BMT TŞ Afrin əməliyyatına reaksiya verməyib

2018/01/319329_17145645_1516686683.jpg
Oxunub: 190     09:50     23 Yanvar 2018    
“BMT Təhlükəsizlik Şurası Suriya üzrə növbəti qapalı iclasını keçirib, lakin Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyata heç bir reaksiya verməyib”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasına yanvar ayında sədrlik edən Qazaxıstan diplomatı Kayrat Umarov bildirib.

Onun sözlərinə görə, bu mövzuda müzakirə aparılıb, lakin danışıqların əsas mövzusu məhz Suriya olub.

“BMT baş katibinin siyasi məsələlər üzrə katibi Ceftri Feltman və humanitar məsələlər üzrə katibi Mark Loukok hesabatla çıxış ediblər. Loukok özünün Suriyaya səfəri barədə təfərrüatları bölüşüb”, - deyə Umarov bəyan edib.

Umarov qeyd edib ki, çıxış edənlərdən hər biri Afrində keçirilən əməliyyatı xatırladıblar, lakin nəticə etibarilə BMT Təhlükəsizlik Şurası üçün prioritet Suriya idi.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya   Afrin   BMT  

Xəbər lenti

BMT TŞ Afrin əməliyyatına reaksiya verməyib

2018/01/319329_17145645_1516686683.jpg
Oxunub: 191     09:50     23 Yanvar 2018    