Rusiya XİN-də BMT rəsmisi ilə Qarabağ müzakirə edilib

2018/01/345345_1516705922.jpg
Oxunub: 642     15:11     23 Yanvar 2018    
Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilmanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət çərçivəsində münaqişələrin tənzinlənməsi problematikası, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edib.

Məlumatda tərəflərin münaqişənin həlli problemlərinə toxuduqları, xüsusilə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə diqqət ayırdıqları qeyd olunur.

Bilmanı həmçinin Rusiya XİN-in ixtisaslaşmış şöbələrində qəbul ediblər. Orada Dağlıq Qarabağ və Ukraynanın şərqində mövcud olan vəziyyətin nizamlanması, o cümlədən BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya-XİN   BMT   Qarabağ  

Xəbər lenti

Rusiya XİN-də BMT rəsmisi ilə Qarabağ müzakirə edilib

2018/01/345345_1516705922.jpg
Oxunub: 643     15:11     23 Yanvar 2018    