Gücə qarşı dəqiqlik: ABŞ-ın Şərqi Avropada "Trident strategiyası" – ANALİZ

2018/01/56f4fae1921bd7c2879b7dff6f28f34534_1515833984.jpg
Oxunub: 1440     12:54     13 Yanvar 2018    
"Trident" sualtı bazalı raketlərin payı ABŞ-ın nüvə başlıqlarının 30 faizindən çoxunu təşkil edir. Nüvə silahlarının inkişaf tendensiyası gücün azalmasına və eyni zamanda dəqiqliyin artırılmasına yönəlib - Rusiya mütəxəssisləri ABŞ-ın Rusiyaya nisbətən ucuz və kompakt "nüvə çəkindirmə" vasitələri yaratmaq niyyətini belə şərh edirlər. Amerikalılar bu silahların istifadəsinə hansı dərəcədə icazə verə bilərlər və Rusiya buna nə ilə cavab verə bilər?

Donald Trump administrasiyası sualtı qayıqlara quraşdırılacaq "Trident" D5 ballistik raketləri üçün nəzərdə tutulan, aşağı gücə malik yeni bir nüvə başlığı yaratmaq niyyətindədir.

"Belə bir silahın yaradılmasının məqsədi Şərqi Avropadakı münaqişələrdə Rusiyanı taktiki nüvə başlığından istifadədən çəkindirməkdir", - deyə Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Şurasının (MTŞ) keçmiş baş direktoru Jon Vulfstal “The Guardian” qəzetinə musahibəsində bildirib.

Barak Obama dövründə Ağ Evin yüksək səviyyəli rəsmisi olan Vulfstal əmindir ki, mövcud administrasiya "nüvə silahlarının istifadəsinə dair məhdudiyyətləri azaltmağı" planlaşdırır.

"Beləliklə, Rusiya və ya Şimali Koreyanın nüvə silahlarından istifadə etməyə hər hansı bir cəhd etməsi, onlar üçün ağır nəticələrə səbəb olacaq", - deyə Vulfstal qeyd edib.

Onun sözlərinə görə, "Trident" üçün aşağı gücə malik döyüş başlıqlarının hazırlanması, ABŞ hərbi strateqlərinin qənaətinə əsaslanır: "NATO-nun şərq cinahında istənilən münaqişədə özünün adi silahlarda nisbi zəifliyini kompensasiya etmək üçün, erkən mərhələdə Rusiya taktiki nüvə silahından istifadə edəcək".

Vulfstal Rusiyanın ABŞ-ın iri həcmli mövcud başlıqlardan istifadə etmək istəməməsini düşünərək geri çəkilməyə məcbur olacağına ümid edir.

Ağ Ev "nüvə" güclərini genişləndirir

Yeni döyüş başlığı yaradılmasına formal səbəb kimi, Rusiyanın orta və yaxın mənzilli raketlərin məhv edilməsi üzrə 1987-ci ildə imzalanan müqavilənin müddəalarını pozması göstərilir. Bunlar standart ittihamlardır. Belə ittihamlar artıq bir neçə dəfə Vaşinqtonda (dekabrda onlar Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına səbəb oldu) səslənib. Eyni zamanda ABŞ-da RƏM sisteminin Yaponiyada elementlərini yerləşdirmək qərarında müqavilənin pozuntularını görmək istəmirlər. Əvəzində isə Rusiyanın qanadlı raketi sınaqdan keçirməsi barədə iddia irəli sürürlər.

Əgər “The Guardian” qaynaqları etibarlıdırsa, o zaman Rusiya-Amerika razılaşmaları sisteminin sınma nöqtəsinin növbəti mərhələsi yeni ABŞ nüvə doktrinası olmalıdır. Bu sənədin mətni 2018-ci ilin yanvarın sonunadək dərc olunmalıdır.

“The Guardian”ın mənbəsi deyib ki, doktrina Vaşinqtonun nüvə silahından istifadə hüququnu əldə edəcəyi şərtlərin siyahısını genişləndirəcək. Nəşr bu cür şəraitdən birini adlandırır. Bu, kütləvi itkilərə səbəb olan qeyri-nüvə hücumuna, strateji infrastruktura, nüvə obyektlərinə və idarəetmə məntəqələrinə endirilən zərbələrə cavabdan ibarətdir. Xatırladaq ki, əvvəllər Donald Trump ABŞ nüvə silahını 10 dəfə artırmağı planlaşdırırdı.

Soyuq müharibədə olduğu kimi, nüvə silahları əsasən rəqibin qarşısını almaq üçün ən təsirli vasitə olaraq qəbul edilir.

"Mənə sənədi hazırlayan insanlar bildirdi ki, onlar Rusiya, Çin və Şimali Koreyaya aydın "çəkindirici" siqnal göndərə bilməyə çalışıblar", - deyə Jon Vulfsthal bildirib.

Əsas ünvan aydın görünür. ABŞ-ın Moskvaya yeni təyin olunan səfiri Con Hantsman bu yaxınlarda ABŞ və Rusiyanın dünya nüvə silahının 90 faizinə sahib olduğunu xatırladıb.

"Üçlükdə" bərabərliyi bərpa etmək

Üç pilləli sualtı bazalı "Trident" raketləri ABŞ nüvə arsenalının əsas hissəsidir. "Yüngül" konfiqurasiyada 11 min kilometr məsafəli raketlər, (və ya maksimum yük ilə 7,6 min kilometr) "Ohayo" sinifindən olan sualtı qayıqlarda yerləşdirilib. Açıq mətbuatda dərc olunan məlumatlara görə, 2010-cu ildə ABŞ donanmasının arsenalında olan 14 ədəd sualtı qayıq ümumilikdə 288 ədəd "Trident" ilə təchiz olunub.

Bu, ABŞ-ın nüvə "üçlüyü" (üç növ nüvə daşıyıcıları - strateji bombardmançılar, qitələrarası ballistik raketlər, atom sualtı nüvə başlığı daşıyan qayıqlar) sistemində ciddi element hesab olunur.

Rusiya nüvə üçlüyündə bərabərliyi bərpa etmək üçün, bərk yanacaqlı 9300 kilometrə qədər məsafəli R-30 "Bulava" ballistik raketləri silahlanmaya qəbul etdi. İndi bu sualtı ballistik raketlər sınaqdan keçirilir. Ekspertlərin fikrincə, "Bulava" raketlərinin bazası - yeni rus raket daşıyıcısı "Knyaz Vladimir" imkanlarına görə ABŞ-ın "Ohayo" gəmisini üstələyir.

"Trident" üçün yeni bir aşağı güclü döyüş başlığı hazırlanmasına gəlincə, köhnə Milli Təhlükəsizlik Şurasının zabiti Con Vulfstal bu layihəyə şübhə ilə yanaşır: "Biz hər bir sualtı gəmini görünməz etmək 5 milyard dollar sərf edirik, onlar (yeni döyüş başlığı yaradılması ideyasının müəllifləri – red.) kiçik bir raketi götürüb bir gəmiyə yerləşdirmək istəyirlər? İlk atəş etməklə onlar yerlərini bəlli edəcəklər. Bu isə hərbi dəniz strategiyası baxımından gəminin müdafiəsini zəiflədir və onun Rusiya gəmilərinin hücumuna həssaslıq göstərə biləcəyindən xəbər verir".

Rus mütəxəssislər isə amerikalıların planlarında aydın bir məntiq görürlər.

"Amerikanı böyük etmək" üçün ucuz vasitə

"Nüvə silahlarının inkişaf tendensiyası gücün azalmasına və eyni zamanda dəqiqliyin artırılmasına yönəlib", - deyə "Vzqlyad" qəzetinə PIR mərkəzinin analitiki, ehtiyatda olan general-leytenant Yevgeni Bujinski bildirib. Generalın fikrincə, burada məqsəd konkret obyektlərə kiçik nüvə zərbələri endirməkdən ibarətdir.

"Belə bir zərbə nəticəsində Moskva yox ola bilər. Əslində, daha az güc, daha ucuz döyüş başlığı deməkdir", - deyə Bujinski fikrini yekunlaşdırıb. Onun sözlərinə görə, Rusiyada ABŞ taktiki nüvə silahlarında nisbətə malik olduğuna inanırlar.

"Bir zaman imtina etdikləri kiçik ölçülü qanadlı raketlərlə "Trident" qayıqlarını təchiz etməyə cəhd edərək bu fərqi kompensasiya etməyə çalışırlar”, - deyə ekspert bildirib.

Onun fikrincə, ABŞ imtina etdiyi bir çox strategiyaya geri dönür, buna səbəb isə Trampın "yenə Amerikanı hegemon etmək", güclü olduğunu, heç kimin ona bərabər ola bilməyəcəyini göstərməkdir.

"Buna görə burada başqa səbəblər axtarmağa ehtiyac yoxdur. Tramp Obamanın etdiyi hər bir işin - silahsızlanma, ixtisar - bunların hamısının pis olduğunu bəyan edib. Onun başqa bir siyasəti var - hər şeyi bərpa etmək, hakimiyyəti gücləndirmək, əvvəlki rəhbərliklər tərəfindən azaldılan hər şeyi bərpa etmək, diriltmək", - deyə Bujinski vurğulayıb.

General qeyd edib ki, belə olan halda, əlbəttə, pul da əsasdır. ABŞ, HSK yeni vəsait, investisiya, iş yerləri tələb edir. 2030-cu ilə qədər "üçlüyü" modernləşdirməyə ayrılan məbləğ 1 trilyon 300 milyard dollara bərabərdir - bu olduqca böyük məbləğdir.

Rusiya bu tendensiyaya uyğunlaşır

Eyni zamanda, Bujinski qeyd edib ki, amerikalılar tərəfindən belə bir addım nüvə silahsızlanma sahəsində hər hansı bir müqavilənin pozulmasına gətirib çıxara bilməz, nüvə başlığı baxımından çox uzun müddətdir eyni yolla gedirik, müəyyən bir mərhələdə SSRİ hakimiyyəti raketlərin gücunə daha çox önəm verdi.

Ekspertin sözlərinə görə, Rusiyada da SSRİ-dən qalma çox güclü, meqaton sinifli raketlər vardı. Bir zərbə Nyu-Yorku və ya Kaliforniyanı dağıdar və milyonlarla insanın həyatını məhv edər. Amma Rusiya mövcud ənənəyə uyğun hərəkət edir - gücü azaldaraq dəqiqliyi artırmaq.

"Biz hərdən gücü azaldılan, dəqiqliyi artırılan raketlərin Şərqi Avropada yerləşdirilməsinin Rusiyanı daha təsirli şəkildə cilovlaya biləcəyi ilə bağlı müzakirələrə rast gəlirik", - deyə Bujinski bildirib.

Ekspert qeyd edib ki, amerikalılar nüvə silahlarından istifadə etməklə Avropada müharibə edə biləcəklərini zənn edirlər: "Avropada, Orta Şərqdə, Sakit okeanda nüvə silahından istifadə edilməsinə dərhal cavab veriləcək. Münaqişə zonası mütləq genişlənəcək. Mən buna heç bir şübhə etmirəm. Məhdud nüvə müharibəsi, məhdud istifadəsi - bunların hamısı dar düşüncəli uşaq nağıllarıdır".

Bujinskinin sözlərinə görə, Amerikanın döyüş başlıqlarının azalması ilə əlaqədar bəzi əlavə müdafiə tədbirləri tələb olunmur. Artıq Rusiyada mövcud olanlardan istifadə ediləcək.

Bujinski əmin edir ki, nüvə müharibəsinə qarşı özünü müdafiə etmənin yeganə yolu onun başlamadığına əmin olmaqdır.

"Burada özünüzü müdafiə edə bilməzsiniz. Nüvə müharibəsi tamamilə yeni bir fenomendir. Seçim, məhdudiyyət, deeskalyasiya səy göstərən tətbiq haqqında bütün nəzəri əsaslar - bunların hamısı nəzəri müzakirə üçün yaxşıdır. Lakin əminəm ki, bu baş verərsə, dünya miqyasında bir fəlakətə yaranacaq və hər şey bitəcək", - deyə general fikrini tamamlayıb.

Analiz Nikita Kovalenko və Mixail Moşkinin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Trident   ABŞ-Rusiya  

Xəbər lenti

Gücə qarşı dəqiqlik: ABŞ-ın Şərqi Avropada "Trident strategiyası" – ANALİZ

2018/01/56f4fae1921bd7c2879b7dff6f28f34534_1515833984.jpg
Oxunub: 1441     12:54     13 Yanvar 2018    