Hərbi ekspert: “Çinin milli aviadaşıyıcısı Hindistanınkından daha yaxşıdır”

2018/01/1051395084324_1516641331.jpg
Oxunub: 565     22:39     22 Yanvar 2018    
“Hindistanın ilk yerli istehsal aviadaşıyıcısı texnoloji və silahlanma baxımından Çinin ilk milli aviadaşıyıcısı ilə müqayisə oluna bilməz”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri televiziya şərhçisi və hərbi ekspert Sonq Çonqpinq səsləndirib.

“Texnoloji baxımdan Hindistanın yerli istehsal aviadaşıyıcısı Çininki ilə müqayisə oluna bilməz. Çin konstruksiya texnologiyasında və digər uyğun sahələrdə, məsələn konstruksiya materialları, döyüş qırıcılar üçün göyərtələr və radar sistemləri istehsalında böyük sıçrayış əldə edib”, - deyə o bildirib.

“Lakin Hindistan öz aviadaşıyıcısının tikintisində digər ölkələrin texnologiyalarına etibar edir. Hindistanın aviadaşıyıcı özüllü təyyarələri əsasən Rusiyanın Mikoyan Mİ-29-larıdır. Onun silahları da əsasən Rusiya, İsrail və digər dövlətlərdən təmin olunur”, - deyə Sonq əlavə edib.

Qeyd edək ki, Hindistanın ilk milli aviadaşıyıcısı olan “INS Vikrant”ın 2020-ci ilə qədər istifadəyə verilməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin-Hindistan   Vikrant   Aviadaşıyıcı  

Xəbər lenti

Hərbi ekspert: “Çinin milli aviadaşıyıcısı Hindistanınkından daha yaxşıdır”

2018/01/1051395084324_1516641331.jpg
Oxunub: 566     22:39     22 Yanvar 2018    