ABŞ-ın pulu bitir? B-21-in yaradılması üzrə işlər dayandırılacaq

2018/01/45645645_1516616731.jpeg
Oxunub: 2832     18:09     22 Yanvar 2018    
ABŞ Hərbi Hava Qüvvələri üçün yeni B-21 “Raider” strateji bombardmançısının yaradılması maliyyə çatışmazlığı səbəbilə dayandırılacaq.

Ordu.az bu barədə “Defence News” nəşrinə xəbər verir ki, bu barədə ABŞ Həbi Hava Qüvvələri nazirinin müavini Mett Donovan bəyan edib.

“ABŞ Konqresi maliyyə vəsaitlərinin ayrılması üzrə işləri davam etdirir, lakin hətta ən yaxşı halda belə, “Raider”lərin yaradılması təxirə salınacaq”, - deyə Donovan bildirib.

Bununla belə, Donovan işlərin hansı müddətə təxirə salındığını açıqlamayıb.

Qeyd edək ki, B-21 uzaq radiusda fəaliyyət göstərməyə və nüvə silahı daşımağa qadir strateji bombardmançıdır. Təyyarənin yaradılması üzrə müqaviləni isə 2015-ci ildə ağır mübarizədən sonra “Boeing” və “Lockheed Martin”i üstələyən “Northrop Grumman” qazanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-21   Northrop-Grumman  


Bizi "telegram"da izləyin