Düşmənin qorxulu röyası – Qafqaz “YIRTICI”sı

2018/01/26855976_1101915036618110_1782949614_n456_1516362563.jpg
Oxunub: 6628     19:24     19 Yanvar 2018    
SSRİ-dən qopan və özünün müstəqilliyini elan edən Azərbaycanın tarixdə başqa Sovet respublikaları kimi, düşünülmüş siyasətlərin qurbanı olacağı şəksiz idi. Böyük bir imperiyanın parçalanması fonunda özünü müstəqil dövlət elan edən bir çox respublikalar hansısa zaman kəsiyində gah vətəndaş, gah qonşu respublikalarla müharibə yoluna girməyə məcbur edildi. Azərbaycan da Rusiya və Qərb tərəfindən qızışdırılmış və mənfur tarixi ilə hər zaman başqa dövlətlərə ərazi iddiasında olan Ermənistanın Qarabağda formalaşdırdığı separatçı qüvvələri ilə üz-üzə qaldı. Bu zaman SSRİ-nin Azərbaycanı tərk edən silahlı qüvvələri bölgü zamanı məhz bu gənc respublikaya düşəcək silah-sursat və texnikanı bilərəkdən ya sıradan çıxarır, ya da onu təslim etməkdən imtina edirdilər.

Belə zamanda mənfur düşmənlə uzun və ağır döyüşlər aparan Azərbaycan, özünün Müdafiə Sənayesini yaratmaya bilməzdi. Ulu Öndər Heydər Əlyevin fərmanı ilə qurulan Müdafiə Sənayesi Nazirliyi ilk öncə Respublikanın Silahlı Qüvvələrini silah, sursat, texnika, ləvazimat, texniki və təlim avadanlıqları, silahlar ücün komplektləşdirici hissələr və s. hazırlamaq üçün ixtisaslı mühəndislər yığaraq çox çətin bir şəraitdə işə başladı. Qısa zaman ərzində yeni istehsal sahələri, texnoloji xətlər yaradıldı, ən əsası isə müasir, dünyanın böyük silah istehsalçıları ilə rəqabətə girə biləcək atəş vasitələri, sursat, optik nişangahlar, müxtəlif kalibrli minaatanlar, müxtəlif konfiqurasiyalı qumbaraatanlar, tapançalar, snayper tüfəngləri, durbinlər, minaaxtaran cihazlar, zirehli gödəkçələr, dəbilqələr, müasir ölçü və təyinetmə cihazları və s. işlənərək hazırlandı. Nəticədə bu hərbi məmulatlar zavod, poliqon, Silahlı Qüvvələrdə test olunaraq Azərbaycan ordusuna təhvil verildi. Bundan əlavə müasir, atəşə və mina partlayışına davamlı, Cənudi Afrikanın “Paramount Groop” şirkətinə məxsus “Matador”, “Marauder” döyüş maşınlarının lisenziyalı istehsalına başlandı. Sovet istehsallı bir çox texnika dərin təmir və modernizə olaraq sıraya qaytarıldı.

Düşmənin atəşkəs razılığına baxmayaraq mütəmadi olaraq cəbhə zonasındakı mövqelərimizi, yaşayış məntəqələrini atəşə tutması fonunda, onların atəş nöqtələrini, canlı qüvvəsini zərərsizləşdirmək, yüngül texnikasını sıradan çıxarmaq üçün adekvat addımların atılması vacib idi. Bu zaman Azərbaycan MSN-i indi də düşmənin qorxulu yuxusu olan “İstiqlal” antimaterial snayper tüfənginin istehsalına start verərək, qısa bir zamanda onu hazırlayıb ordunun istifadəsinə təslim etdi. Uzaq məsafədə yerləşən bərkidilmiş atəş nöqtələri, yüngül zirehli texnika bu silahın atəşindən sonra çox böyük itkilərə məruz qaldı. Dünya hərb texnologiyası anlamında məhz antimaterial (Anti material Rifle) snayper tüfəngləri böyük hədəflər üçün nəzərdə tutulub.

Bu zaman düşmənin canlı qüvvəsini, reyd, kəşfiyyat-diversiya qruplarını, təxribat xarakterli sızmalarını, atəşkəsi pozma cəhdlərini öncələmək üçün nisbətən kiçik çaplı snayper silahlarına da ehtiyac böyük idi. Xarici ölkələrdən alınan bu kimi silahlar ölkə ücün artıq xərc və silahlı qüvvələr üçün baş ağrısına çevrilirdi. Çünki alınan silahın istismarı zamanı qarşıya çıxacaq bir çox texniki müddəalar üçün də maliyyə vəsaiti ödəmək lazım gəlirdi. Bu zaman başqa modellərlə bir sırada yarımavtomatik atəş modullu “Yırtıcı” snayper tüfəngi işlənib hazırlandı.

2017-ci ildə testləri başa çatan “Yırtıcı”nın bir sıra xarici analoqlardan fərqi onun özəl dizaynla hazırlanması, atıcı üçün tənzimlənə bilən ayaqlıq və qundaqlarından başqa, konstruktiv dəyişmədə sadəliyinin olmasıdır. Silah 7,62x54 çaplıdır. Tənzimlənən qundağın atıcı üçün çiyin nahiyyəsinin dirənəcəyində geriyə təpmə zamanı zərbəni yüngülləşdirən xüsusi rezin qoruyucu qoyulub ki, bu da atıcının daha dəqiq atəş açması və bu zaman zəruri xəsarət almaması üçün böyük amildir. Lülə qutusunun üzərində bərkidilən “Pikkatini” relsi, silahın bir sıra optik, termal, infraqırmızı və s. nişangahlardan istifadəsini mümkün edir. “Yırtıcı” snayper tüfənginin ümumi uzunluğu 1185 mm, qundaq tam yığıldığı zaman isə 951 mm-dir. Silahın lüləsinin uzunluğu 620 mm, istehhsalçının verdiyi məlumata görə isə, effektiv atəş məsafəsi 1000 metrdir. Tüfəng 10 gülləlik, alt hissədən silaha qoşulan darağa malikdir ki, bu da tez bir zamanda ikinci atəşin vaxt itirmədən açılmasında yaxşı göstərici sayılır. Lülə qutusunun üstündəki “Pikkatini” relslərindən başqa, silahın yan və alt tərəfindədə relslər qurulub ki, bu da silaha müxtəlif taktiki aksessuar və vasitələrin qoşulmasında böyük üstünlükdür.

Silah öz sırasında olan başqa snayper tüfənglərindən 6 kq çəkidə olması ilə fərqlənir ki, bu da yarımavtomatik snayper tüfəngi ücün yaxşı göstəricidir. İstismar zamanı və texniki qulluq zamanı silahın sadəliyi imkan verir ki, atıcı onunla tez bir zamanda daha effektiv rəftar edə bilsin. Silah bir çox sərgilərdə nümayiş etdirilərək xarici dövlətlərin silah mütəxəssislərinin müsbət rəylərini qazanıb. Bu zaman bir sıra dövlətlər silahın kommersiyalı satışı ücün də maraqlarını gizlətməyiblər. Azərbaycan Müdafiə Sənayesi ilkin olaraq Respublikanın silahlı qüvvələrini bu kimi effektiv snayper tüfəngləri ilə təhciz etməyi qarşısına məqsəd qoyub. Nəticədə deyə bilərik ki, düşmən təxribatlarının qarşısının alınmasında bir çox silahlarla yanaşı “Yırtıcı”nın da öz sözünü deyəcəyi şübhəsizdir.

Hərbi eskpert Abuzər Əbilov
Yazı Ordu.az-a məxsudur

Teqlər: Yalquzaq-ailəsi   Yırtıcı  

Düşmənin qorxulu röyası – Qafqaz “YIRTICI”sı

2018/01/26855976_1101915036618110_1782949614_n456_1516362563.jpg
Oxunub: 6629     19:24     19 Yanvar 2018    