Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

2018/01/1148512184512_1516461324.jpg
Oxunub: 464     19:11     20 Yanvar 2018    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki Şəhidlər xiyabanları ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.

Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Ordu.az

Foto

Teqlər: Müdafiə-Nazirliyi   20-Yanvar  

Xəbər lenti

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

2018/01/1148512184512_1516461324.jpg
Oxunub: 465     19:11     20 Yanvar 2018    