Kamçatkada qırıcılar stratosferdə hava döyüşü keçirib

2018/01/mig-31-kamchatka345345_1516693513.jpg
Oxunub: 148     11:43     23 Yanvar 2018    
“Rusiya Sakit okean donanması dəniz aviasiyasının qırıcı pilotları stratosferdə səsdən iti sürətlərlə hava döyüşü keçiriblər”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Sakit okean donanmasının rəsmi nümayəndəsi Nikolay Voskresenski bəyan edib.

Onun sözlərinə görə, döyüş şəraitinin yaradıldığı təlimlərdə bir qırıcı hava sərhədlərinin pozucusu qismində çıxış edən digər qırıcını ələ keçirməli və bu halda hava hücumundan müdafiə vasitələrindən istifadə etməməlidir.

“Hava sərhəddinin pozucusu qismində MiQ-31 qırıcısı çıxış etdi. O, 20 kilometr yüksəklikdə uçurdu. Ekipaj qarşısında duran vəzifə Rusiyanın hava sərhəddinə son sürətlə daxil olaraq rus qırıcılarından qaçmaqdan ibarət idi. Sərhəd pozucusu qismində çıxış edən qırıcının ələ keçirilməsi məqsədilə havaya qaldırılan qırıcı da MiQ-31 idi. Müdafiəçi qırıcı işinin öhdəsindən mükəmməlliklə gəldi”, - deyə Voskresenski bildirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Təlimlər  

Xəbər lenti

Kamçatkada qırıcılar stratosferdə hava döyüşü keçirib

2018/01/mig-31-kamchatka345345_1516693513.jpg
Oxunub: 149     11:43     23 Yanvar 2018    