyyətin yenilənməsi prespektivini necə qiymətləndirirsiniz? Belə olan təqdirdə Rusiya və ABŞ özlərini necə aparacaq?

- Yaxın keçmişdə biz gördük ki, Azərbaycan və Ermənistan arasında müharibəsinin yenilənməsi təhlükəsi hər zaman mövcuddur. Ciddi eskalyasiyaya çevrilə biləcək hadisələrə dair təhlükə var. Həmçinin mən hər iki tərəfin böhrana doğru davamlı hərəkətini görmürəm. Lakin əgər nə isə baş versə, ruslar aktiv şəkildə böhranın həll edilməsinə cəlb ediləcəklər. Həm diplomatik, həm də hərbi səviyyədə.

Birləşmiş Ştatlara gəlincə isə, onlar yalnız sözlərlə məhdudlaşacaqlar.

Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Qarabağ   Müharibə  

Xəbər lenti

“Əgər Qarabağda müharibə başlasa, Rusiya ona cəlb ediləcək” - Robert Leqvold

2018/01/148B59DA-19FD-4B34-8B0E-C1EEC416187D_w1023_r1_s3456345_1516708684.jpg
Oxunub: 1447     15:55     23 Yanvar 2018    