Regional nəhənglərin "Antanta"sı: CENTO yenidən dirilə bilərmi? - ARAŞDIRMA

2018/01/2_1515785983.jpg
Oxunub: 4342     01:54     13 Yanvar 2018    
Dövlətlər yaranandan əvvəl ayrı-ayrı qəbilələrin, xalqların, millətlərin könüllü və ya məcburi bir şəkildə ittifaqları (bloklar, birliklər) yaradılır. Yaradılan blokların əsas məqsədi qonşular üzərində qələbənin təmin edilməsi üçün insanları və maddi resursları birləşdirməkdən ibarət idi.

Sivilizasiyaların inkişaf dövrünə uyğun olaraq, bloklar və ya ittifaqlar müxtəlif növ və formalara malik olurdular. Lakin onların əsas məqsədləri bütün dövrlərdə eyni olub və indi də belə olaraq qalır: insanların sayında (silahlı qüvvələrdə) və maddi ehtiyatlarda qonşular (rəqiblər) üzərində üstünlük əldə etmək. Sonralar hərbi-siyasi blok, ümumi düşmənə qarşı kollektiv hücum və ya müdafiə üçün yaradılan bir sıra dövlətlərin birliyi kimi müəyyən edildi. Düşmən öz davranışı ilə qonşuları qıcıqlandıran və ya müəyyən məsələlərdə onlarla razılaşmayan bir ölkə ola və ya blok tərəfindən "məhvə məhkum" elan edilə bilərdi. Daha sonralar isə hərbi-siyasi bloklar (hərbi-siyasi ittifaqlar) dövlətlərin siyasi və iqtisadi məsələlərdə qarşılıqlı əməkdaşlıq məqsədlərini də nəzərdə tutmağa başladı. Bu əməkdaşlıqların qarşılıq dərəcəsi, etimad saviyyəsi və s. bəzi səbəblərdən hər blok üçün fərdi və fərqli ola bilər. Saziş və ya müqavilələr, hərbi təhdidlərin mövcud olduğu dövrdə üzv dövlətlərdən qonşulara (rəqiblərə) qarşı siyasi və hərbi tədbirlər görməyi, sülh dövründə isə bütün sahələrdə sıx əməkdaşlıq etməyi tələb edir.

Bizim eramızdan əvvəl Assuriya və Midiyalıların dövlətlərinə qarşı ittifaqlar yaradılmasını təsdiq edən sübutlar mövcuddur. Orta əsrlərdə isə Köln Konfederasiyası, Kalmar Birliyi, Hansa İttifaqı fəaliyyət göstərib.

Yaxın keçmişdə Müqəddəs Liqa, Katolok Liqası, Paris Liqası, Protestant Birliyi, Versal İttifaqı, 1-ci dən 7-ciyə qədər olan İttifaqlar, London konferensiyası, Krım koalisiyası və s. kimi çox birliklərə tariximiz şahidlik edib.

20-ci əsrdə yaradılan bloklar arasında Antanta (Rusiya, Böyük Britaniya, Fransa - 1904-1915), Antanta İttifaqına qarşı yaradılan Dördlər İttifaqı (Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası, Bolqarıstan - 1915-1918),
Komintern əleyhinə Pakt (Almaniya, İtaliya, Yaponiya və başqaları - 1936-1945), Hitler əleyhiə Koalisiya (SSRİ, Böyük Britaniya, ABŞ və digərləri - 1941-1945), əvvəl Almaniyaya, sonra isə Paktın digər ölkələrinə qarşı mübarizə apardı.

Qərbi Avropa Birliyi, sonradan Avropa Birliyi (28 ölkə, 1948-ci ildən bu günə qədər), NATO (28 üzvü var, əvvəl SSRİ- yə, sonra isə Varşava müqaviləsi ölkələrinə qarşı - 1948-ci ildən bu günə qədər), Varşava müqaviləsi (7 ölkə NATO-ya qarşı - 1955- 1991) CEATO - Manila Paktı (8 üzvu olub, 1955-1977) CENTO - Bağdad Paktı (5
ə0202üzvü olub, 1955-1979) yaradıldı.

Yuxarıda göstərilənlərdən sonra da ANZAS, ŞOS, BRİKS, QUAM, MDB, KTMT və s. adlar altında müxtəlif birliklər və İttifaqlar yaradılıb. Onlardan bir çoxu hələ də fəaliyyətlərini davam etdirir. Bunlar barədə növbəti yazılarımızda məlumat verəcəyik.

Bu gün rfont color=blue>Ordu.az Sizə mətbuatda çox az işıqlandırılan CENTO - Bağdad Paktı barədə məlumat təqdim edəcək.

CENTO (ing. The Central Treaty Organization) - Mərkəzi Müqavilə Təşkilatı - Yaxın və Ora Şərqdə yaradılan hərbi-siyasi blok idi. Bəzi mənbələr bu blokun yaradılmasına ABŞ və İngiltərənin razılığının olduğu barədə məlumat verirlər. Bu məlumatlar əsasız deyil. Bu məsələyə məqalənin digər hissəsində aydınlıq gətiriləcək.

CENTO-nun formalaşmasına səbəb 1937-ci ildə Türkiyə, İraq, İran və Əfqanıstan arasında imzalanan Saadabad müqaviləsi oldu. Bu müqaviləyə görə, üzv dövlətlər beynəlxalq arenada əməkdaşlığı inkişaf etdirmək, iştirakçı ölkələrin ərazisində düşmən qruplarının və ya təşkilatların yaranmasının qarşısını almaq üçün birgə fəaliyyət göstərməli idilər.

Saadabad müqaviləsi 8 iyul 1937-ci ildə Türkiyənin, İranın, İraqın və Əfqanıstanın imzaladığı pakt idi. Bu müqavilə beş illiyə imzalandı. Əfqanıstan Kralı Məhəmməd Zahir Şahın rəhbərliyi altında daha çox qonşu dövlətlərin əlaqələri siyasi və hərbi əlaqələrini mühkəmləndirmək təşəbbüsünün bir hissəsi olan bu müqavilə Tehranın Saadabad sarayında imzalandı.

İraqın bu müqaviləyə qoşulmasının əsas səbəbi 1936-1937-ci illərdə Bağdadı idarə edən hərbi hakimiyyətdə ərəb millətçiliyindən uzaq olan, əsasən kürdlərin və türkmənlərin təmsil olunması - ölkə rəhbəri Sidqi kürd, baş nazir Hikmət Süleyman isə türkmən idi - şərqli qonşular ilə münasibətləri inkişaf etdirmək üçün onlarla müqavilə imzalamağa yardım etdi.

Ratifikasiyalar 1938-ci ilin ilunun 25-də Tehranda mübadilə edildi və həmin gündən etibarən ilk "Şərq Antanta"sının əsası qoyuldu. 1938-ci ilin ilulun 19-da Millətlər Liqasında bu Müqavilə rəsmi qeydiyyatdan keçdi.

Türkiyənin qonşuları ilə dostluq münasibətləri yaratması onu və qonşularını İkinci Dünya Müharibəsində məğlubiyyətdən və ərazi itkilərindən xilas etdi.

1943-cü ildə müqavilə, onu imzalayanların heç biri tərəfindən etiraz edilmədiyinə görə avtomatik olaraq daha beş il müddətinə uzadıldı.

Əslində bu İttifaq üz tərkibinə görə nisbətən kövrək sayıla bilərdi. Bir ittifaqda bir neçə qədim və titullu xalqın: türklərin, iranlıların, ərəblərin və puştunların bərabər şərtlərdə "Şərq Blokunda" fəaliyyət göstərməsi inandırıcı deyildi. İraqın bloka birləşməsi digər ərəb dövlətlərinin də bu təşkilata qoşulmasına səbəb ola bilərdi.

Yeni başa çatan İkinci Dünya Müharibəsinin nəticələrini analiz edən müsəlman dövlətlər təkbaşına ərazilərini, müstəqilliklərini və suverenliklərini qoruya bilməyəcəklərindən narahat idilər. Hər tərəfdə çox böyük hərbi potensiala malik güclü bloklar və ittifaqlar yaranırdı. NATO və Varşava müqaviləsi kimi nəhənglərin təzyiqlərinə tab gətirmək üçün müsəlman dövlətlərin birləşməsi bir növ tarixi ehtiyac idi. NATO bütün üzv olmaq istəyən dövlətləri qəbul etmədiyinə görə, digər blokların yaranması labüd idi. ABŞ və Böyük Britaniya isə yeni yaradılacaq İttifaqlarda öz təsir güclərini saxlamaq istəyirdi.

İkinci Dünya Müharibəsindən sonra ABŞ və Britaniya formal olaraq 1937-ci ildən 1948-ci ilə qədər fəaliyyət göstərən və qüvvədə olan Saadabad Paktı ölkələrinin, yəni Əfqanıstan, İraq, İran və Türkiyənin yeni bir hərbi blokda birləşməsinə - Yaxın Şərq Antantasının yaradılmasına, daha doğrusu bərpasına münasibəti isti idi. ABŞ bu blokla NATO arasında münasibətləri tərəfdaşlıq səviyyəsinə yüksəltməklə SSRİ-nin Şərqə genişlənməsini əngəlləyə biləcəyini, bu ölkələrin ərazilərində hərbi kontingentini yerləşdirərək daha böyük əraziləri və dəniz akvatoriyalarını nəzarətdə saxlaya biləcəyini düşünürdü.

Beləliklə, ABŞ və Böyük Britaniyanın dəstəyi ilə 1955-ci ilin fevralın 24-də İraq və Türkiyə arasında Bağdad şəhərində imzalanan hərbi pakt CENTO-nun, yəni Şərq Antantasının əsasını qoydu. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. ABŞ təşkilata rəsmən üzv olmasa da, müşahidəçi qismində toplantılara qatılırdı.

Lakin ilk Ərəb-İsrail müharibəsində ABŞ-ın birmənalı şəkildə İsraili dəstəkləməsi amerikan-Ərəb ziddiyyətlərinə gətirib çıxardı.

Eyni zamanda Cənub-Qərbi Asiya və Hind okeanı hövzəsi üçün nəzərdə tutulan CENTO İttifaqına paralel olaraq Cənub-Şərqi Asiya və Sakit okeanı hövzəsi üçün nəzərdə tutulan və CENTO- nun həmkarı olan CEATO İttifaqının yaranması da 1955-cı ilə təsadüf edir. Deməli bu İttifaqlar eyni mərkəzdən idarə olunurdu.

CENTO tərkibinə aid problemlər demək olar ki, mövcudluğun ilk günlərindən başladı. Birləşmiş Krallıq 1956-57-ci illərdə İsrail və Fransa ilə birlikdə, Süveyş kanalının milliləşdirilməsinə cavab olaraq Misirə hücum etdilər. Bu münaqişənin nəticələrindən biri ərəb ölkələrində millətçiliyin yüksəlməsi, 1958-cu ilin iyulun 14-də İraqda monarxiyanın devrilməsi və 1959-cu ilin 24 martında İraqın CENTO-dan rəsmi olaraq ayrılması ilə nəticələndi. 1962-ci ildə CENTO- ya daxil olmayan, lakin müqavilənin əhatə zonasında yerləşən Şimali Yəməndə də oxşar bir inqilab meydana gəldi.

1958-ci ildə İngiltərə himayəsi altında olan Maskat sultanlığı xaricdə olan son mülklərini - Qvadar liman şəhərini Pakistana verdi. Eyni zamanda, Maskat özündə, həmçinin rəsmi olaraq müstəqil İmamət olan Omandakı vəziyyət daha da gərginləşdi. 1959-cu ildə Muscat sultanlığında Oman separatçılarının aktivləşməsi və Oman imamətində milli azadlıq hərəkatının güclənməsinə cavab olaraq, Maskat sultanlığının azsaylı qüvvələri ilə Britaniya qoşunları 1960-cı ildə Oman İmamətini işğal etdilər. Bu isə beynəlxalq ictimaiyyətin ciddi etirazlarına gətirib çıxardı. Omanla birlikdə 1963-67-ci illərdə Cənubi Yəməndə də azadlıq hərəkatı xüsusilə şiddətləndi. Bu qədər münaqişələrin çoxaldığı vaxtda blok üzvlərindən olan Britaniyanın heç nəyə məhəl qoymadan Müqavilə zonasına daxil olan ərazilərdə hərbi əməliyyatlar keçirməsi üzv ölkələrin haqlı narazılığına gətirib çıxarırdı.

Blokun süqutu

Tezliklə Birləşmiş Krallıq tədricən Yaxın və Orta Şərq regionunda, həmçinin Fars körfəzinin cənubunda və Şərqi Ərəbistanda öz mülkiyyətlərini itirməyə başladı: Kipr (1960), Küveyt (1961), Maldiv (1965), Cənubi Yəmən (1967), Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (1971) müstəqillik qazandılar. Sonuncu ölkələrin müstəqillik qazanmalarına səbəb Londonun 1970-ci ilin əvvəlində qəbul etdiyi "Süveyş kanalının şərqində yerləşən Britaniya qoşunlarının çıxarılması haqqında" qərar oldu. Bu qərar ilk növbədə Fars körfəzi akvatoriyasında yerləşən Britaniya hərbi bazalarının bağlanılmasını nəzərdə tuturdu.

Pakistan 1971-ci ildə Şərqi Pakistan (Banqladeş) bölgəsindən ayrıldı. Bundan əlavə, 1960 və 1970-ci illərin əvvəllərində CENTO-ya daxil olan ölkələr arasında fikir ayrılıqları ortaya çıxdı. Blokun Asiyadan olan iştirakçıları Amerika Birləşmiş Ştatları və digər Qərb dövlətləri tərəfindən dəstəklənən İsrail hökumətinin kursunu (1967- ci ildə Altı Günlük Müharibə, 1973-cu ildə Qiyamət Günü Müharibəsi və s.) tənqid etdilər. CENTO üzvləri blokun daha çox iqtisadi əməkdaşlıq çərçivəsində möhkəmləndirilməsi ideyasını dəstəklədilər.

1974-cü ildə Türkiyə Kiprdə hələ də Britaniya hərbi bazaları olmasına baxmayaraq Kiprə daxil oldu. Türkiyənin adaya girməsinə tutarlı əsasları olmasına baxmayaraq, bu, bir sıra CENTO üzvləri tərəfindən tənqid olundu. İranda baş verən İslam İnqilabı əvvəlcə İranın, sonra isə 1979-cu ilin martında Pakistanın blokdan çıxmasına səbəb oldu. Nəticədə, blokun tərkibində yalnız NATO üzvü ölkələr qaldı. 1979-cu ildə Türkiyə, faktiki olaraq funksiyalarını itirən CENTO-nun fəaliyyətini dayandırması təklifi ilə çıxış etdi.

Formal olaraq, CENTO 1979-cu ilin avqustuna qədər fəaliyyət göstərdi.

(Ardı var)
Hərbi ekspert Ədalət Verdiyev
Araşdırma Ordu.az-a məxsusdur

Teqlər: CENTO   Regional-liderlər  

Regional nəhənglərin "Antanta"sı: CENTO yenidən dirilə bilərmi? - ARAŞDIRMA

2018/01/2_1515785983.jpg
Oxunub: 4343     01:54     13 Yanvar 2018    