KXDR ABŞ ordusunu necə məğlub etməyi planlaşdırır? – TAKTİKALAR

2018/01/4151584525_1515863841.jpg
Oxunub: 1070     21:31     13 Yanvar 2018    
Normal hərbi nəzəriyyələr göstərir ki, hücum edən tərəf hücum nöqtəsində müdafiə olunan tərəfdən sayca ən azı 3 dəfə çox olmalıdır.

Yaxşı, normal olanı qoyaq kənara. Koreya Xalq Ordusu (KXO) inanır ki, o, ABŞ və Cənubi Koreya qoşunlarını iki dəfə çox olsa da məğlub edə bilər. Lakin Şimali Koreya daha bir şeyə də inanır: O, koreya müharibəsində Çin qoşunlarının işlətdiyi taktikalardan istifadə etməklə də qalib gələ bilər.

“KXDR düşünür ki, orta statistik KXO ordusu fiziki, zehni, hərbi və siyasi baxımdan öz düşmənlərinin əsgərlərindən daha yaxşı yetişdirilib və müharibəyə hazırlanıb. Bu növ mental fikirlərə görə deyə bilərik ki, KXO hərbi personalının əksəriyyəti ələ keçməkdənsə, ölümə qədər döyüşməyi seçəcəklər”, - deyə ABŞ ordusunun KXDR taktikaları üzrə araşdırmasında qeyd edilib.

“Təhdid Taktikalar Hesabatı: Şimali Koreya” adlı araşdırma ABŞ Ordusunun Təlim və Doktrina komandanlığı tərəfindən 2015-ci ilin oktyabrında nəşr olunub.

ABŞ ordusuna görə KXO-nun doktrinası beş əsas prinsipə söykənir: sürpriz hücum, kütlə və səpələnmə, artan manevr qabiliyyəti, hiyləgər taktikalar və təhlükəsiz sirrlər. Bəlkə də Koreya müharibəsinin ikinci hissəsində həyata keçən statik və nəticəsiz xəndək müharibəsini xatırlayan KXDR düşmənin balansını pozmaqla ikinci münaqişəni də çətinləşdirməyə çalışacaq. Şimali Koreya dəstələri dağınıq şəkildə əməliyyat aparacaq, lakin daha sonra sürətli hücum üçün toplanacaq. Gecə vaxtı düşməni qəfil yaxalamaq üçün bütün əraziyə yayılacaq və əsas nöqtələri ələ keçirəcəkdir. Maraqlıdır ki, KXO bu intizamını öz təşəbbüslərini və aqressiyasını heç tərəddüd etmədən ortaya qoyan liderlərinə borcludurlar.

Şimali Koreyanın doktrinası bir çox ordu üçün standart olan müxtəlif hücum əməliyyatlarını əhatə edir. Lakin ikisi istisnadır.

Birincisi sızma əməliyyatlarıdır: ABŞ və Cənubi Koreya xətləri vasitəsilə az qala bütöv bir diviziyanı filtirləməyi hədəfləyən hücum əməliyyatı.

İkincisi isə mühasirəyə almaqdır. Bu əməliyyat düşmənin güclü nöqtələrini çevrələyərək maksimum itki verməsinə hədəflənib. ABŞ ordusunun araşdırmasında qeyd olunur ki, 4 növ çevrələmə var: ön və bir yan, ön və iki yan, ön və arxa, ön, arxa və hər iki yan. “Hansının seçilməsindən asılı olmayaraq, qapalı mövqelərdən atış birbaşa atəşla düşmənin vurulmayan tərəfini vurmağa çalışacaq”, - deyə araşdırmada bildirilir.

Düşmənin arxasına sızmaqla onun güclü nöqtələrini əhatə etmək? Bu nəyisə xatırlatmır? Bevin Aleksandrın Çinin Koreya müharibəsindəki taktikaları üzərindəki gələcək müharibə” kitabından bu hissəyə nəzər yetirək:

“Çinlilər düşmənin arxa tərəflə təmas qurmaq üçün geri çəkiləcəyinə ümid edərək arxa tərəfə sızmaqla təchizat xətlərini bloklamağa çalışırdılar. BMT qüvvələri mövqelərində qalsaydılar, barrikadalar qaçış yollarının və təchizat xətlərinin kəsilməsi üçün faydalı olacaqdı”

Hava nəzarətini azaltmaq və hava zərbələrindən yayınmaq üçün Çinlilər sızma əməliyyatlarını gecə keçirdilər. Onlar hücumlar zamanı bölmələri izolyasiya etmək üçün eyni zamanda ön cəbhədə zərbələr endirməyə davam edirdilər. Məqsəd isə məkan üstünlüyü əldə etməklə düşməni tam şəkildə məğlub etmək idi.

1980-ci illərin taktikaları bu gün faydalı ola bilərmi? KXDR və ABŞ sonuncu dəfə açıq müharibədə 70 il bundan əvvəl qarşılaşdırlar. O zaman kommunistlər II Dünya Müharibəsinin silahlarıyla təchiz olunmuş və zəif təlim görmüş Amerika və Cənubi Koreya əsgərləriylə vuruşdular. Bu gün isə profesional ABŞ əsgərləri və yaxşı yetişdirilən Cənubi Koreya əsgərləri ilə üz-üzə gəlməli olacaqlar.

1950-ci ildə hərəkətlərini örtbas edən gecənin zülməti müasir dövrdə gecəgörmə sensorları, radarlar və cəsus peyklər vasitəsilə aydınlanacaq. Kütləvi hücumlar ağıllı silahların qüsursuz atışları ilə dəf ediləcək. Bəlkə də şimallılar 21-ci əsrə adaptasiya ola bilməyiblər. Onda əsas sual belə olacaq: ABŞ ordusu nə dərəcədə adaptasiya olub?

Ağalar Ağalarlı
Araşdırma Ordu.az-a məxsusdur

Teqlər: ABŞ   KXDR   Çin   CənubiKoreya   Müharibə  

Xəbər lenti

KXDR ABŞ ordusunu necə məğlub etməyi planlaşdırır? – TAKTİKALAR

2018/01/4151584525_1515863841.jpg
Oxunub: 1071     21:31     13 Yanvar 2018    