General Həzi Aslanovun doğum günüdür

2018/01/Hezi-Aslanov-qehraman-sovet-ittifaqi-azvision-manshet-foto_1493886868_1516602666_3033212662.jpg
Oxunub: 900     11:30     22 Yanvar 2018    
Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.

Ordu.az xəbər verir ki, Həzi Aslanov 1910-cu ildə Lənkəran şəhərində anadan olub. 13 yaşında atasını itirən H.Aslanov kərpic zavodunda fəhlə işləyib. Zaqafqaziya hərbi hazırlıq məktəbində, 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Sonra iki illik Leninqrad süvari məktəbini bitirib və Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edib. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edib, onu ağır tələfata uğradıb. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum ediblər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarıb.

H.Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər. Düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O daim öz hərbi biliyini artırmağa səy göstərib. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyib. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb.

1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verilib. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçiblər. Belarusun iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam ediblər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirib. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.

Ordu.az

Teqlər: Həzi-Aslanov   Əfsanəvi-General  

Xəbər lenti

General Həzi Aslanovun doğum günüdür

2018/01/Hezi-Aslanov-qehraman-sovet-ittifaqi-azvision-manshet-foto_1493886868_1516602666_3033212662.jpg
Oxunub: 901     11:30     22 Yanvar 2018    