“İrəvanın hind radarları alması balansı dəyişdirməyəcək” - Aslam Xan

2018/01/432432_1516640123.jpg
Oxunub: 541     19:41     22 Yanvar 2018    
Hindistan və Ermənistanın bir sıra KİV-ləri məlumat verib ki, Ermənistan Hindistandan yüksək texnologiyalı silahlar almağa hazırlaşır. Razılaşmanın maliyyə həcmi barədə heç nə məlum deyil. Yalnız Ermənistanın radarlar və uzaqməsafəli artilleriya mərmiləri alacağı məlumdur.

Bu barədə Ordu.az-a açıqlamasında Bəhr-Dar Universitetinin politologiya və beynəlxalq araşdırmalar kafedrasının dosenti, Düyanın Araşdırılması üzrə Asiya-Sakit Okean Tədqiqat Şurasının üzvü, hindistanlı ekspert Aslam Xan bildirib.

O, 2017-ci ilin may ayında Ermənistan Müdafiə Nazirliyi nümayəndə heyətinin əlaqələrin qaydasına salınması və müdafiə sahəsində ikitərəfli razılaşmanın imzalanması üçün Hindistana səfər etməsindən sonra İrəvanın aktiv şəkildə Hindistanla müdafiə əməkdaşlığına diqqət göstərdiyini bildirib.

“Onlar həmçinin Hindistanın Müdafiə Tədqiqatlarının İnkiaşfı Təşkilatına (DRDO) səfər edərək əməkdaşlığın inkişafı variantlarını müzakirə etdilər. Ermənistan DRDO-da istehsal olunan SWATHI radarlarının və məsafədən idarə olunan artilleriya döyüş sursatlarının Hindistandan alınmasında çox maraqlıdır. Mənə məlum olduğu qədərilə, 2018-ci ildən etibarən Hindistan Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirliyi və Myanmanı radarlar, helikopterlər və raketlərlə təchiz edəcək.

Ermənistanın almağı arzuladığı SWATHI radarları 50 kilometr radiusda rəqibin bütün silahlarının dəqiq yerini göstərməsi ilə məşhurdur. DRDO-nun yaydığı məlumata görə, radar effektiv müdafiə zonasının hüdudlarında buraxılan minaatanları, sursatları və raketləri, həmçinin eyni anda fərqli növ silahlar və fərqli yerlərdən atılan sursatları müəyyənləşdirməyə qadirdir.

Sistem həmçinin bizim öz artilleriya silahımızın atəşəşini tənzimləməyə və yönəltməyə qadirdir. SWATHI iki rolu yerinə yetirir: “düşmən silahının tanınması rejimi” və bizim öz artilleriyamız üçün “artilleriya atəşinin istiqamətləndirilməsi rejimi”.

Əgər biz bu sistemin işinə nəzər salsaq, müəyyən edəcəyik ki, artilleriya atəşinin Hindistan ərazisində həyata keçirilməsi halında daima səmanı nəzarətdə saxlayan SWATHI yaxınlaşan mərmini aşkarlayır və sistem onun yolunu izləməyə başlayaraq bu barədə məlumatı digər kompüterlərə ötürür. Kompüter yolu analiz edərək atış mənbəyini müəyyənləşdirir. Mərminin atəş yeri barədə məlumat hücuma cavabdeh olan kompüterlərə daxil olur.

Hindistan xeyli sayda reaksiya göstərmə imkanına malikdir, buraya artilleriya vasitələri, bir neçə raket qurğusu və özüyeriyən artilleriya daxildir. Sitemə SWATHI-dən məlumat aldıqdan sonra reaksiya göstərmək üçün cəmi bir dəqiqə kifayət edir. Bu isə düşmənlərə artilleriyanın yerini dəyişmək üçün çox az vaxt verir”, - deyə hind ekspert bildirib.

Aslam Xan, Azərbaycan Ordusunun Ermənistan ordusu ilə müqayisədə daha yüksək döyüş qabiliyyətinə malik olması və Bakının kəşfiyyat sahəsində daha müasir vasitələrdən istifadə etməsi səbəbindən, Ermənistanın Hindistan radarlarını alacağı təqdirdə bunun Qarabağ münaqişəsi zonasında qüvvələr balansına heç bir formada təsir göstərməyəcəyindən əmindir.

“Lakin Azərbaycan silahlanmasında bu radlara qarşı mübarizə üçün hərbi vasitələrin olması istisnadır. Həmçinin son illərdə Azərbaycan yalnız müasir silah növləri alır, bu isə Azərbaycan Ordusuna Ermənistana qarşı müharibədə üstünlük verir. 2016-cı ilin aprel müharibəsində PUA-lar və digər hərbi kəşfiyyat vasitələrindən istifadə edilməsi bunun əyani sübutudur. Həmçinin əminəm ki, Azərbaycan bu addımı cavabsız qoymayacaq və Silahlı Qüvvələrinin maddi-texniki bazasını modernləşdirmək üzrə əlavə addımlar atacaq”, - deyə Aslam Xan vurğulayıb.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Hindistan-Ermənistan   DRDO   SWATHI  

Xəbər lenti

“İrəvanın hind radarları alması balansı dəyişdirməyəcək” - Aslam Xan

2018/01/432432_1516640123.jpg
Oxunub: 542     19:41     22 Yanvar 2018    