Ekspert: “Türkiyə Afrində YPG-yə qalib gələcək”

2018/01/image_650_365234234_1516707562.jpg
Oxunub: 379     15:34     23 Yanvar 2018    
“Türkiyə Suriyanın Afrin bölgəsində YPG ilə qarşıdurmadan qalib olaraq ayrılacaq”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Geosiyasi Problemlər Akademiyasının prezidenti, hərbi elmlər doktoru Konstantin Sivkov bildirib.

“Əgər NATO ölkələrini müqayisə etsək, Türkiyə ordusu ən yüksək döyüş hazırlığına malikdir və mənəvi-texniki münasibətdə hazırlıq səviyyəsi baxımından daha üstündür. Onun əsgərləri Türkiyə ərazisində, o cümlədən şəhər şərtlərində PKK ilə əhəmiyyətli mübarizə təcrübəsinə malikdirlər”, - deyə Sivkov bildirib.

Onun fikrincə, Türkiyə YPG ilə qarşıdurmadan qalib olaraq ayrılacaq.

“Təbii ki, Türkiyə qalib gələcək, buna şübhə yoxdur”, - deyə ekspert qarşıdurmada kimi qalib gələcəyi ilə bağlı suala cavab verərkən açıqlayıb.

O həmçinin qeyd edib ki, Suriyada milliyyəti kürd olan insanlardan ibarət birliklər Amerika tərəfindən yaradılıb və kürdlərin ABŞ-a üstünlük verməsinin səbəbi Vaşinqtonun köməyi ilə müstəqil dövlət qura biləcəklərinə inanmalarıdır, ABŞ isə kürdlərin hesabına regionda marionet hökumətə malik olmaq niyyətindədir.

“Lakin bu məsələdə Türkiyə ilə sərt qarşıdurma var. Əgər ABŞ Kürdüstanı yaratsa, Türkiyə ABŞ-ın düşməni olacaq. Bu düşmənçiliyin tamhəcmli olacağını və hətta NATO-nu dağıda biləcəyini də təxmin etmək olar. Belə ki, Türkiyə Aralıq dənizində Rusiyanın qarşısın almaqla Alyansa ən önəmli rollardan biri icra edir”, - deyə Sivkov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Türkiyə-ABŞ   YPG   Terror  

Xəbər lenti

Ekspert: “Türkiyə Afrində YPG-yə qalib gələcək”

2018/01/image_650_365234234_1516707562.jpg
Oxunub: 380     15:34     23 Yanvar 2018    