Nazarbayev Trampla Əfqanıstan, Suriya və Rusiyanı müzakirə edəcək

2018/01/56f4fae1921bd7c2879b7dff6f28f34534_1515834800.jpg
Oxunub: 694     13:43     13 Yanvar 2018    
“Qazaxıstan prezidenti Nursultan Nazarbayev Donald Trampla Vaşinqtondakı görüşdə Əfqanıstan, Suriya və Rusiya ilə bağlı məsələləri müzakirə edəcək”.

Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti yanında Strati Araşdırmalar İnstitutunun direktor müavini Sanat Kuşkumbayev bəyan edib.

“Söhbət bizim ABŞ-la əməkdaşlığımızı strateji müttəfiqlik səviyyəsinədək genişləndirməyimizdən gedir. Birləşmiş Ştatlar bizim çoxdankı müttəfiqimizdir, hələ ölkəmizin müstəqillik qazandığı andan”, - deyə Kuşkumbayev bildirib.

Onun sözlərinə görə, ölkələr regional və qlobal problemlərin həlli və tənzimlənməsini məsələlərində müzakirə edirlər.

“Danışıqlarda əsas diqqət Əfqanıstana yönələcək. Həmçinin Suriya məsələsi də var. ABŞ-ın Avrasiya strategiyası baxımından Rusiya ilə əlaqələr də müzakirə ediləcək”, - deyə Kuşkumbayev vurğulayıb.

Qeyd edək ki, yanvarın 16-18-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri baş tutacaq. Həmçinin ABŞ lideri Donald Trampla görüş də nəzərdə tutulur.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Nazarbayev   Tramp  

Xəbər lenti

Nazarbayev Trampla Əfqanıstan, Suriya və Rusiyanı müzakirə edəcək

2018/01/56f4fae1921bd7c2879b7dff6f28f34534_1515834800.jpg
Oxunub: 695     13:43     13 Yanvar 2018    