Hindistanın ilk milli aviadaşıyıcısı 2020-ci ilə qədər donanmaya qoşulacaq

2018/01/345345_1516617596.jpg
Oxunub: 583     14:38     22 Yanvar 2018    
Hindistanın ilk milli aviadaşıyıcısı “INS Vikrant”ın 2018-ci ildə qəbul edilməsi və 2020-ci ilin oktyabrına qədər istifadəyə verilməsi gözlənilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Donanması Dəniz Konstruksiya İdarəsinin baş direktoru general J. Çovdhari bildirib.

Yeni aviadaşıyıcının çəkisi 40 min ton, uzunluğu 260 metr, genişliyi 60 metr və dərinliyi isə 30 metrdir. O, 20 döyüş qırıcısı və əlavə 10 təyyarə daşıya bilər.

“Vikrant” üzərində iş 1999-cu ildə başlanıb və gəminin onurğası 2009-cu ilin fevralında hazır olub. Aviadaşıyıcı Donanmanın Dəniz Konstruksiya İdarəsi tərəfindən dizayn edilib və dövlət şirkəti olan “Cochin Shipyard Limited” tərəfindən Koçi liman şəhərində hazırlanır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Vikrant  

Xəbər lenti

Hindistanın ilk milli aviadaşıyıcısı 2020-ci ilə qədər donanmaya qoşulacaq

2018/01/345345_1516617596.jpg
Oxunub: 584     14:38     22 Yanvar 2018    