Afrində "TOW" və "Sabra"ların rəqsi: Kim daha yaxşı "oynayacaq"? – Hərbi ekspert (ANALİZ)

2018/01/4_4550093991.jpg
Oxunub: 465     13:04     23 Yanvar 2018    
Türkiyə rəhbərliyi Azad Suriya Ordusu ilə ümumi hücum hazırlıqlarını başa çatdırdıqdan sonra strateji əhəmiyyətə malik Afrinə əməliyyata başladı. 20 yanvar gecəsi, Türk Hərbi Hava Qüvvələrinin taktiki təyyarələri və artilleriyası PKK/YPG mövqelərinə kütləvi raket və artilleriya zərbələri endirdi. Kanton ərazisinə qoşun yeridilməsi yalnız iki əsas səbəbdən Ankaranın prioritet məqsəd kimi görülürdü. Birincisi, YPG- yə hərbi-texniki dəstək imkanı aradan qaldırılır, ikincisi "Azad Suriya Ordusu"nun nəzarətində olan əraziləri artırmaqla onların Azazda olan mötədil müxalifətlə birləşdirilməsi mümkün olurdu. Bu məqsədlərin həyata keçirilməsində Türkiyə üçün tək maneə Afrin idi.

Rəsmi Moskva "Zeytun budağı" əməliyyatı ilə bağlı Ankaranın tələblərinə neytral qalmaqla razılığını bildirdi. Suriya diplomatik dairələrinin Türkiyəyə qarşı ultimatumlarının isə blef olduğu üzə çıxdı.

Çap olunan fotolarda 8 ədəd F-16C/D Block 50/50+ Türkiyə qırıcılarının Afrin üzərində 8 km yüksəklikdə heç bir təhlükədən ehtiyat tədbirləri görmədən manevrlər etməsi və zərbələr endirməsi diqqətdən qaçmadı. "Buk-M2E" və C-200 komplekslərinə sahib olan Suriya HHM qüvvələri həmin hədəfləri Hələbdən rahatlıqla vura bilərdi. Bunun qarşısını almaq üçün Türkiyə, Suriyanın 9М317 və 5Н62 zenit raketlərinin ehtimal olunan trayektoriyası istiqamətində "Aselsan" şirkətinin istehsalı olan çoxtezlikli və çoxelementli "Koral" RƏM kompleksini (Akpinar və Hatayda) yerləşdirdi. Hələlik kompleks sadəcə döyüş növbəsindədir. Suriya rəhbərliyi verdiyi bəyanatlara uyğun hərəkət etmədiyinə görə kompleks gözləmə mövqeyindədir. Suriyanın cavab verməyə cəsarəti çatmadı. Bu isə Türkiyə qırıcılarına yüksək hündürlüklərdə sərbəst manevr etmək imkanı verdi, yəni aşağı yüksəkliklərə ehtiyac qalmadı. YPG terrorçularının əlində olan DZRK və TƏİRK-lər isə 8 km yüksəklikdə olan hədəflərə qarşı effektiv deyil.

Vəziyyətin belə dramatik inkişafını önləmək üçün keçən həftə Rusiya və Suriya rəhbərliyindən YPG "rəhbərliyi"nə Suriya Ərəb Ordusunun tərkibinə daxil olmaq üçün təklif edilib. YPG isə, ABŞ dəstək verməsə belə, bu təklifi qəbul etməyəcəklərini bildirib. Xatırladaq ki, İraq və Suriyada "Inherent Resolve" əməliyyat qərargahının nümayəndəsi, ABŞ ordusunun polkovniki Rayan Dillon bəyan edib ki, TSQ-nın əməliyyat aparacağı bölgə koalisiyanın cavabdehlik ərazisinə daxil deyil. Bu isə ABŞ-ın Türkiyə ilə üz-üzə gəlmək istəməsi ilə bağlı idi.

Yanvarın 21-də, F- 16C qırıcılarının, 227-mm YARS və "Fırtına" ÖAQ-dan uzun artilleriya atəşlərindən sonra, TSQ quru əməliyyatına, yəni əməliyyatın ikinci mərhələsinə başladığını elan etdi. Bu mərhələdə TSQ saat 11:05 radələrində Azad Suriya Ordusunun bölmələri ilə bərabər, zirehli texnikaların dəstəyi ilə sərhəd xəttini keçdi. Günorta saatlarında Türkiyə xüsusi təyinatlılarının Şankal yaşayış məntəqəsini ələ keçidikləri barədə məlumat yayıldı.

Afrinin qərb və şimal bölgələrində strateji yüksəkliklərdə yerləşən YPG terrorçuları, Qərb və Rusiya istehsalı olan çoxsaylı tank əleyhinə raket komplekslərindən istifadə etməklə TSQ-nin irəlləməsinə ciddi maneə göstərə biləcəklərinə inanırdılar.

Yanvarın 21-də, axşam saatlarında TSQ daha 5 yaşayış məntəqəsini ələ keçirdi və 10 kilometr Suriya ərazisinə doğru irəllədi. 3 nəfər terrorçu əsir götürüldü. Əslində, bu, ilk 6 saatlıq quru əməliyyatı üçün yüksək nəticədir.

Türkiyə tanklarının iştirakına gəlincə, onlar YPG-nin əlində olan muasir tank əleyhinə silahların hücumuna qarşı həssaslıq nümayiş etdirməlidir. Məsələn, YPG terrorçularının əlində olan "Konkurs-M" TƏİRK bir çox "Leopard- 2A4" modellərinə qarşı effektivdir. YPG-nin silahlanmasında həmçinin müasir "Cornet-E" və ya "TOW-2B" TƏİRK mövcuddur. Bu komplekslərin 9M133-1 və BGM-71F raketləri, müvafiq olaraq, 900 və 1200 mm qalınlığında zirehə nüfuz edə bilir. M60A1/3 tanklarının öncəki modellərini isə 9K111 "Fagot" və 9K115M "Metis" TƏİRK-ləri dayandıra bilər.

Lakin, Türkiyə ordusunun ixtiyarında olan tankların hamısı "IAI" OBT "Patton" İsrail korporasiyası tərəfindən modernləşdirilən M60T Mk2 "Sabra"tanklarıdır. Bundan başqa tanklar digər aktiv müdafiə qürğuları ilə təchiz olunub. Türkiyənin Quru Qoşunlarında M60T Mk2 "Sabra" modifikasiyasında olan mövcud tankların sayı təxminən 150-160 ədəddir.

Onların fərqləndirici xarakterik cəhəti ön tərəfındə passiv müdafiə modul avadanlıqları və İsrailın "Merkava MK3" tankında istifadə olunan 120 mm MG253 topunun dinamik müdafiə modulunun quraşdırılmasından ibarətdir. Ön hissənin zirehli plitələrinin dayanıqlılıq ekvivalenti M60A1 tankları ilə müqayisədə M60T modellərində 1,8-2 dəfə artırılaraq, 260-dan 470-520 mm qədər çatdırılıb. Daha yüksək qorunma topun zireh elementlərində tətbiq olunaraq dayanıqlıq ekvivalenti 354mm-dən 600- 650 mm qədər artırılıb. Bu isə "Faqot" və "Metis" TƏİRK-lərinin əvvəlki modellərini Türkiyə tankları ilə mübarizədən tam kənarlaşdırır.

Beləliklə, 9M113 "Konkurs" və 9M115 "Metis" ilk zərbədən tanklara maneçilik törədə bilməyəcək. Lakin 9M115-2 "Metis-M" və 9M113M "Konkurs" TƏİRK-lərdən qorunmaqda fayda var. Bəzi PKK/YPG yönlü mənbələr çoxlu sayda Türkiyə tanklarını məhv etdikləri ilə bağlı dezinformasiya xarakterli məlumatlar yayır. Əgər YPG bu qədər bacarıqla döyüşürdüsə, niyə görə üzü dağa hücum edən TSQ 6 saatlıq döyuşdə 5 kəndi azad edib? Niyə 10 km dərinliyə qədər irəlləyə biliblər?

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: TSQ   YPG   Terror   Zeytun-budağı  

Xəbər lenti

Afrində "TOW" və "Sabra"ların rəqsi: Kim daha yaxşı "oynayacaq"? – Hərbi ekspert (ANALİZ)

2018/01/4_4550093991.jpg
Oxunub: 466     13:04     23 Yanvar 2018    