“Yahalom”: İsrail Ordusunun almazı – ARAŞDIRMA (FOTOLAR)

2018/01/qUiD5mCSWR0KN-lm3T36mTXrIsmY5fKOTUII-1ikpwwAsVEH8xmIgprCYBkmiJZqoRCvcHejIVxzm41FdCmcgNoU8_y6E8QafYRD1_I5KDJXOawwg9t_ddnm6cKjvbwc4yqu4Z64BhRMdnrIl-DzAA34534_4548833781.jpg
Oxunub: 692     16:10     18 Yanvar 2018    
Artan təhlükə ilə əlaqədar İsrail Müdafiə Ordusu mühəndis təminat korpusunun bir hissəsi olan "Yahalom" elit briqadasının say tərkibini iki dəfə artırdı. Əsas bölmələrin döyüşçüləri tunel müharibəsinə hazırlandığı bir zamanda, "Yahalom" əsgərləri uzaqdan idarə edilən vasitələrdən istifadə edərək tunelləri aşkar etmək, onların təmizlənməsi və məhv edilməsi ilə məşğul olaraq xüsusi ixtisasa yiyələnirlər.

İsrail Ordusunun Xüsusi əməliyyatların mühəndis bölməsi olan "Yahalom" son illərdə yeraltı müharibədə öz imkanlarını artırmağa xüsusi diqqət yetirir.

Alman hərbi jurnalına müsahibəsində "Yahalom" (ivrit dilindən tərcümədə “almaz” deməkdir) konsepsiyasının yaradılması və inkişafı xidmətinin rəhbəri, kapitan "X" (adı təhlükəsizlik səbəblərindən açıqlanmır) getdikcə mürəkkəbliyi artan əməliyyat məkanında yeni tələblərə uyğun olaraq inkişaf edən konsepsiya barədə məlumat verib.

İnkişaf, əhəmiyyətli personal sayının artması və İsrail ordusunun digər xüsusi bölmələrini təmin edən "Yahalom" tərəfindən döyüş səmərəliliyinin artırılmasına səbəb ola bilən yeni nəsil texnologiyaların axtarışı və tətbiqi ilə bağlıdır.

İsrail ordusunun nümayəndəsinin sözlərinə görə, "Yahalom" qarşısında duran əsas vəzifə ekstremistlər tərəfindən silah, insan və təchizatı üçün qaçaqmalçılıq yolu kimi istifadə olunan yeraltı tunel şəbəkələrini "aşkar etmək, təmizləmək və məhv etməkdən" ibarətdir.

O, daha sonra qeyd edib ki, tunellər vasitəsilə törədilə biləcək terror təhlükəsi artmaqda davam edir. Yerin altında düşmən fəaliyyətinin görüntülərinin hər hansı əlamətləri olmadığı üçün bölmənin vəzifələri çox mürəkkəbdir. Düşmən görünməzdir və kəşfiyyat məlumatlarının toplanması çox çətindir. HƏMAS qruplaşması yeraltı müharibəni yeüstü müharibəni müdafiə, hücum və geri çəkilmə də daxil olmaqla bütün taktik üsullardan istifadə etməklə yuxarıdakı müharibənin davamı kimi görür. Onlar İsrail əsgərlərinə zərər vermək üçün hətta öz tünellərini məhv etməyə də gedirlər. Bu taktikadan Vyetnamda istifadə edilib.

2017-ci ilin martında Dövlət maliyyə müfəttişliyi tərəfindən dərc edilən hökumət hesabatında yeraltı mübarizə aparmaq üzrə İsrail ordusunun qabiliyyətinin tənqidindən sonra "Yahalom" xüsusi bölməsinin imkanlarının artırılması qərara alındı.

Bu hesabatda dövlət müfəttişi 2014-ci ildə Qəza sektorunda keçirilən "Keçilməz Qaya" əməliyyatını "yavaş və səmərəsiz" adlandırdı.

Hesabatda həmçinin informasiyanın natamam və tunel şəbəkəsinin kəşfiyyat sxeminin olmaması, ordunun yeraltı mübarizə üçün hər hansı doktrinasının olmaması tənqid edilirdi.

Taktiki üsullar, döyüş əməliyyatlarının aparılması metodları

Bölmənin 1948-ci ildə yarandığı ildən öz imkanlarını inkişaf etdirdiyini vurğulayaraq, kapitanı "X" onun strukturunun inkişafından, döyüşdə istifadəsindən, taktiki üsullardan, döyüş əməliyyatlarının aparılması metodlarından və digər xüsusi təyinatlı bölmələrə inteqrasiyasından və nəhayət bu gün "Yahalom" kimi formalaşmasından danışıb.

Bu baxımdan, o, 2004-cü ildə "Samur" yeraltı döyüş bölməsinin və 2015-ci ildə kimyəvi-bioloji kəşfiyyat taborunun "Yahalom"un tərkibinə inteqrasiyasını nümunə gətirib. Kapitan "X" "Yahalom"un daha da genişlənəcəyini və onun şəxsi heyət sayının iki qat artacağını təsdiq edib.

Hazırda "Yahalom" briqadasının döyüş tərkibi hər birində üç əməliyyat taboru olmaqla beş əməliyyat alayından ibarətdir. Hər əməliyyat taboru isə altı bölükdən ibarətdir. Bölüklər öz növbəsində kimyəvi kəşfiyyat, partlayıcıların zərəsizləşdirilməsi, yeraltı əməliyyat və xüsusi kəşfiyyat taqımlarından ibarətdir.

Xüsusi tapşırıqlara minaların aşkarlanması və zərərsizləşdirilməsi, su maneələrin dəf edilməsi, obyektlərə partlayış üsulu ilə daxil olma, partlayıcı qurğularla mübarizə aid ola bilər. Üç əməliyyat taborundan əlavə olaraq, "Yahalom" briqadasının tərkibinə Akademiya və qərargah daxildir.

“"Keçilməz Qaya" əməliyyatının başlanmasından əvvəl "Yahalom" şəxsi heyət sayını əhəmiyyətli miqdarda artırmaq üçün təlimat aldı. O vaxtdan bəri, birliyimizi yenidən təşkil etdik və onun əhəmiyyətli dərəcədə güclənməsini təmin etdik," - deyə kapitan bildirib.

Əlavə qüvvələr İsrailin "Sayeret Matkal", "Şayetet-13" (S-13) və mühəndis təminatı korpusu kimi digər daha elit birləşmələrinə qəbul müsabiqəsindən keçə bilməyən namizədlər arasında cəlb olundu.

"Yahalom" yuxarıda qeyd olunan və digər birləşmələrin apardığı xüsusi əməliyyatlara birbaşa mühəndis təminatını həyata keçirir.

Bu təminat əsasən obyektlərə partlayış üsulu ilə girişlərin təşkili və partlayıcı maddələrin zərərsizləşdirilməsindən ibarətdir.

"Biz digər qüvvələr ilə qarşılıqlı və ya tam müstəqil fəaliyyət göstərə bilən universal bir qüvvəyik. Bizim öz qorxu və risklərimizlə hərəkət edərək tam həcmli müstəqil əməliyyatlar aparmaq imkanımız var, lakin biz birgə xüsusi əməliyyatlar da apara bilərik. Bu, xüsusi qüvvələrin məşhur konsepsiya anlayışıdır", - deyə kapitan bildirib.

"Sayeret Matkal" və "Şayetet-13" kimi birləşmələrin də partlayış üsulu ilə giriş və hücum təcrübəsi böyükdür, amma çox vaxt onlar da "Yahalom"a etibar edirlər. "Yahalom" briqadasına bütün İsrail ordusunda "partlayıcı maddələrin zərərsizləşdirilməsi" kurslarını keçirmək tapşırığı da verilib.

"Yaalom"un elit bölmələri tunellərin və tikililərin dik divarlarına dırmaşmaq da daxil olan təlim keçirir. Yaralananların tuneldən xərəkdə təxliyyə bacarığı nümayiş olunur
Texnoloji yüksəliş

Dövlət Müfəttişliyinin tənqidinə cavab olaraq, İsrailin Müdafiə Nazirliyinin MAFAT (Müdafiə Təyinatlı Satınalmalar Təşkilatı) yeraltı texnologiyalar və şəxsi heyət hazırlığı sahəsində prioritet fəaliyyətlərindən bəhs edən məlumat yayımladı. Bu məlumatda digər məsələlərlə yanaşı, tunel təhlükəsinin qarşısını almaq, qabaqcıl texnoloji həllərin tapılması üçün böyük bir həcmdə tədqiqat işinin aparılmasından danışılırdı.

"Tunel təhlükəsi probleminin həlli ilə əlaqəli bir çox müvafiq texnoloji istiqamətin öyrənilməsi kursu çərçivəsində MAFAT, İsrail və digər ölkələrdən gələn müxtəlif təşkilatların yüzlərlə təklifini nəzərdən keçirdi. Bütün bəyənilən təkliflər dövlət müfəttişinə təqdim edildi, tunel təhlükəsi ilə mübarizə aparmaq üçün müxtəlif tədqiqat təşkilatlarının və əməliyyat bölmələrinin böyük həcmli çalışmaları müsbət qiymətləndirildi", - rəsmi məlumatda belə deyilirdi.

İsrail ordusunda "Yahalom" korpusunun daha geniş kontekstdə əhəmiyyətini qeyd edən kapitan, "birləşmə partlayıcı sursatların zərərsizləşdirilməsində və kimyəvi kəşfiyyat aparılması istiqamətində dinamik inkişaf edir", - deyə əlavə edib.

"Bizim səylərimiz və nəzarətimiz altında "Samur" xüsusi təyinatlı bölüyü üç istiqamətdə fəaliyyət göstərir: tunel və digər yeraltı strukturların aşkar edilməsi, öyrənilməsi və məhv edilməsi", - deyə kapitan "X" bildirib.

Aşkaretmə texnologiyalarına gəldikdə, kapitan gizlilik qrifinə görə, ətraflı məlumat vermədi.

"Bu sahədə hər gün sınaqdan keçirdiyimiz çox sayda texnologiya var. Onların arasında rentgen və pilotsuz üçün aparatları qeyd etmək olar. Gündəlik fəaliyyətimizdə artıq iki əsas texnologiyadan uğurla istifadə olunur, onlardan biri divarın əks tərəfində həyat əlamətlərini aşkar edən cihazların texnologiyasıdır", deyə o, vurğulayıb.

Tunel tədqiqat texnologiyasına keçən Kapitan "X" briqada tərəfindən "robotlar və ya uzaqdan idarə edilən maşınlardan ibarət parkını daim yeniləməkdə davam edir və oxşar imkanları olan digər platformaları da sınaqdan keçirilir.

“Fəaliyyətimizdə hər cür uzaq məsafədən tünelləri araşdırmağa kömək edən kameralı başlıqlı qurğulardan da istifadə edirik", - deyə “X” bildirib.

"Yahalom"un İsrail xüsusi təuinatlı qüvvələrində artıq istifadə olunan"Roboteam" şirkətinin istehsalı olan 12 ədəd MTGR (Micro Tactical Ground Robots) mikrorobotlarını aldığı təsdiqlənib.

Bu robotlar tunellər öyrənmək üçün istifadə olunur, "daha həssas əməliyyatları", həyata keçirilməsi üçün "Yahalom"un gələcəkdə daha çox sayda belə robotlar alması gözlənilir.

"Bizim zərərsizləşdirmə qrupları uzun illərdir ki, "Qinetiq" istehsalı olan TALON robotlarından istifadə edir, bu bizim etibarlı köməkçimizdir, bunu xatırlatmaq lazımdır. Biz artıq robotların həmişə bizimlə olduqlarına adət etmişik. Eyni zamanda kiçik MTGR robotlarının bizim arsenalına əlavə olunması bölmələrimizin imkanlarını artıracaq ", - deyə “X” qeyd edib.

"Roni Robot" ləqəbi ilə də tanınan MTGR robotu yeraltı tunellər də daxil olmaqla müxtəlif şəraitdə partlayıcı maddələrlə mübarizə aparmaq üçün yararlıdır.

"Roboteam" şirkətinin nümayəndəsi bildirib ki, MTGR 45,5x36,8x14,5 sm ölçülərinə malikdir, onun təkərli variantda kütləsi 7,3 kq, tırtıllı variantda isə 8,6 kq-a bərabərdir.

Robot 10 kiloqrama qədər faydalı yük daşıya bilir, səkkiz kamera quraşdırıla bilər ki, bu da dairəvi görünüşə imkan verir. Qaranlıq tunel labirintlərində fəaliyyətini təmin etmək üçün ağ və infraqırmızı işıqlandırıcılarla və səs cihazlarını yerləşdirmək üçün isə 3,5 mm diametrdə yuvalarla təchiz olunur. GPS məkan təyin etmə sisteminə malik olan robot, “Falcon view C2” proqram təminatı ilə uyğunlaşa bilir.

Avtonom çalışma müddəti iki saatdır (ikiqat batareya paketi ilə dörd saatdır). Robot, -20°-dən 60°-yə qədər temperaturda fəaliyyət göstərir, 20 sm hündürlüyündə pillələrə dırmana və 35 sm qədər şaquli hündürlükdə olan maneələri dəf edə bilir.

"Yahalom" operatorları təhlükəsiz məsafədə mühüm vəzifələri həyata keçirmək üçün: partlayıcı vasitələri zərəsizləşdirmək və ya kimyəvi-bakteroloji kəşfiyat məlumatlarını məsafədən əldə etmək üçün bu robotlardan istifadə edib vəziyəti dəqiq dəyərləndirə bilirlər.

MTGR robotları müxtəlif maddələrlə kimyəvi-bioloji hücum zamanı kəşfiyyat və ya təhlükəli materiallarla əməliyyatlar zamanı digər robotlar üçün məsafə artırmaq imkanı yarada bilər. "Roboteam" şirkətinin sözlərinə görə, mina zərərsizləşdirmə işləri apararkən, bu robotlar xüsusi qruplar üçün riskləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

"Yahalom" dar məkanlarda hərəkət etmək üçün hazırlanır, məsələn, terrorçuların nəzarət etdiyi bir qatarın ələ keçirilməsi.

Virtual reallıq

Nəhayət, kapitan "X" bildirdi ki, həm "Yahalom" Akademiyasında, həm də xüsusi əməliyyat qruplarının hazırlanmasında təlimin keyfiyyət səviyyəsini artırmaq üçün virtual reallıq texnoloji konsepsiyasına yönələn pilot layihəsinin tətbiqinə start verilib. Bu konsepsiya ordu miqyasında minatəmizləmə bölmələrinin tədris proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərlə uyğunlaşdırılır.

"Bu bölməmizdə pilot layihə olaraq başlayan çox böyük bir layihədir", - deyə “X” bildirib.

İndi "Yahalom"da üç ölçülü gözlüklərdən istifadə edirlər ki, operatorlar tikinti metodları və onların yerləşdirilməsi də daxil olmaqla virtual tunel sistemlərini mükəmməl öyrənə bilsinlər.

Bu proqram həmçinin operatorlara bütün növ partlayıcı qurğuları neytrallaşdırmaq üçün təlim imkanı verir.

Mükəmməl üstünlüyə can atmaq xüsusi təyinatlı qüvvələrin təməl prinsipləridir. Onlar daima rəqiblər üzərində taktiki üstünlüyü saxlamağa çalışırlar. Həm bərabər və ya az təchizatlı düşmən ilə, həm də təşəbbüskar üsyançı qruplarla mübarizədə, xüsusi təyinatlı qüvvələr nəinki daim ən məşhur və faydalı texnologiyanı inkişaf etdirməlidir, eyni zamanda taktiki üsulları və döyüş əməliyyatının aparılması metodlarını maksimum səmərəli şəkildə istifadəsinə nail olmalıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Yahalom   XTQ   İsrail  

Xəbər lenti

“Yahalom”: İsrail Ordusunun almazı – ARAŞDIRMA (FOTOLAR)

2018/01/qUiD5mCSWR0KN-lm3T36mTXrIsmY5fKOTUII-1ikpwwAsVEH8xmIgprCYBkmiJZqoRCvcHejIVxzm41FdCmcgNoU8_y6E8QafYRD1_I5KDJXOawwg9t_ddnm6cKjvbwc4yqu4Z64BhRMdnrIl-DzAA34534_4548833781.jpg
Oxunub: 693     16:10     18 Yanvar 2018    