Ordumuzda sınaq imtahanları keçirilir - FOTOLAR

2018/01/268267d13cbc609a52901dcfaa997f9d_1515747994_1515748438.jpg
Oxunub: 1163     13:12     12 Yanvar 2018    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, müxtəlif təlim mərkəzlərində və çöl-səhra şəraitində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələr, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilir və hərbi qulluqçuların fiziki hazırlığının səviyyəsi yoxlanılır.

Hərbi qulluqçuların döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirilir.

Ordu.az

Foto

Teqlər: MN   İmtahan  

Xəbər lenti

Ordumuzda sınaq imtahanları keçirilir - FOTOLAR

2018/01/268267d13cbc609a52901dcfaa997f9d_1515747994_1515748438.jpg
Oxunub: 1164     13:12     12 Yanvar 2018    