Erməni vəkildən etiraz: "Əsgər ölümlərinin Sarkisyan üçün qəpik qədər dəyəri yoxdur"

2018/01/26229336_746826455519328_8044652336164279874_n34534_1515742156.jpg
Oxunub: 1042     11:26     12 Yanvar 2018    
Erməni əsgəri Arsen Mxitaryanın ölümündən il yarım keçsə də, onun ölüm səbəbləri hələ də məlum deyil.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, rəsmi ittihama görə Mxitaryan 2016-cı il iyulun 3-də Tavuş vilayətində yerləşən hərbi hissədə çənə nahiyyəsindən aldığı odlu silah atəşi nəticəsində ölüb.

Hazırda erməni əsgərin ölümündə şübhəli olan bir çox şəxslərin adlarının belə istintaq orqanına verilməsinə baxmayaraq, ölüm səbəbinin araşdırmalarında heç bir irəliləyiş yoxdur. Ölən əsgərin atası Artur Mxitaryan, Ermənistan baş prokuroru və hərbi prokuroru ilə görüşüb. İşin istintaqını aparan orqana qarşı böyük inamsızlığın olması onların diqqətinə çatdırılıb.

Faktiki olaraq, işin araşdırılmasında heç bir irəliləyiş olmadığı hiss olunur. İstintaq orqanına qarşı inamsızlıqla bağlı işin araşdırılması üçün başqa orqana göndərilməsinə dair müraciət təmin edilib. İşin araşdırılmasına başlayan yeni istintaq orqanı tərəfindən verilən qəbzdə məlum olub ki, 11 avqust 2017-ci ildə yenidən ekspertiza keçirilməsi barədə müvafiq orqana müraciət olunub. Ancaq həmin müraciət edilən ekspertiza orqanı tərəfindən 11 dekabr 2017-ci ildə verilən cavab məktubunda bildirib ki, bu yalnız 2018-ci ilin aprel ayından sonra mümkündür.

Müstəntiqin başqa ixtisaslaşmış orqan tərəfindən ekspertiza keçirilməsi üçün yeni qərar verməkdən başqa yolu qalmayıb. Bunun cavabının isə nə vaxt məlum olacağı bəlli deyil. Belə çıxır ki, 5 ay vaxt itirdikdən sonra, hər şey yenidən başlayacaq.

"Ermənistanda əsgər ailələrinə bu cür laqeyd münasibət məhkəmə orqanlarına xalqın inamını zəiflədir. Faciəli ölümün araşdırılmasına laqeyd münasibət onu göstərir ki, burada bilərəkdən işin araşdırılmaması niyyəti mövcuddur. Belə çıxır ki, Sarkisyan hakimiyyəti üçün əsgər ölümlərinin qəpik qədər dəyəri yoxdur", - deyə erməni vəkil Norayr Norikyan da məsələ ilə bağlı öz etirazını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Əsgər-ölümü   Cinayət  

Xəbər lenti

Erməni vəkildən etiraz: "Əsgər ölümlərinin Sarkisyan üçün qəpik qədər dəyəri yoxdur"

2018/01/26229336_746826455519328_8044652336164279874_n34534_1515742156.jpg
Oxunub: 1043     11:26     12 Yanvar 2018    