Dəməşqin xristian rayonunda terror aktı – 9 ölü, 23 yaralı

2018/01/345345_1516689513.jpg
Oxunub: 235     10:41     23 Yanvar 2018    
Suriyanın paytaxtı Dəməşq şəhərinin xristianlar yaşayan Bab-Tuma məhəlləsində terrorçular atəşkəs rejimini növbəti dəfə pozublar.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Dəməşq polis idarəsi məlumat yayıb.

Terrorçuların istifadə etdiyi partlayıcı qurğulardan biri avtobus dayanacağında partlayıb. Partlayış nəticəsində 9 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Qonşuluqda yerləşən Kasaa və Şuqqu məhəllələri də atəşə tutulub, yaralananların olduğu və dinc əhaliyə zərər dəydiyi qeyd olunur.

Hücumlarda minaatanlardan istifadə olunduğu bildirilir. Suriya artilleriyası terrorçulara cavab atəşi açaraq onları məhv edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Dəməşq   Terror  

Xəbər lenti

Dəməşqin xristian rayonunda terror aktı – 9 ölü, 23 yaralı

2018/01/345345_1516689513.jpg
Oxunub: 236     10:41     23 Yanvar 2018    