Sonuncu Kabil hücumu nədən xəbər verir? - ANALİZ

2018/01/afghanistan-bombing-taliban-kabul-2011-5-2245345_1516612373.jpg
Oxunub: 769     13:51     22 Yanvar 2018    
Kabildakı sonuncu dəhşətli və ölümcül hücum Əfqanıstanın təhlükəsizliyi ilə bağlı narahatlığa bir daha diqqət cəlb etdi.

Digər tərəfdən BMT-də davam edən söz davası Pakistan-ABŞ əlaqələrinin uzunmüddətli bir anlaşmazlıq dövrünə daxil olduğunu göstərir. Həmişə aşırı şiddət və psixoloji şokedici hadisələr meydana gəldikdə, qarşı tərəf bunun öhdəsindən gəlmək üçün daha zorakı mübarizəyə əl atır.

ABŞ-ın Əfqanıstandakı hərbi hərakatı artırma təşəbbüsü və Əfqanıstan hökuməti tərəfindən siyasi qanuniliyinin davam etdiyini sübut etməyə çalışdığı bir vaxtda, Kabildə yerləşən ən böyük otellərdən birinə edilən hücum ölkədəki silahlı şəbəkənin təhlükəsizlik məsələlərinə hökmranlıq etdiyini bir daha büruzə verdi.

Əfqanıstanda olan yerli, ABŞ-ın və digər xarici təhlükəsizlik qüvvələrinin varlığının hansı rolu oynamasından asılı olmayaraq, ən sonda problemin həll olunması üçün istənilən halda Əfqanıstandaxili siyasi həll yolu tapılmalı olacaq.

Strategiyadakı dəyişiklikdə iki aspekt var: Pakistan və Əfqanıstan. ABŞ aparıcı xarici qüvvə ola bilər, lakin Əfqanıstanda ABŞ liderliyindəki müharibənin 17-ci ili də supergücün burada siyasi nəticə əldə etmə imkanlarını dəyişdirmədi.

Son günlərdə ABŞ tərəfindən Talibana daha böyük hərbi təzyiq təşəbbüsləri var və bu cür addımlar ABŞ-dakı siyasi hesabları dəyişə bilər. Lakin hərbi güc konfiqurasiyası və ABŞ-ın iddia etdiyi nə olur olsun, siyasi həll yolu Əfqanıstan daxilində tapılmalı, Əfqanıstan hökuməti və Pakistan üçün uyğun olmalıdır.

Təəssüf ki, nə Əfqanıstan hökuməti, nə də Pakistan dövləti bəzi şeyləri etiraf etməyə meyilli deyil. Kabil hücumu zamanı Kəraçidəki Pakistan konsulunun öldürülməsi gərginliyi daha da artıra bilər. Lakin potensial həll üçün məqbul vaxt yaranıb: Əfqanıstan hökuməti və Pakistan arasında hər iki dövlətə düşmən olan silahlıların ələ keçirilməsi, yaxud məhv edilmələrinə imkan yaradacaq kəşfiyyat əməkdaşlığı başladılıb. Əslində, sonu görünməyən müharibənin bu hissəsində hər iki tərəf də gələcəkdə təhlükəli oyunlar oynamalı olacaqlarını qəbul etməlidirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Pakistan  

Xəbər lenti

Sonuncu Kabil hücumu nədən xəbər verir? - ANALİZ

2018/01/afghanistan-bombing-taliban-kabul-2011-5-2245345_1516612373.jpg
Oxunub: 770     13:51     22 Yanvar 2018    