Xüsusi layihə: Çin dağlarda və səhralarda döyüşə niyə hazırlaşır? – ANALİZ

2018/01/463085845645_1516608004.jpg
Oxunub: 1653     11:55     22 Yanvar 2018    
2018-ci ilin əvvəlində Çində silahlı qüvvələrin döyüş qabiliyyətini gücləndirmək üçün yeni tədbirlər həyata keçirmək nəzərdə tutulur.

Pekinin mərkəzi meydanı Tyananmendə ilk dəfə Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) fəxri qarovul bölüyü tərəfindən yanvarın 1-də Çin bayrağını qaldırıldı. Əvvəllər bu şərəfli vəzifə Çin Silahlı Polisinin əsgərlərinə, yəni daxili qoşunlara həvalə olunurdu. Xarici vətəndaşlar üçün bu mərasimin xüsusi məna daşımaya bilər, nişanları və geyimləri fərqli olan hərbçilər bir-birini dəyişir. Lakin hələ Konfutsi vaxtından etibarən Çində hər mərasim özünməxsus rituallardan ibarətdir, orduya ölkənin əsas rəmzini daşımaq hüququnun verilməsi Çin üçün ordunun nüfuzunun artırılması istiqamətində çox əhəmiyyətli bir addımdır.

Yanvarın 1-dən əlavə olaraq ÇXR-in, ÇKP MK-nin və Mərkəzi Hərbi Şura sədri Sİ Tsinpinin döyüş hazırlığı üçün daha yüksək tələblər irəli sürən yeni sərəncamı qüvvəyə mindi.

Xalq Silahlı Polisi Yeni il ərəfəsində hökumətin tabeliyindən çıxarılaraq ÇKP MK-nin tabeliyinə (CPC Mərkəzi Komitəsinin və Hərbi Şuranın tərkibi eynidir) verildi.

Son illər ərzində Xalq Azadlıq Ordusunda islahatlar keçirilib, ordu Baş Qərargahın tabeliyindən çıxarılaraq Mərkəzi Hərbi Şuranın Birləşmiş Qərargahına tabe edilib.

Belə ki, silahlı müxalifətin hətta hipotetik üsyan imkanının aradan qaldırılması üçün işlər görülüb: ölkədə hər hansı bir "silahlı adam" indi ÇKP Mərkəzi Komitəsindən və Mərkəzi Hərbi Şuranın tabeliyindədir. Siz Çin silahlı qüvvələri müxalifət əhval-ruhiyyə qabiliyyəti haqqında sual verə bilərsiniz, çünki 2012-ci ildən sonra yüksək rütbəli hərbçilər repressiyaya məruz qaldı.

Tanınanlar arasında 2015-ci ildə istintaq zamanı ölən ÇHŞ sədr müavini Syu Tsayxou, ömürlük həbsə məhkum olan ikinci ÇHŞ sədr müavini, general polkovnik Qo Bosyun, general Van Tszyanpin, HHQ eks-komissarı Tyan Syusi var idi. Onların hamısı korrupsiyada, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət sirlərini yaymaqda ittiham olunurdu.

Siyasi Büronun daimi Komitəsinin keçmiş üzvü, 2012-ci ilə qədər Çin təhlükəsizlik qüvvələrinə nəzarət edən Çjou Yonkanın yüksək vəzifədən getmədən az əvvəl Pekində tabeliyində olan bəzi texnikalardan istifadə edərək aktivlik nümayiş etdirməsi onun ömürlük həbs cəzasına məhkum edilməsi ilə nəticələndi.

Ordu dağlara və uzaq dənizlərə gedər

Döyüş hazırlığı üçün Çin rəhbərliyinin yeni tələbləri səslənən kimi, Çin Silahlı Qüvvələri ölkədə və xaricdə geniş miqyaslı döyüş təlimlərinə başladı. Quru Qüvvələri, Dəniz Donanması, Hava Qüvvələri, Raket Qoşunları və Xalq Silahlı Polisləri təlimlərə cəlb edildi. Çin siyasətində xarici dünyaya rəsmən çatdırılması hansısa səbəblərdən uyğun olmayan məqamları "Huantsyu Şibao" qəzetinin ingilis versiyası dərc edib.

Çin mediasına görə, təlimlər zamanı gizli "stels" texnologiyaya sahib milli orta və uzun mənzilli beşinci nəsil J-20 qırıcılarının iştirakı ilə döyüş atışları icra edilib. Təlimlərdə yeni J-16 və J-10C qırıcıları, H-6K strateji bombardmançıları və ağır Y-20 hərbi nəqliyyat təyyarələri də cəlb olunub.

Ordunun rəsmi mətbu orqanı olan "Tsefantszyun bao" nəşri "qaçılmaz təhlükələr”lə bağlı məqalə dərc edərək xəbərdarlıq edib və arxayınlaşmağın yolverilməz olduğunu xatırladıb. Qəzet təlimlər ilə bağlı hesabatında onların "yayla zonasında" yerləşən aerodromların bəzilərində keçirildiyini və uzun mənzilli nəqliyyat təyyarələrinin döyüş aviasiyası ilə birgə fəaliyyət göstərdiyini vurğulayıb. Aydındır ki, "Yayla" dedikdə qəzet Tsinxai-Tibet Yaylasını nəzərdə tutur.

"Yayla bölgəsində mümkün hərbi münaqişə təhlükəsi Hindistanla sərhəd gərginliklə əlaqəli olaraq keçən ildən bəri artıb, buna görə də həmin ərazilərdə hərbi təlimlər keçirməyə əsas var. Hindistan quru qüvvələrinin ədədi üstünlüyü var, buna görə biz havada üstünlük əldə etməli və Çin qoşunları üçün mütləq üstünlük yaratmağa nail olmalıyıq", - deyə birmənalı şəkildə HHQ-dən ehtiyata buraxılan və adının çəkilməsini istəməyən zabit bildirib.

KİV yalnız Çində deyil, xaricdə də Çin qoşunlarının təlimləri barədə təsadüfən yazmır. Cibutidə yerləşən Çin donanmasının dəniz piyadalarının hərbi təlimləri keçirilib. Manevr zamanı düşmən təyyarələrinin hücumu dəf edilib, kəşfiyyat fəaliiyətinin qarşısı alınıb, terrorçular səhrada izlənilib və məhv edilib.

"Huantsyu Şibao" nəşrinin yazdığı xəbərə görə, Çin rəhbərliyi yanvarın 3-də Çin silahlı qüvvələrinin hazırlığını yoxlayarkən Mərkəzi Komandanlığına aid hərbi hissələrdən birində göstərişlərini dəqiqləşdirib. Dövlət, partiya və ordu rəhbəri Si Tsinpin "reallığa yaxın təlimlər və rəqəmsal texnologiya, innovasiya və islahatlardan istifadə etməklə elit döyüş qüvvələri yaratmalıyıq" deyə vəzifələri konkretləşdirib.

"Xinhua" Xəbər Agentliyinin məlumatına görə, təlimlər yanvar ayında dənizdə, raket qoşunlarında, Silahlı Polis qüvvələrində və strateji dəstək qüvvələrində keçiriləcək.

Çin mümkün hərbi münaqişələrə hazırlaşır

"Müharibəyə hazırlaşmaq istəyi olmayan əsgər - pis əsgərdir", - ordu qəzeti "Tsefantszyun bao" belə yazır. Məqalədə ÇXAO-nun "dünyanı iflic etdiyi müharibə ehtimalını görməkdən imtina edən" hərbçiləri tənqid edilib.

Bu, dolayı yolla orduda bəzi müxalif qruplarin olduğunu göstərir və bu qruplarla vəziyyət aydın deyil. Yəni xarici düşmən qüvvələrindən əlavə olaraq "daxili düşmənlər" də var? Bu ÇKP-nin Mərkəzi Komitəsinin keçirəcəyi Ümumçin Milli Xalq Konqresindən sonra məlum olacaq. Toplantıda Si Tsinpin ilə mərkəzi hakimiyyəti gücləndirmək gözlənilir.

"Ölkə böyük hərbi gücə çevrilmək ərəfəsində olduğu zaman yüksək təhlükəsizlik riskləri olan bir dövrə girir. Müharibə bizdən uzaqda deyil. Təhlükə sülh pərdəsi altında gizlənir. Çinin ətrafında regional vəziyyət mürəkkəb və qeyri-sabitdir. Çin hərbi vəziyyətin kəskinləşməsini istisna edə bilməz. Biz böhran ehtimalını tam dərk etməliyik və istənilən zaman mübarizə üçün hazır olmalıyıq", - deyə "Tsefantszyun bao" nəşri xəbərdarlıq edib.

Çinin silahlara nəzarət və tərksilah Birliyi sədrinin müşaviri təqaüddə olan general-mayor Syuy Guanyuyun sözlərinə görə, ekspertlər, Çin yaxınlığında hərbi münaqişənin mümkünlüyünün son illərdə artdığını qeyd edirlər.

Bu məlumat "Xuantsyu Şibao" nəşrində yayılıb. Qəzet hazırda Çinin silahlara nəzarət və tərksilah Birliyi sədrinin müşaviri olan təqaüdçü general-mayor Syuy Guanyuyun fikirlərini dərc edib: "Koreya yarımadasında, Çin-Hindistan sərhədində və Tayvan Boğazında ÇXAO istənilən vəziyyətin inkişafina hazır olmalıdır".

Generalın sözlərinə görə, xaricdə, məsələn, Afrika və Yaxın Şərqdəki maraqlarımız yerli qeyri-sabitliyə görə təhdid edilir.

Koreya yarımadasında, Çin-Hindistan sərhədində və Tayvan Boğazında ÇXAO istənilən vəziyyətin inkişafina hazır olmalıdır. Xaricdə, məsələn, Afrika və Yaxın Şərqdəki maraqlarımız yerli qeyri-sabitliyə görə təhdid edilir”, - deyə general bildirib.

Çinin hərbi narahatlıq spektrini təsvir etmək üçün, Çin və Yaponiya arasındakı mübahisəli Dyaoyuydao adaları (Senkaku) ətrafında vəziyyəti, eləcə də Cənubi Çin dənizində adaların ərazi mənsubiyyətinin və su akvatoriyasının sərhəd xətlərinin təyin edilməməsini əlavə edə bilərsiniz. Çin diplomatik tədbirlər vasitəsilə problemləri azaltmaq üçün çalışır, lakin hər dəfə ABŞ-ın kobud müdaxiləsi ilə qarşılışır.

Ancaq Pekin, regional siyasətdə lider - hakim halına gəlib. Buna İslamabad ilə əlaqələrinin (hərbi də daxil olmaqla) güclənməsi sübutdur. Digər maraqlı nümunələr də var.

Çin yeni raket texnologiyası qəbul edir, hərbi kosmik qüvvələrinin elementlərini təşkil edən müasir hava gücü yaradır, ikinci və üçüncü təyyarə daşıyıcıları inşa edir. Ümumiyyətlə, müdafiə sahəsində olan kurs artıq dünyanın ikinci iqtisadiyyatına çevrilən ölkənin gücünü maksimuma çatdırmağı nəzərdə tutur. ÇKP-nin son XIX qurultayında elan sosial-iqtisadi inkişafı üçün hərbi iddialı planları gücləndirmək üçün bütün əsaslar var. Hərbi sahədə tədbirlər regional problemlərlə yanaşı, həm də Çin və Rusiyanın əsas potensial düşmən təyin etdiyi ABŞ-ın yeni milli hərbi strategiyasına cavabı təmin edə bilər.

Anlaliz Andrey Kirilovun yazılarına əsasən hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

Xəbər lenti

Xüsusi layihə: Çin dağlarda və səhralarda döyüşə niyə hazırlaşır? – ANALİZ

2018/01/463085845645_1516608004.jpg
Oxunub: 1654     11:55     22 Yanvar 2018    