Aİ toqquşma mərkəzində: ABŞ-Rusiya münasibətlərində SHS böhranı - ANALİZ

2018/01/ssha_vystavyat_ultimatum_rossii_1-696x46434534_6064015360.jpg
Oxunub: 1678     12:31     15 Yanvar 2018    
“ABŞ strateji hücum silahları (SHS), orta və yaxın mənzilli raketlər (OYMR) üzrə danışıqlarda Rusiyaya ultimatum verəcək”.

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin keçmiş rəhbəri, general-polkovnik Leonid İvaşov səsləndirib.

O, Rusiya Federasiyasının Müdafiə Nazirliyində xidməti dövründə bir çox diplomatik əlaqələrə birbaşa qoşulmaq üzrə mütəxəssisdir. Buna görə də generalın sözlərini dinləməyə dəyər.

Xatırladaq ki, dekabrın 6-da ABŞ-ın dövlət katibi Reks Tillerson CNN-ə müsahibəsində bildirib ki, Vaşinqton və Moskva strateji hücum silahlarının (SHS) azaldılması, orta və yaxın mənzilli raketlərin (OYMR) azaldılması haqqında "mühüm danışıqlar" keçirməyi planlaşdırır. Tillerson bu danışıqların müntəzəm məsləhətləşmələr və ya yeni təşəbbüslər olduğunu daqiqləşdirməyib. Onun sözlərinə görə, ABŞ və Rusiya Ukrayna, Suriya və Şərqi Avropa kimi böyük məsələləri müzakirə etməyə çalışır, Vaşinqton Rusiyanın narahatlığını başa düşür.

Rusiya hərbi analitiklərinin fikrincə, danışıqlarda Vaşinqtonun əsas məqsədi Rusiyanın strateji nüvə potensialının devalvasiyaya uğratmaqdır.

"2000-ci illərin əvvəllərindən etibarən ABŞ nüvə silahlarının potensialının azaldılmasında və eyni zamanda hərbi üstünlüyün digər sahələrini gücləndirməkdə strateji mövqeyə malik oldu. Yüksək dəqiqlikli silahlara üstünlük vermək cəld qlobal zərbə konsepsiyasıdır ", - deyə general-polkovnik bildirib.

Beləliklə, ABŞ "Ohayo" kimi "Trident II" ballistik raket daşıyıcıları kateqoriyasından olan strateji nüvə sualtı qayıqlarının silahlarını yeniləyir. İvaşov qeyd edib ki, "dörd belə qayıqda nüvə silahlarının əvəzinə 150-dən çox uzaq məsafəli yüksək dəqiqlikli qanadlı raketlər yerləşdiriblər.

Vaşinqton Moskvanı beynəlxalq müqavilə şərtlərini pozmaqda günahlandırır, əslində isə Rusiyanın əllərini "bağlamağa" və qeyri-nüvə silahlarında əlavə üstünlüklər əldə etməyə çalışır. İvaşov, amerikalıların Rusiyaya yerüstü q

anadlı raketlərini inkişaf etdirməsini qadağan edən ultimatum tələblərini təqdim edəcəyini qeyd edir: "Çox güman ki, ABŞ bunu tələb edəcək: ya müəyyən növ qanadlı raketləri inkişaf etdirmirsiniz, ya da amerikalılar raketlərini Avropaya rəsmən yerləşdirəcəklər".

Daha öncə Moskvaya 2018-ci ildə Vaşinqtonla qarşılaşa biləcəyi təhdidlər barədə Rusiya Beynəlxalq İşlər Şurasının hesabatında məlumat verilib. Onların arasında "Rusiya və xarici tərəfdaşlarına qarşı ABŞ sanksiyalarından istifadə", "qalan sahələr üzrə də Rusiya və ABŞ arasında əməkdaşlığın sona çatması" və "Rusiya Federasiyası və NATO çərçivəsində qarşılıqlı çəkindirmə tədbirləri"ni qeyd etmək olar.

Bundan əlavə, hesabatın müəllifləri hesab edirlər ki, Vaşinqton və onun müttəfiqləri mart ayında keçiriləcək prezident seçkiləri fonunda “Rusiyanın siyasi sisteminin qanuniləşdirilməsinə” cəhd edə bilərlər.

Strateji hücum silahları (SHS) orta və yaxın mənzilli raketlər (OYMR) üzrə danışıqlarda qarşıdurma nədən ibarətdir, onların auditinin məqsədi nədir?

MDBMİ Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru Mixail Aleksandrov məsələyə bu şəkildə münasibət bildirib: “Tillersonun təqdim etdiyi şəkildə danışıqlar Moskvaya sadəcə lazım deyil. Çünki ABŞ sonunda öz raket əleyhinə müdafiə (REM) sistemini tamamlayacaq və qeyri-nüvə strateji qüvvələrini inkişaf etdirməkdə davam edəcək”.

Əslində, Moskvanı nüvə silahları sahəsində məhdudlaşdırmağa çalışarkən, Vaşinqton Rusiyanın strateji qüvvələrinə qarşı ilk zərbə üçün potensial yaratmağa çalışır. Əlavə olaraq, raketdən müdafiə sisteminin köməyi ilə Rusiya Federasiyasının cavab zərbəsini neytrallaşdırmaq imkanı əldə etməyi planlaşdırır.

Bu konsepsiya Amerikada 2000-ci illərin əvvəllərində peyda olub və bu gün də aktualdır. Eyni zamanda Vaşinqton, vəziyyətin istədiyi kimi inkişaf etmədiyini görür.

Məsələn, ABŞ Rusiya Federasiyasının nüvə potensialının özü-özünə mənv olacağını ümid edirdi. Bu ümidlər, "Yujmaş" kosmik raketlər istehsalçısının SSRİ dağıldıqdan sonra Ukraynada ərazisində qalması ilə bağlı idi. Əlavə olaraq, 1991-ci ildə Rusiya iki mərhələli beşinci nəsil R-36M3 "İkar" qitələrarası ballistik raketlərinin (QBR) istehsalından imtina etdi. Bu isə növbəti P-36M raketlərindən (NATO təsnifatında - SS-18 "Satana" (Şeytan)) raketlərindən imtina etmək demək idi.

Buna baxmayaraq, indi ortaya çıxır ki, Rusiyanın nüvə potensialı zəifləməyib. 4-cü nəsil R-36M2 raket kompleksi "Voevoda" 2025-ci ilə qədər döyüş növbətçiliyində qalacaq. Onun əvəzlənməsi üçün şaxta bazalı, beşinci nəsil ağır yanacaqlı, çoxpilləli perspektivli strateji raket sistemi olan PC-28 "Sarmat" (NATO-da “Satana-2”) nəzərdə tutulur.

Dəniz bazalı raketlərə gəldikdə, sərt yanacaqlı şübhəli "Bulava" raketləri ilə yanaşı P-29RMU2 "Sineva" (NATO təsnifatı - SS-N-23 Skiff) raketləri də var. Bu raketlərin "Borey" layihəli sualtı qayıqlara quraşdırılması nəzərdə tutulur.

Əslində, nüvə silahları sahəsində ABŞ geridə qaldı. Dəniz bazalı UGM-133A "Trident II" və şaxta bazalı LGM-30G Minuteman III QBR-nin ağılsızcasına xidmət müddətinin 2042-ci ilə qədər uzatmaq məqsədilə modernləşdirdilər.

Qeyd etmək lazımdır ki, "Trident" çox yaxşı raketdir, zamanını çox qabaqlayır. Lakin hələ də onun raket əleyhinə müdafiə sistemini keçə bilmə vasitələri və qabiliyyəti yoxdur. Rusiyda raket əleyhinə müdafiə sisteminin daha da inkişaf edəcəyi təqdirdə "Trident" zəif və həssas görünə bilər.

Rusiyada RƏM ilə bağlı işlər yaxşı gedir. Birincisi, Moskva raketdən müdafiə sistemini təkmilləşdirilir. İkincisi, QBR ələ keçirmək üçün "Nudol" raketləri olan S-500 sistemi hazırlanır. 2020-ci ilin ortalarına qədər bu sistem, Rusiyanın bütün ərazisində əsas raket əleyhinə müdafiənin əsasını təşkil edəcək.

Belə bir vəziyyətdə Vaşinqton Rusiyaya strateji hücum silahları (SHS), orta və yaxın mənzilli raketlər (OYMR) üzrə danışıqlar təklif edir və bu barədə danışıqlar aparır. Danışıqların məqsədi Rusiya strateji nüvə güclərinin inkişafını məhdudlaşdırmaq və ABŞ-ın RƏM sistemini genişləndirməkdir.

Rusiya ABŞ-a nə ilə cavab verə bilər?

Ehtimal olunur ki, Rusiyanın sərhədlərinə ABŞ-nın RƏM sisteminin yaxınlaşdığı bir vaxtda danışıqların mənası yoxdur və Rusiyanın bu mövzularda ABŞ ilə razılaşacağı real deyil. Rusiyanın maliyyə imkanları yetərli olacağı təqdirdə nüvə başlıqlarının sayını kəskin artıracağını gözləmək olar.

SHS-3 müqaviləsinə görə, indi Rusiyada 1740 nüvə döyüş başlığı var. Hərçənd bu say Amerikanın zəmanətli məhv edilməsi üçün kifayət deyil. Üstəlik, Rusiyaya qarşı olan Avropanın aparıcı ölkələrinin də nüvə silahı var.

Rusiyanın toplam ehtiyacı 3-5 min strateji nüvə başlığına bərabərdir və bu arsenalın yaradılması üçün Rusiyanın müvafiq uzunmüddətli proqrama ehtiyacı var.

İndi müzakirələrə Rusiya cəlb oluna bilər, lakin amerikalılar heç vaxt raket əleyhinə müdafiə (RƏM) ilə bağlı razılığa gəlməyəcəklər. ABŞ vaxt qazanmağa və fikir yayındırmağa çalışacaq. Eyni şəkildə, ABŞ-ın 1960-cı ildə də bənzər fəaliyyət göstərirdiyini xatırlayırıq. Yalnız Sovet İttifaqı hər il üçün istehsal olunan ballistik raketlərin sayında Amerika Birləşmiş Ştatlarını geridə qoyduqdan sonra, amerikalılar strateji hücum silahları ilə bağlı məhdudiyyətləri qəbul edərək SHS müqaviləsini imzaladılar.

OYMR ilə bağlı müqavilə mövcud vəziyyətə necə uyğun gəlir?

Amerikalılar Rusiyanın orta mənzilli raketlər yerləşdirməsini qətiyyətlə istəmirlər. Belə raketlər qeyri-nüvə avadanlıqlarında istifadə oluna bilər və bütün Avropanı nişangahda saxlaya bilər. Bu raketlər ABŞ-a Aİ-nin ərazisində ciddi qüvvələr yerləşdirməyə və ya Rusiyaya hücumdan əvvəl okeanın o tayından qüvvə və vasitələrini Avropaya istiqamətləndirməyə imkan verməyəcək. Rusiyanın yetərli sayda orta mənzilli raketləri olarsa, ABŞ-ın Avropada hər hansı bir hərbi fəaliyyəti təsirli şəkildə boğula bilər.

Mövcud vəziyyətdə Rusiyanın orta və yaxın mənzilli raketlər (OYMR) ilə bağlı müqavilədən çıxması gözləniləndir. Amerika Birləşmiş Ştatlarının buna cavabı "Tomaqavk"larla təchiz olunan RƏM sistemlərini Rusiyanın sərhədlərinə daha da yaxın olan Rumıniya və Polşa ərazisində yerləşdirilməsindən ibarət olacaq. Hazırda həmin raketlər Polşada və hətta Almaniyada olan ABŞ hərbi sualtı gəmilərinə yerləşdirilir. Bütün fərq bundan ibarətdir. Üstəlik, sualtı gəmiləri hədəf alaraq məhv etmək yerüstü qurğulardan daha çətindir.

Başqa sözlə, Rusiya OYMR-lə bağlı müqavilədən geri çəkilərsə heç bir şey itirməyəcək. Bununla bərabər, Rusiya Avropa İttifaqına yönələn çox sayda orta mənzilli raket yerləşdirə bilər. Bu isə amerikalıların oyununu poza bilər.

Yadda saxlamaq lazımdır ki, ABŞ yalnız özünün zəif nöqtəsinə təzyiq göstərildikdə ciddi danışıqlara gedir. Suriya və Ukrayna ilə bağlı danışıqlarda bu qaydalar qüvvədədir.

"Amerikalılar indi seçimlə üzləşiblər: ya Moskva ilə sərt münaqişəyə getməlidirlər və ya daha uyğun siyasət apararaq çevik və paralel dialoqun saxlanılmasına nail olmadırlar. Tillersonun gələcək danışıqlara dair açıqlaması da məhz ikinci varianta uyğun gəlir", - bu barədə Rusiya Strateji Araşdırmalar İnstitutunun eksperti Sergey Yermakov bildirib.

Anlamaq lazımdır ki, strateji sabitlik problemi ilk növbədə amerikalıları və rusları sıx birləşdirir. Xatırladaq ki, 2017-ci ilin sonunda Rusiya Federasiyası ilə Birləşmiş Ştatlar arasında silahlara nəzarət olunması rejiminin bir elementi olan "Açıq Səma" müqaviləsi üzrə münasibətlərin kəskinləşməsi baş verdi. Əlavə olaraq, SHS müqaviləsi də gündəmdədir. Ya bu müqavilələr üzrə danışıqlar dayandırılmalı, ya da məşhur OYMR müqaviləsi ilə birləşdirilib vəziyyətə uyğunlaşdırılmalıdır.

Orta və yaxın mənzilli raketlər haqqında müqavilə amerikalıların əl- qolunu bağlayır. Bu, Rusiya ilə münasibətlə bağlı deyil. ABŞ belə raketlərdən vacib lazım olan münaqişələrdə istifadə etmək istəyir. Burada Moskva ilə Vaşinqton arasında bir sıra razılaşma əldə etmək mümkündür.

Ümumiyyətlə, Rusiya-Amerika problemləri məsələlərinə olan tələbat, "soyuq müharibə" dövründə SSRİ-ABŞ ilə əlaqələndirilən məsələlərə çox bənzəyir. Çox ehtimal ki, qarşıdan gələn ABŞ-RF danışıqlarının məqsədi qarşılıqlı dialoq kanalların qorunması olacaq.

Digər tərəfdən, amerikalılar Rusiya ilə münasibətlərində sabit və proqnozlaşdırıla bilən münasibətlərdə daha maraqlıdırlar. Lakin yaxın zamanlarda bu istiqamətdə ABŞ daxilindəki siyasi səbəblərdən ciddi inkişafa nail olmaq mümkün deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: ABŞ   SHS   Rusiya    

Xəbər lenti

Aİ toqquşma mərkəzində: ABŞ-Rusiya münasibətlərində SHS böhranı - ANALİZ

2018/01/ssha_vystavyat_ultimatum_rossii_1-696x46434534_6064015360.jpg
Oxunub: 1679     12:31     15 Yanvar 2018    