ULA ABŞ HHQ-nin “SBIRS GEO 4” atışı üçün hazırdır

2018/01/unnamed-1435345_1516084175.jpg
Oxunub: 1269     14:24     16 Yanvar 2018    
“United Launch Alliance” (ULA) qısa gecikmə ilə Atlas V 411-I hazırlayaraq ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Kosmos Mərkəzli İnfraqırmızı Sensor (SBIRS) proqramının dördüncü geosinxron elementini (GEO 4) göndərməyə hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, peykin göndərilməsi yanvarın 18-də Keyp Kanaveral HHQ Stansiyası (KKS) Kosmos Atış Kompleksi 41-dən həyata keçiriləcək.

GEO raketi enerji, mövqe nəzarəti, kommunikasiya alt sistemi, komanda-nəzarət təmin edən “Lockheed Martin A2100” kosmik raketinin hərbi, radiasiayaya dözümlü versiyasıdır.

SBIRS GEO 4 HHQ-nin Müdafiə Dəstək Proqramının sonuncu əlavəsidir. Raket erkən xəbərdarlıq, raket müdafiəsi və kəşfiyyat üçün nəzərdə tutulub.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin