Türksəyağı tərbiyə: "Zeytun budağı" əməliyyatının keçirilmə səbəbləri və məqsədləri - ANALİZ (Hərbi ekspert)

2018/01/resized_ed283-6ad73209mansetc213213_1516636544.jpg
Oxunub: 910     21:11     22 Yanvar 2018    
ABŞ-ın terrorla mübarizə adı altında terrorçu qruplaşmaları silahlandırması Türkiyə Silahlı Qüvvələrinin Afrinə qarşı "Zeytun budağı" əməliyyatını həyata keçirməyə vadar etdi. Əməliyyatın adı daha çox zeytun məhsulları istehsal edərək terrorçu qruplara maliyyə dəstəyi təmin edən Afrin kantonunun yerli əhalisinə dostluq rəmzi olan zeytunu, terrora qurşanan ünsürlərə isə "budaq" vasitəsilə türksayağı tərbiyə veriləcəyini nəzərdə tutur. Əməliyyatın üçüncü günündə hərbi əməliyyat şəraitini, Türkiyənin qarşısına qoyduğu vəzifələri qiymətləndirməyə çalışaq.

Keçən ilin oktyabrın 12-də "İdlib əməliyyatı"ndan sonra Türkiyənin Suriyanın Afrin kantonuna girəcəyi şübhə doğurmurdu. Əslində "İdlib əməliyyatı" öz xarakterinə görə "Zeytun budağı"nın artilleriya hazırlığı mərhələsi hesab edilə bilər. Azad Suriya Ordusunun cənubdan İdlibə girdiyi gündən Türkiyənin Afrinə girməsi önəmli idi. Lakin, 3 aylıq uzun bir müddət keçsə də, bu əməliyyat həyata keçirilmədi. Bunun səbəbləri müzakirə edilə bilər. Amma mövzudan yayınmamaq üçün bu müzakirəni açmayaq.

Hazırki vəziyyətə bir ayda, bir həftədə nail olunmayıb. Problemin kökünə nəzər salmaq üçün 2011-ci ilin mart ayına qədər geri dönməliyik. Həmin zamanda Suriya daxilində münaqişələr başladı. Bəşər Əsəd və komandası münaqişələrə çox sərt reaksiya verdi. ABŞ prezidenti Obama, Əsədə "getməlidir" deyərkən Türkiyə tam şəkildə onu dəstəklədi.

Artıq 7 ildir ki, Əsəd getməyib. Münaqişə başlayarkən üsyançıların əsəs tələbləri ölkədə diktaturanın bitməsi və demokratiya olsa da, sonradan bu, məzhəb faktorlu vətəndaş müharibəsinə çevrildi. Daha sonra isə terrorizmin və ekstremizmin bütün növlərinin iştirak etdiyi mürəkkəb, çoxmillətli döyüş səhnələrinin şahidi olduq. Afrin bölgəsi yüksək dağlıq ərazidir. Araşdırsaq görərik ki, PKK-ya o bölgədə ilk qucaq açan Bəşər Əsədin atası Hafiz Əsəd olub.

Əsas olan isə 2012-cı ildə Suriya Ordusunun Afrini heç bir güllə atmadan YPG-yə təslim etməsidir. Onsuz da orada tarixən PKK və PYD var idi, indi də onların silahlı terrorçu qolu olan YPG ortaya çıxdı. Türkiyəni ikiqat təhdid altına düşürmək istəyənlərin planı baş tutmaq üzrə idi. PKK dəstəkli PYD və YPG varlığı 2013-cü ildə İŞİD-in meydana gəlməsi ilə Suriya - Türkiyə sərhədini terror qruplarının istədikləri kimi fəaliyyət göstərə biləcəkləri bir bölgəyə çevirdi.

Bölgədə bir çox regional və dünya güclərinin maraqları mövcuddur. Suriya prezidenti hakimiyyətini qorumaq üçün hava və dəniz limanlarını Rusiyaya 49 illiyə istifadəyə vermək üçün müqavilə imzaladı. Bu isə ən azından yaxın gələcəkdə Rusiyanın Əsədin hakimiyyətdə qalmasını dəstəkləyəcəyi deməkdir. Rusiya ən azından Fərat çayının şərq sahilinin Əsədin nəzarətində qalmasına çalışır. ABŞ isə Fəratın qərb sahilini özünün və YPG-nin nəzarətində saxlamağa çalışır. Sanki ruslarla amerkalılar arasında bir razılaşma var.

2016-cı ilin avqustunda Türkiyə "Fərat Qalxanı" əməliyyatına başladı. Eyni zamanda Dəməşq rəhbərliyi də Hələbə qarşı hücuma keçdi. Burada Əl Babın Hələblə sıx şəkildə bağlı olması nəzərdən qaçmamalıdır. İkinci hadisə, İdlib əməliyyatı 2017-ci ilin oktyabrında başladı. 2017-ci ilin dekabrında Suriya rəhbərliyi Həmadan İdlibə, münaqişə zonasına daxil olmağa başladı. Bu əməliyyatlarla Rusiya Fəratda Əsədin güclənməsinə çalışır. Həmadan İdlibə keçirilən əməliyyat sonrası, 31 dekabr və 6 yanvarda Hmeymin və Tartus bazalarına qarşı hücumlar oldu. Əslində, Rusiya YPG kartını və ümumilikdə Suriyadakı kürd kartını ABŞ-a vermək istəmir. Astanada rusların kürdlərə "mədəni muxtariyyət" verilməsi barədə konstitusiya layihəsinin təqdim ediləcəyi barədə "sayıqlamaları" yaddaşlardadır.

2016-cı ilin avqustunda "Fərat Qalxanı" əməliyyatında Afrinə daxil olma Türkiyənin bütün əməliyyat planlarında öz əksini tapırdı və prezident tərəfindən təsdiq edildiyi məlum idi. Lakin Afrinə girmək üçün şərq tərəfdən, Tel Rıfatdan keçmək lazım idi. Rusiya isə əsgərlərini oraya yerləşdirərək, TSQ-nın Afrinə müdaxiləsinə maneə oldu. Digər tərəfdən isə ABŞ-ın sabiq prezidenti Obama, Türkiyəli həmkarına bəzi zəmanətlər verərək onu Suriyadan çəkilməyə razı sala bildi. Obamanı əvəz edən Tramp administrasiyası isə tam tərsinə olaraq, 30000 YPG terroçusunu silahla təmin etdiklərini, onlara texnika, silah və sursat verdiklərini, təlim keçdiklərini gizlətmədi.

"Stanford"da çıxış edərkən ABŞ Dövlət katibi Reks Tillerson, "2017-ci ilin iyul ayından bu yana cənub qərbi Suriyada ABŞ, Rusiya və İordaniya ilə birlikdə çalışırıq" deyə bildirdi. "Məqsəd, bölgədəki gərginliyin qarşısını almaqdır. Rusiya ilə Fərat çayı boyunca razılaşmamız var", - deyə o qeyd etdi.

Türkiyə sərhədində ABŞ, Rusiya və İordaniyanın birgə fəaliyyətlərinə səssiz qalacağını ancaq "qoca biznesmen" düşünə bilərdi. Bu konkret hadisələr isə ABŞ-ın əsl məqsədinin Türkiyə sərhədi boyünca "kürd dəhlizi" yaradaraq, Kobanıni Afrinlə birləşdirib yeni yaradacağı "kürd dövləti"nin Aralıq dənizinə çıxışını təmin etməkdən və Türkiyənin ərəblərlə əlaqəsini kəsməkdən ibarət olduğunu göstərirdi.

Bu isə Türkiyə üçün həyati təhlükəsizlik problemləri meydana gətirir. Bu metod İraqdakı metodlarla eyni deyil. Əhəmiyyətli fərq var. İlk fərq, Suriyanın şimalında PKK-nın bir qolu olan PYD-nin meydana gəlməsidir. İraqda bəlli bir əraziyə sahib olan bölgə idarəetməsindən söhbət gerdirsə, burada ABŞ-a arxalanan torpaqları olmayan silahlı, təlimli və təchizatlı terror qruplaşmasından söhbət gedir. Onun silahlı qüvvəsi isə YPG və elə PKK-nın özüdür. YPG-nin içində Türkiyədən gedən minlərlə PKK-lı var. Bu yaraqlıların sayı ABŞ tərəfindən açıqlanan məlumatlara görə 30000 nəfərdən az deyil. Son zamanlarda ABŞ-ın İraqdan çıxardığı böyük sayda texnikaları, silah komplekslərini və sursatları YPG-yə təslim edərək, onları Türkiyə sərhədlərinə yerləşdirməsi barədə planları Ankara tərəfindən cavabsız qala bilməzdi.

Əməliyyatın ilkin mərhələsində burada dislokasiya olunan 100-300 rus əsgəri bölgədən geri çəkildi. Afrində 8000-9000 YPG terrorçusu olduğu ehtimal olunur. Menbicdən də bura hərbi sursat və ləvazimatlar gəlir. Rəsmi Dəməşqin isə nəzarət edə bilmədiyi torpaqlara hərbi qüvvə yeritməsi hələlik mümkün deyil. YPG ağır silahlara malikdir. Silahlar həm ABŞ, həm də Rusiya istehsalıdır. Coğrafi olaraq Afrin yüksək dağlıq ərazidir. PKK-nın illərdir baza olaraq istifadə etdiyi "Kurd dağları" bu bölgədədir. Afrinin əməliyyatı ərazinin coğrafi quruluşu baxımından mürəkkəb əməliyyat hesab olunur.

Təbii ki, istənilən hərbi əməliyyat itkilərə səbəb olur. TSQ-nin qarşısında duran əsəs vəzifə bu əməliyyatı minumum itki və qələbə ilə başa vurmaqdır. Strateji obyektləri, HHM sistemləri, rabitə və enerji təminatı məntəqələri, silah, sursat, blindaj və tunelləri paralel olaraq HHQ və XTQ tərəfindən daha detallı zərbələrə məruz qoyduqdan sonra bölgəyə Quru Qoşunlarının yeridilməsi, itkilərin təmamilə sıfıra endirilməsinə səbəb olardı.

Xüsusi hərbi təlimlər görən YPG zirehli vasitələrə və ağır silahlara malikdir. Terrorçuların əlində tank əleyhinə idarəolunan raket sistemləri, əl bombaları, 120 metrlik minaatanlar, PUA-lar, uzaq məsafəli rabitə vasitələri mövcuddur. Yeni texnika və texnologiyaları ABŞ-dan əldə edirlər. Daha mütəşəkkil müharibə aparmaq üçün qurumlar yarada biliblər. Başqa sözlə, türk əsgərini PKK-dan daha çox elmli və daha çox təchizatlı bir terroçularla döyüş gözləyir. Təbii ki, TSQ qurudan və havadan endirdiyi zərbələrlə bu təhlükəli terrorçuları aradan qaldırcaq. Bu əməliyyatın ən vacib xüsusiyyəti, İŞİD-ə qalib gələn daha üstün terror qruplaşmasını məhv etmək missiyasinın türk əsgərinə qismət olmasıdır. Bu isə həmin yaraqlıları dəstəkləyən və ya onlarla bacara bilməyən dövlətlərin Türkiyəyə qarşı bəyanatlar səsləndirməsinə səbəb ola bilər. Afrin əməliyyatları zamanı Türkiyə sərhədləri daxilində PKK-nın aktivləşməsi istisna edilmir.

Afrindən sonra Türkiyənin hədəfi Münbic kantonudur. Burada vəziyyət daha çətin ola bilər. Bu ərazidə Suriya və Rusiya qoşunları hələ də mövcuddur.

Türkiyə Afrini və Menbici YPG terroristlərindən təmizləsə belə, bu problem nisbətən işə yarayacaq. Lakin problemlər kökündən həll edilməyəcək. Problemin kökündən həlli üçün Türkiyə, Suriya və Rusiya ilə birgə ölkə daxilində olan bütün terrorçu ünsürlər məhv edilməlidir.

Afrinin həm terroristlərdən təmizlənməsi, həm də silahların məhv edilməsi və trofey olaraq ələ keçirilməsi Türkiyəni üstün vəziyyətə gətirə bilər. Birincisi terrorçulara verilən silah sahiblərini bəlli etmək üçün sübutlar əldə olunacaq, ikincisi isə terrorçuların məhkəmədə cəzalandırılması üçün hüquqi baza formalaşacaq. Digər tərəfdən "Kürd dəhlizi"nin Aralıq dənizinə qədər gedib çatması ideyası beşikdəcə boğulacaq. Bu dəhlizin meydana gəlməsi Türkiyənin ərəb dünyası ilə tarixı əlaqələrinin kəsilməsinə səbəb ola bilər.

Yalnız Türkiyə sərhədindəki PKK deyil, bölgədəki bütün terror təşkilatları təhlükələrinin aradan qaldırılması, həmçinin Amanos dağlarından Türkiyəyə sızan terrorçuların əngəllənməsi, Afrin və Menbicin təmizlənməsindən sonra nisbətən mümkün olacaq.

Suriyanın Afrin bölgəsində yerli xalq üzərində anti-demokratik, silah və təzyiq gücü quran PKK/YPG idarəçiliyini aradan qaldırmaq da əməliyatın səbəbləri arasındadır.

Türkiyənin ötən il terrordan təmizlədiyi, "Fərat Qalxanı" əməliyyatı bölgəsində yerləşən Cerablus, Aazaz, Babda yaratdığı etibarlı mühit və təcrübənin də Afrin bölgəsində tətbiq edilməsi mümkün olacaq.

Digər tərəfdən Türkiyə 3,5 milyon Suriyalı qaçqından bir hissəni bu bölgəyə yerləşdirə bilər.

Hərəkatın ana məqsədlərindən biri də sərhəddə 30 kilometr dərinliyə qədər irəliləyib təhlükəsizlik bölgəsi yaratmaqdır. Bu isə Türkiyənin Hatay və Kilis bölgələrinin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir.

İndi bəziləri Türkiyəyə əməliyatları müəyyən sərhədlər çərçivəsində və çox qısa müddətdə sonlandırılması ilə bağlı irad bildirməkdən çəkinmirlər. İran isə əməliyyatın sonlandırılmasına çağırıb. Əslində ABŞ-ın diqqəti növbəti mərhələdə İrana yönələcəyi şübhəsizdir. İranla birbaşa sərhədləri olmayan ABŞ əlbəttə ki İranı çalxalamaq üçün həmin PKK qanadlarından - PJK və YPG-dən istifadə edəcək.

Fransa bu gün BMT-nin TŞ-nin iclasını Afrinə görə toplayır. Həmin siyasilərə bir neçə sual ortaya çıxır: Suriya dövlət olaraq məhv edilərkən harada idiniz? Azyaşlı uşaqların, qadınların terror təşkilatları tərəfindən "canlı bomba" kimi istifadə edildikdə niyə səsiniz çıxmırdı? Sizin silahlarınızla Türkiyə vətəndaşları öldürüləndə niyə etiraz etmirdiniz? Bu suallara cavab tapa bilməyənlərin səmimiyəti inandırıcı görünmür.

TSQ-nin Suriya Azadlıq Ordusu ilə bərəbər əməliyyatın üçüncü günündə 11 kilometr irəlləyərək, ona yaxın kəndi azad etməsi bu həftə içində qarşısına qoyduğu əsas hərbi hədəflərə çatacağını söyləməyə əsas verir. İlk iki gündə səsini çıxarmayanlar ABŞ-ın Türkiyəni durdura biləcəyini düşünürdülər. Lakin Ankaranın qərarlığı ABŞ-ı da "oyundan kənar" vəziyyətdə saxlaya bildi. ABŞ 30000 YPG silahlandıraraq "Sərhəd Təhlükəsizlik Qüvvələri" yaratmaq ideyalarından nəinki əl çəkdiklərini, hətta belə bir ideyalarının olmadıqlarını Dövlət Katibi səviyyəsində bəyan etdilər.

O zaman sual oluna bilər: Bu ideya yox idisə İraqdan çıxarılan 120 ədəd zirehli maşını və 4000 (bəzi mənbələrdə 4800) tır silah və sursatı YPG-yə niyə verirdiniz? Açdığınız təlim mərkəzlərində YPG üzvləri olan terrorçuların təlimlərini başa vurması ilə bağlı təşkil etdiyiniz buraxılış mərasimləri nə deməkdir? ABŞ sənəddə və sözdə Türkiyənin müttəfiqi olsa da, əslində əli qana bulaşan terrorçularla eyni yataqdadır. Yaddan çıxarmayaq: Heç bir dostluq və ya düşmənçilik əbədi olmur. Əbədi olan milli maraqlardır.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Afrin-əməliyyatı   Zeytun-əməliyyatı  

Xəbər lenti

Türksəyağı tərbiyə: "Zeytun budağı" əməliyyatının keçirilmə səbəbləri və məqsədləri - ANALİZ (Hərbi ekspert)

2018/01/resized_ed283-6ad73209mansetc213213_1516636544.jpg
Oxunub: 911     21:11     22 Yanvar 2018    