Hərbi İdman Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTOLAR

2018/01/223_1516629354.jpg
Oxunub: 695     17:57     22 Yanvar 2018    
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, yanvarın 22-də nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyub.

Yanvarın 25-dək davam edəcək səfər çərçivəsində CISM nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşləri nəzərdə tutulur.

Görüşlərdə CISM ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaqdır.

Ordu.az

Foto

Teqlər: CISM   Azərbaycan  

Xəbər lenti

Hərbi İdman Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTOLAR

2018/01/223_1516629354.jpg
Oxunub: 696     17:57     22 Yanvar 2018    