KXDR Olimpiadadan bir gün öncə hərbi parad keçirəcək

2018/01/1516688221_134534_1516692988.jpg
Oxunub: 148     11:35     23 Yanvar 2018    
Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu KXDR-də yeni rəsmi bayram – Koreya Xalq Ordusunun Əsasının Qoyulması Günü təsis edib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata əsasən, bundan sonra hər il fevral ayının 8-də ölkədə tədbir və şadyanalıq keçiriləcək.

Lakin məhz hansı formada tədbirlərin keçiriləcəyi qeyd olunmur. Hərçənd daha öncə Cənubi Koreya KİV-lərə Pxenyanın Olimpiadanın başlamasından bir gün öncə hərbi parad keçirməyi planlaşdırması ilə bağlı məlumat verib.

KXDR rəhbərliyinin bayramın təsis edilməsi ilə bağlı partiya qərarında qeyd olunur ki, 8 fevral 1948-ci ildə Koreya Xalq Ordusunun yaradılması günüdür və bu ordu 25 aprel 1932-ci ildə yaranan Koreya Xalq İnqilab Ordusunun yenidən formalaşdırılmasından yaradılıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KXDR   Hərbi-Parad  

Xəbər lenti

KXDR Olimpiadadan bir gün öncə hərbi parad keçirəcək

2018/01/1516688221_134534_1516692988.jpg
Oxunub: 149     11:35     23 Yanvar 2018    