Strateji müttəfiqlərin yerdəyişməsi: Pakistan-ABŞ münasibətlərində “tektonik zəlzələ” – ANALİZ

2018/01/Trump-remarks-about-Pakistan34534_151515910123423_4548573276.jpg
Oxunub: 2483     16:13     17 Yanvar 2018    
Pakistan rəhbərliyi tərəfindən daha əvvəllər ağıla gəlməyən bir qərar qəbul edildi. Bir zamanlar Cənubi Asiya və Yaxın Şərqdə Amerika Birləşmiş Ştatlarının ən mühüm hərbi və siyasi müttəfiqi hesab edilən İslamabad, Vaşinqtonla hərbi və texniki əməkdaşlığa son qoymağa qərar verdi. Əlbəttə ki, İslamabad özü belə bir nümayişkar şəkildə bu addımı atmayacaqdı. İkitərəfli münasibətlərin pisləşməsi üçün ön şərtləri ABŞ yaratdı.

Pakistanın bu addımı Donald Trampın Pakistana hərbi-texniki yardım proqramlarını dondurmaq qərarına cavab olaraq atılıb. Yeni Amerika prezidenti Pakistan rəhbərliyini terrorizmi dəstəkləməkdə və müttəfiqliklə bağlı olan öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq, 2018-ci il yanvarın 1-dən etibarən ABŞ-ın Pakistana maliyyə yardımını dayandırdığını bildirdi. Lakin artıq 1960-cı illər deyil. ABŞ ittihamlarına çox milyonlu əhaliyə malik nüvə nəhəngi olan Pakistan nəinki özünə günahkar kimi haqq qazandırmadı, əksinə ABŞ-a layiq olduğu cavabı cəsarətlə və tərəddüd etmədən dərhal verdi.

Pakistan müdafiə naziri Xürrəm Dastgir Xan İslamabad şəhərində yerləşən Strateji Araşdırmalar İnstitutunda çıxış edərkən Pakistan Müdafiə Nazirliyinin və kəşfiyyat orqanlarının xətti vasitəsilə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığın dayandırıldığını rəsmən elan etdi. Əslində bu, onilliklər ərzində ABŞ-ın bölgədəki əsas strateji tərəfdaşı olan bir nüvə ölkəsinin Vaşinqtonla əməkdaşlığının davam etdirməsindən imtina etməsi deməkdir. Bundan başqa, Pakistanın xarici işlər nazirliyi Əfqanıstanda ABŞ və NATO kampaniyasının uğursuzluğa düçar olduğuna görə Amerika siyasətçiləri və generallarının "günah keçisi" rolu üçün Pakistanı uyğun namizəd seçməyə cəhd etdiyini açıqladı.

ABŞ ilə Pakistan arasındakı əlaqələrdə "qara xətt" uzun müddətdir ki, davam edir. İki dövlətin uzunmüddətli "dostluğu" ilk növbədə “Soyuq Müharibə” zamanı sosialist düşərgəsinə müxalif mövqe tutmaları ilə əsaslandırılır. Həmin zaman Sovet İttifaqı Pakistanın əsas düşməni olan Hindistanı dəstəkləyirdi, əlavə olaraq sovetlərin qonşu Əfqanıstanda aktiv olaraq özünü göstərməsi Pakistan elitasını dərindən narahat edirdi.

Sovet qoşunlarına və Əfqanıstan ordusuna qarşı mübarizə aparan əfqan mücahidlərinə kömək etmək üçün Pakistan əsas "açar əlaqə" vasitəsi idi. Soyuq müharibənin sona çatmasından sonra vəziyyət tədricən dəyişməyə başladı. Pakistan siyasi və iqtisadi maraqlarına görə müstəqil bir siyasət yürütməkdə davamlı olaraq israr etdi. 2001-ci ildə 11 Sentyabr hücumlarından sonra Pakistanın, Əfqanıstanda Amerika əməliyyatlarına tam dəstək verməsinə baxmayaraq, İslamabad Şimali Əfqanıstanda dini və fundamentalist qrupları tam məhv etmək niyyətində deyildi. Birləşmiş Ştatlar isə Pakistan hökumətini yalnız terroristlərlə mübarizə aparmamaqla yanaşı, öz ərazisində terror bazalarının yerləşdirilməsinin mümkünlüyünü təmin etməkdə ittiham edirdi.

ABŞ-ın iddiasına görə, Pakistan üçün bu qrupların fəaliyyəti müəyyən bir mənfəət gətirir. İddialara görə, birincisi, onların köməyi ilə Pakistan, müsəlman bir cəmiyyətin yaşadığı Hindistanın Cammu və Kəşmir əyalətindəki mübahisəli ərazilərdə vəziyyəti nəzarətdə saxlaya bilir. İkincisi, nəzarətli qrupların mövcudluğu Pakistanın bölgədə təsirini, müxtəlif siyasi və hərbi manipulyasiyalar üçün istifadəsini mümkün edir. Nəhayət, unutmamalıyıq ki, Pakistan dini dəyərlərin həmişə çox böyük rol oynadığı İslam respublikasıdır. İslam dini Pakistanın siyasi birliyinin əsasını təşkil edərək, Pəncab, Puştun, Bəluc və s. kimi ölkənin müxtəlif etnik əhalisini birləşdirən əsas faktordur.

Pakistan cəmiyyətində siyasi, hərbi və iqtisadi elita istisna olmaqla Amerika Birləşmiş Ştatlarına münasibət yumşaq bir şəkildə desək, çox sərindir. Pakistanlı müsəlmanlar ABŞ-nın ən kiçik islamofobiya əlamətlərinə həmişə çox həssas reaksiya veriblər. Amerika Birləşmiş Ştatları hansı müsəlman ölkəsinə qarşı təcavüz aktları həyata keçirirsə, dərhal Pakistan şəhərlərində Amerika bayraqları, Amerika prezidentlərinin portretləri yandırılaraq güclü çıxışlar başlayır - bu tədbirləri adi pakistanlıların əksəriyyəti dəstəkləyir. Belə bir təzadlı vəziyyət formalaşıb - əhalisinin əsas hissəsi ABŞ-a nifrət edir, lakin elita uzun illərdir Vaşinqtonla məcburi əməkdaşlıq edir.

ABŞ uzun müddətdir Pakistanın hərbi sahəsinə ciddi maliyyə yardımı yatırıb. ABŞ İslamabadın Yaxın Şərqdə Amerika nüfuzunun etibarlı dirijoru olaraq qalacağını ümid edirdi. Ancaq zaman keçdikcə Pakistan rəhbərliyinin müstəqil siyasətə yönəldiyi ortaya çıxdı.

Nəticədə, ABŞ Müdafiə Nazirliyi və ABŞ Dövlət Departamenti Pakistanın anti-terror əməliyyatlarının gələcəkdə maliyyələşdirilməsinin məqsədəuyğunluğu barədə düşündülər. Sonunda isə ən yanlış olan qərarı ("Qoca biznesmen" ABŞ prezidenti olandan düz qərara rast gəlmək çox çətinləşib) verdilər.

Pakistanın yüksək rütbəli rəsmi liderləri ölkənin terrorla mübarizənin önündə olduğunu iddia etsələr də, Vaşinqton artıq bu iddialara inanmır. Son zamanlar ABŞ Pakistanın hərbi məqsədləri üçün 900 milyon dolları yardımı dondurdu. Yeri gəlmişkən, bu rəqəm istənilən ölkə üçün çox böyük məbləğdir. Pakistanın illik hərbi büdcəsi təxminən 8 milyard dollardır.

Yeri gəlmişkən, Pakistanlı liderlər özləri Amerika yardımının əhəmiyyətini inkar edirlər. Bununla yanaşı, son vaxtlar Pakistanın Baş naziri Şahid Həqan Abbasi deyib ki, son illər ərzində Amerika maliyyə yardımı çox az idi və 900 milyon dollardan söhbət gedə bilməz. Pakistan baş nazirinin sözlərinə görə, ortalama olaraq ABŞ bir ildə 10 milyon dollara qədər yardım göstərirdi. Pakistan hərbi büdcəsi bu məbləğ olmadan da keçinə bilər.

Birləşmiş Ştatlarla münasibətlərin pisləşməsi eyni zamanda Pakistanın hazırki xarici siyasətinin xüsusiyyətləri ilə bağlıdır. Əvvəla, Pakistan uzun müddətdir ki, ABŞ xarici siyasət kursundan asılı olmadığını nümayiş etdirməyə çalışırdı. Soyuq müharibə dövründən Pakistanın qonşu İranla yaxşı münasibətləri mövcuddur. Bu münasibətlər, ümumi problemlər və iqtisadi maraqların mövcudluğu sayəsində daha da inkişaf edərək güclənir. Beləliklə, Pakistan kimi İran da Bəluc separatizminə qarşı mübarizə aparır, ərazisindən qaz boru kəmərinin çəkilməsində maraqlıdır. Amerika Birləşmiş Ştatlarının İrana düşmən, terrorizmi dəstəkləyən, daxili avtoritarizm rejimli ölkə kimi münasibətini Pakistan paylaşmır. Bundan başqa, İslamabad daima Tehrana qarşı dost münasibətdə olduğunu vurğulayıb. Təbii ki, belə bir yanaşma Vaşinqtonu razı sala bilməzdi.

Lakin ABŞ üçün daha da qıcıqlandırıcı bir fakt Pakistan-Çin əlaqələrinin daha da inkişaf etdirilməsidir. Çin, İran kimi “Soyuq Müharibə” zamanı Pakistanın yaxın tərəfdaşı oldu. İki ölkənin yaxınlaşmasına ortaq strateji düşmənləri olan Hindistan, eləcə də Pakistan və Çinin Mərkəzi və Cənubi Asiyada sovet təsirinə qarşı ortaq mübarizə aparmaları səbəb oldu. Baxmayaraq ki, Çinin də ciddi daxili problemləri var. Sincan Uyğur Muxtar əyalətində müsəlman hərəkatı barədə Pakistan Çin hökumətinin siyasətini heç vaxt rəsmən tənqid etməyib. Bundan əlavə, İslamabad Tibet, Tayvan və Sincanın Çinin tərkib hissəsi kimi tanıyıb. Yəni Pakistan bütün məsələlərdə Çinə tam dəstəyini nümayiş etdirir. Çin isə Kəşmir məsələsində Pakistanı dəstəkləyir.

İndi Pakistan Çin ilə ikitərəfli əlaqələrini gücləndirir, birgə iqtisadi layihələr həyata keçirilir. Pakistan, Böyük İpək Yolunun yenidən canlandırılmasında və müxtəlif Çin layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Pakistan ərazisi ilə İrandan Çinə və Cənub-Şərqi Asiyaya qaz boru kəməri keçməlidir. Pekin, həmçinin Pakistan iqtisadiyyatına böyük miqyaslı investisiyalarda, məsələn, Qvadar dərin dəniz limanının yaradılması və inkişafında maraqlıdır. Yeri gəlmişkən, burada, tək iqtisadi deyil, həm də Çinin hərbi-strateji maraqları var. ABŞ haqlı olaraq Qvadar dəniz limanının iqtisadi məqsədlər üçün istifadə etdikdən sonra Çinin hərbi və sualtı gəmilərini Hind okeanına yerləşdirirərək bu akvatoriyada hərbi-siyasi varlığını təsdiqləməsindən çox narahatdır.

Müasir Pakistan üçün Çinlə münasibətlər Amerika Birləşmiş Ştatları ilə münasibətlərdən daha vacibdir. İndi Çin ölkənin əsas iqtisadi tərəfdaşıdır və bu yalnız Çin istehlak mallarını Pakistana idxal edilməsi ilə bağlı deyil. Çin, Pakistanın nüvə proqramının inkişafında əsas rol oynayır. Birləşmiş Ştatlar və digər qərb ölkələri nüvə infrastrukturunun inkişafında Pakistan üçün maneə sistemi qurmağa çalışdıqları bir dövrdə Çin, Pakistana hərtərəfli yardım göstərirdi. Məsələn, Çin ölkəni nüvə silahı qurmaq üçün lazımlı avadanlıqla təmin etdi, Xuşəbdə nüvə reaktoru qurmağa kömək etdi. Pakistanın nüvə enerjisi sənayesinin inkişafında Pekinin köməyi qiymətsizdir. ABŞ-ın, Çin ilə iqtisadi və siyasi əlaqələrdə getdikcə artan rəqabət şəraitində, İslamabadın belə bir istiqamətə daha çox meyl etməsi Vaşinqton üçün ən qıcıqlandırıcı faktordur. Üstəlik Pakistanlı bəzi liderlər, istehza edərək, Çinin "həmişə xəyanət edən" Amerika Birləşmiş Ştatlarından fərqli olaraq, Pakistanın əsl dostu olduğunu vurğulayırlar. Pakistan-Çin əlaqələrinin "xüsusi" nümayiş etdirilməsi İslamabadın ABŞ-a təzyiqi kimi, yəni "Siz yardım etməsəniz belə Çin kimi sadiq dostumuz var" kimi qəbul edilməsi də mümkündür.

Son zamanlar Pakistan və Rusiya Federasiyası arasında müəyyən bir yaxınlaşma müşahidə olunur. Otuz il əvvəl Pakistan Sovet İttifaqının Asiyada əsas hərbi strateji rəqiblərindən biri idi. Pakistan ordusunun birbaşa iştirakı ilə Sovet əsgərlərinin öldürüldüyü Badaber şəhərində baş verən üsyanlar bastırıldı. Rusiya ilə Hindistan arasında sıx əlaqələr mövcuddur və Banqladeş Pakistandan ayrıldığı zaman Sovet İttifaqı Banqladeş milli azadlıq hərəkatını şərtsiz dəstəklədi. Ancaq indi Pakistan və Rusiya tək iqtisadi əməkdaşlığını deyil, həm də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını sürətlə artırır. Məsələn, Rusiya, ənənəvi hərbi tərəfdaşı Hindistanın mənfi reaksiya göstərməsinə baxmayaraq, Pakistana müəyyən silah növlərini təqdim edir. Hazırda hər iki dövlət, Mərkəzi Asiya regionunda, o cümlədən Əfqanıstanda nisbi sabitliyin qorunub saxlanmasında ümumi maraqlara malikdir. Rusiya şirkətləri üçün Pakistanın enerji sənayesinə yatırılan sərmayələr böyük maraq doğurur.

Beləliklə, Birləşmiş Ştatlarla əlaqələrin pisləşməsi fonunda Pakistan, əsasən Çin, İran, Rusiya və digər real və potensial müttəfiqlər ilə əməkdaşlıq tempini artırır. Eyni zamanda, bir çox analitik qeyd edir ki, ABŞ Donald Tramp tərəfindən müasir Pakistan rəhbərliyinin sərt tənqid olunmasından asılı olmayaraq, heç vaxt İslamabad ilə münasibətlərin tam kəsilməsinə razı olmayacaq. Pakistan Yaxın Şərqdə ABŞ hərbi iştirakının təmin olunmasında çox vacib rol oynayır. Əfqanıstandakı ABŞ hərbi bazaları Pakistan vasitəsilə təchiz edilir və İslamabad olmadan bu təchizatı təmin etmək mümkün olmayacaq.

Birləşmiş Ştatlar Pakistanla münasibətləri tamamilə pozarsa, Yaxın Şərqdə Vaşinqtona dost olmayan "İran-Pakistan" kəməri formalaşar ki, bu da Çinin regionda siyasi və iqtisadi maraqlarının inkişaf etdirilməsi vəzifələrini böyük dərəcədə asanlaşdıra bilər. Başqa bir əhəmiyyətli nüans var.

Müasir Pakistan elitası - həm hərbi-siyasi, həm də iqtisadi - Amerika Birləşmiş Ştatları ilə çox yaxından bağlıdır. Pakistanlı bir çox yüksək vəzifəli məmur və general ABŞ-da təhsil alib, onların da ABŞ-da təsirli bir daşınmaz əmlakı və kapitalı var. Onlar Birləşmiş Ştatlarla münasibətlərin tam şəkildə pozulmasında maraqlı deyil. Bu məsələdə, Pakistan elitasının əhəmiyyətli bir hissəsi də Qərblə birbaşa əlaqəli olan müasir Rusiyanı xatırladır.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: ABŞ   Pakistan   MTS  

Xəbər lenti

Strateji müttəfiqlərin yerdəyişməsi: Pakistan-ABŞ münasibətlərində “tektonik zəlzələ” – ANALİZ

2018/01/Trump-remarks-about-Pakistan34534_151515910123423_4548573276.jpg
Oxunub: 2484     16:13     17 Yanvar 2018    