O peyki tapın: “SpaceX”-in peyk raketilə nə baş verir?

2018/01/1023959689345345_1515828467.jpg
Oxunub: 956     11:25     13 Yanvar 2018    
Pentaqon ötən bazar “SpaceX” tərəfindən atılan, lakin orbitə çıxa bilməyən gizli “Zuma” süni peykin statusu haqda şərh verməkdən imtina edib.

Ordu.az xəbər verir ki, “Bloomberg News” və “Wall Street Journal” adlarını açıqlamadıqları rəsmilərə əsaslanaraq “Northrop Grumman”ın istehsalı etdiyi peykin uğursuz olduğunu bildirib.

Hökumət layihənin Müdafiə Nazirliyi yoxsa, kəşfiyyat agentliklərindən biri tərəfindən həyata keçirildiyi haqda məlumat vermir. Pentaqonda baş tutan mətbuat konfransı zamanı milyard dollarlıq layihənin taleyi haqda sual verilərkən mətbuat katibi şərh verməkdən imtian edərək otağı tərk edib.

“Mən sizi peyki göndərən “SpaceX”-ə yönləndirməli olacam”,- deyə xanım Den Vayt bildirib.

“Bloomberg”in müxbiri Toni Kapasiyo peykin taleyi haqda dəniz korpusundan öyrənməyə çalışsa da, ABŞ Dəniz Korpusunun general-leytenantı Kennet Makkenzi cavabında daha artıq heç nə deyə bilməyəcəyini söyləyib.

Hesabatlılıq sizin əsas prinsiplərinizdən biridir. Müdafiə naziri Ceyms Mettis bunu dəfələrlə təkrarlayıb. Eləysə, sizin bu prinsipinizdən yola çıxaraq soruşuram: Baş tutmasından 4 gün keçən milyard dollarlıq bu layihə uğurlu olub yoxsa, uğursuz? Peykin taleyi necə oldu? Daha ətraflı məlumat verə bilərsizmi?”, - deyə Kapasiyo davam edib. Lakin Pentaqon yenidən suallarını “SpaceX”ə yönləndirməyi məsləhət görüb.

Öz növbəsində “SpaceX” missiyanın ehtimal edilən uğursuzluğu ilə bağlı bütün ittihamları rədd edib.

“Falcon 9 hər şeyi dəqiqliklə həyata keçirdi. Əgər biz, ya da başqa birisi fərqli yöndə məlumat əldə etsək, dərhal məlumat verəciyik”, - deyə şirkət açıqlama verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SapaceX   Zuma  

Xəbər lenti

O peyki tapın: “SpaceX”-in peyk raketilə nə baş verir?

2018/01/1023959689345345_1515828467.jpg
Oxunub: 957     11:25     13 Yanvar 2018    