ABŞ donanması “Joint” hava-yer raketini sınaqdan keçirib

2018/01/mfc-jagm-production_1021324_1516638638.jpg
Oxunub: 529     21:25     22 Yanvar 2018    
ABŞ donanması “Bell AH-1Z” helikopteri vasitəsilə ilk “Joint” hava-yer raketlərinin uğurlu sınağını keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Patuksent çayı üzərində baş tutan uçuş zamanı helikopterdəki heyət müxtəlif əməliyyat metodlarından istifadə edib.

“Joint” hava-yer raketinin sınağından məsul Liam Kosqrov bildirib ki, sınağın ilkin nəticələri raketin planlaşdırılan effekti göstərdiyindən xəbər verib. O, bu sınaqların davam etdiriləcəyini də qeyd edib.

Yeni raket hava qüvvələriylə ortaq proqram əsasında hazırlanıb. O, ilk olaraq, “AH-64 Apache” və Dəniz Korpusunun “AH-1Z” helikopterlərinə quraşdırılacaq. Bundan başqa “Hellfire” raketləri ilə silahlanan istənilən təyyarə üçün uyğundur. Bu ilin mayına qədər “AH-64 Apache”lərlə raketin 48 atış təlimi keçiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Joint  

Xəbər lenti

ABŞ donanması “Joint” hava-yer raketini sınaqdan keçirib

2018/01/mfc-jagm-production_1021324_1516638638.jpg
Oxunub: 530     21:25     22 Yanvar 2018    