Yeni dünya lideri? | Çinin iqtisadi hücum strategiyası – ANALİZ

2018/01/0000085629-ekonomika-kitaa45645_1515673871.jpg
Oxunub: 5422     20:24     11 Yanvar 2018    
Ötən ilin sonunda Tramp administrasiyası ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını formalaşdırdı. Olduqca kompromis bir sənəd alındı. Donald Trampın seçkiqabağı platforması ("Amerika hər şeydən öndədir") və xaricdəki Amerikan dəyərlərinin təşviq edilməsi üzrə ənənəvi kurslar bir-biriylə birləşdi. Breitbart.com konservativ portalı bu yaxın gələcəkdə ABŞ-ın iqtisadiyyata "güclü vurğu" edəcəyini və Çinlə artan rəqabəti nəzərə alaraq ticarət sazişlərini yenidən nəzərdən keçirəcəyini bəyan etdi.

Amerika mövqelərini itirir

Çinin strateji xəttlərini ÇKP-nin XIX qurultayında təyin etdi və 2050-ci ilədək qədər planlarını hazırladı. Çin Xalq Respublikasının qurulmasının 100 illik yubileyi (1949-2049) münasibətilə "tam olaraq modernləşdirilən sosialist rifah cəmiyyəti (universal rifah)" qurmaq planlaşdırılır.

Çinin siyasi strateqlərinin fikrincə, bu, daxili məsələdir və Çini "dünya liderləri arasında milli güc və beynəlxalq nüfuza" malik səviyyəyə çıxması ilə nəticələnəcək. Daha dəqiq "dünya liderliyinə" demək olardı, amma Pekində daha yumşaq bir ifadə seçdilər. Yəqin ki, bu, öz böyüklüyündən razı olan Amerika və Avropa siyasətçilərini qıcıqlandırmamaq üçün belə deyilib. Buna əmin olmaq asandır. Bu günkü Amerika mediasına və prezident Donald Trumpın "Twitter"də şəxsi səhifəsinə baxmaq kifayətdir.

Bu yaxınlarda o, asanlıqla İŞİD terrorçu qrupu üzərində Suriya və İraqdakı qələbəni öz adına yazdı. Trampın yazdıqlarından ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya əsgərləri tərəfindən terrorçuların əlində olan ərazi demək olar ki, "100 faiz" qazanılıb.

Digər bir halda Tramp, Cənubi Koreya ilə KXDR arasındakı dialoqu "şəxsi əməyi" adlandırdı, çünki o, Pekini Pxenyana ciddi iqtisadi təzyiq göstərməyə "məcbur edib". ABŞ-ın hazırki rəhbəri üçün özünü tərifləyən digər nümunələr də vermək olar. Amma okeanın digər tərəfindəki Amerikanın böyükliyini şübhə altına alan başqa faktlar ortaya çıxır.

Bu yaxınlarda Almaniyada yayımlanan "Maybrit Illner" siyasi tok- şousunda Almaniya xarici işlər naziri Zigmar Qabriel dünya səhnəsində tədricən "liderlik vakuumu" yaradıldığını söylədi. Gabriel, gəldiyi nəticəni ABŞ-ın dünyada siyasi proseslərə təsirinin azalması faktı ilə bağladı.

Bu, əsasən, ABŞ-ın öz siyasətinə görədir. Ötən il ABŞ Şimali Amerika Azad Ticarət sazişindən, Paris iqlim müqaviləsindən, Trans-Sakit okean tərəfdaşlığı müqaviləsindən və Transatlantik ticarət və investisiya tərəfdaşlığından çıxdı.

Alman nazirinin sözlərinə görə, Amerika rəhbərliyi bu addımlarını Pekinin dünya səhnəsində "güc dəyişikliyinə" hazır olduğu və dünyanın Çin ilə əməkdaşlığa daha çox bağlı olduğu bir vaxtda atdı.

Ən azı Afrikada, Çin artıq bir neçə ildir ən böyük investordur. Və yalnız Afrikada deyil. Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına Çin artıq təxminən 30 milyard dollar sərmayə yatırıb. Çin, Birləşmiş Ştatları keçərək, Aİ-nin ən böyük ticarət tərəfdaşı olduğu vaxt Amerikalılar sürətlə reaksiya verdi. Brüsselə təzyiq göstərərək bir sıra Çin mallarına idxal rüsumlarını artırıldı və Pekinin ixracı bir az "soyudu". Avropaya maliyyə və bank xidmətləri göstərməklə amerikalılar Aİ bazarında hegemonluğa təkrar sahib oldular.

Çin, Avropaya çox ciddi ixracat səviyyəsini təmin etsə də, 350 milyard ABŞ dolları ilə ikinci yeri tutur. Əmtəə mövqelərində Çin hələ də inamla liderlik edir.

Yuan özünə yol açır

Burada amerikalıların bərabəri yoxdur. "Bloomberg" ekspertlərindən alınan məlumata görə, bu gün beynəlxalq maliyyə hesablamalarında ABŞ dolları 40% paya sahibdir. Bu dövriyyədə Çin yuanı 2% təşkil edir. Məşhur mənzərədir. Bu, ötən əsrdə, neftin hesablanması üçün əsas vasitə olaraq ABŞ dolları seçiləndə baş verib.

Eyni zamanda, ABŞ böyük beynəlxalq ticarət əməliyyatları üçün kredit və maliyyə dəstəyini öz üzərinə götürdü. Vaxt keçdikcə ABŞ dollarını vahid Avropa pulu sıxışdırdı. Lakin, baş rola çatmaq mümkün olmadı. Dollar əsas beynəlxalq ödəniş vasitəsi olaraq qaldı.

İndi maliyyə sistemində artıq yaxından iştirak edən Çin yuanı bu vəzifəni "sınaqdan keçirir". Yuan digər ölkələrə və qitələrə yayıldı. Çin artıq dünyanın yüzdən çox ölkəsinin ən böyük ticarət tərəfdaşıdır. İndi onun ticarət və investisiya əməliyyatlarını öz milli valyutası ilə təmin etmək imkanı var.

Qeyd etmək lazımdır ki, bir çox ölkələri maliyyə və iqtisadi sanksiyalarla hədələyən və ya ya tətbiq edən ABŞ-ın özu bəzi dövlətləri Çin milli valyutasından istifadə etməyə təhrik etdilər. Bu sırada ilk addımı 2012-ci ildə Çinlə neft ticarətində İran atdı.

İki ildən sonra, 2014-cü ildə, Qərbin maliyyə təzyiqi ilə sıxışdırılan Rusiya da karbohidrogenlərini Çin yuanına satmağa razı oldu. Pekin dərhal "Sibir Gücü" qaz boru kəməri üçün uzunmüddətli müqavilə bağladı və öz milli valyutası ilə rus neftini almağa başladı. Bu ticarətin sürəti dünyanı təəccübləndirdi. Ötən il Rusiya, Çin üçün əsas neft tədarükçüsü oldu və ciddi şəkildə Çin bazarında Səudiyyə Ərəbistanını sıxışdırmağa nail oldu.

2018-ci il, Moskva ilə Pekinin ticarət əlaqələrində yeni bir əhəmiyyətli hadisə ilə qeyd olundu. Yanvarın 1-dən etibarən Rusiya nefti, Moxedən Datsin şəhərinə qədər olan Çin sərhədindəki 941,8 km-lik boru kəmərinin ikinci hissəsi vasitəsilə nəql edilməyə başladı. Bu, Rusiya neftinin Çinə nəqlinin iki dəfədən çox artırılmasına (30 milyon ton) imkan verəcək.

Optimist ekspertlər tez qərar verdilər: Rus təchizatının təzyiqi altında, Səudiyyə Ərəbistanı da yuan üzərində mövqeyini yenidən nəzərdən keçirəcək və ABŞ dolları ilə Çinlə ticarət etməkdən imtina edəcək. Bundan əlavə, Pekin Şanxay Qızıl Birjasında gəlirlərin konvertasiya edilməsi ilə çox sərfəli bir sxem ("neft-yuan-qızıl") təklif edir.

Venesuela, Qazaxıstan və Türkmənistan yuan ilə ticarət etmək üçün Çinlə razılaşdılar. Amma bəzi pessimistlər sakitləşmədilər. Onlar Səudiyyə şahzadələrinin uzun müddətdir ABŞ-da maliyyə əlaqələrinə malik olduqlarını və Çin neft bazarında ölkələrinin mövqeyini qorumaq üçün öz şəxsi vəsaitlərini təhlükəyə atmayacaqlarına inanırlar.

Deməli yuanı yeni sınaqlar gözləyir. Onlar artıq keçən il başlayıblar. Əvvəllər Çinə çox mehriban olan İngiltərə Bankı, bir çoxu üçün gözlənilmədən (2015-ci ildən etibarən BVF Çin yuanı ehtiyat valyutalar sırasına əlavə edilib) yuanla əməliyyatları 15% azaldıb. Nyu York daha dərinə gedib. Orada yuan ticarətinin həcmi 25% aşağı düşərək gündəlik 1,43 milyard dollara bərabər olub.

Bu "bazar proseslərinin" mexaniki mənimsənilməsidir. Yaxşı, kim şübhə edirsə, yuanla hesablamalara keçən Pakistana baxsın. ABŞ Dövlət Departamentinin 4 yanvar tarixində təşkil etdiyi mətbuat konfransında, rəsmi nümayəndə Hezer Nauert bildirdi ki, ABŞ rəhbərliyi Pakistan hökumətinə yüz milyonlarla dollar dəyərində qiymətləndirilən hərbi yardımın dondurulmasına qərar verib.

Bu yardım keçən ilin oktyabr ayında da "terrorist qruplara qarşı kifayət qədər mübarizə aparılmaması" bəhanəsi ilə təxirə salınıb. Bundan sonra mütəxəssislər, Pekinlə yaxın maliyyə əlaqələri olan və xüsusən Çin valyutasında qarşılıqlı ticarətə keçdiyinə görə Vaşinqtonun İslamabadı necə cəzalandırdığını qəbul etdi.

Amerika və onun müttəfiqləri tərəfindən yuan yoluna qoyulan maneələr Çinin planlı iqtisadi hücumunu dayandıra bilməyəcək. Çin Kommunistlərinin XIX Qurultayının qərarlarında təyin edilən strategiyanın "kağız üzərində bəyanat" olaraq qalmadığına heç bir şübhə yoxdur. Çinin 100 illik yubileyində yeni dünya lideri olacağı ehtimalı çox yüksəkdir.

Bu gün, Amerika hegemonluğundan olan universal yorğunluqdan dolayı, bir çoxları belə bir gedişatı hər kəs üçün bir nemət hesab edirlər. Çox güman ki, onlar aldanırlar. Bu daha çox, uzun müddətli rəhbərdən yorulan bir qrupun heyət dəyişikliyinə can atması, sonra isə ciddi şəkildə xəyal qırıqlığı yaşamalarına bənzəyir.

Çin artıq heç də bir dünya xeyriyyəçisi olmadığını göstərib. Məsələn, Türkmənistan ilə bağlı hadisə hamıya məlumdur. Aşqabad, Pekinin krediti hesabına Çinə bir neçə qaz xətti çəkdi. İndi Çinə ixracatı borc vəsaitlərin ödənilməsi hesabına həyata keçirilir. Türkmənistan hökuməti sosial proqramları ixtisar etmək və su, elektrik və təbii qazın pulsuz istifadəsini ləğv etmək məcburiyyətində qaldı.

Bununla da məlum olur ki, dünya, lider dəyişikliyindən əvvəl çox qütblü bir balansa ehtiyac duyur. Amerika Birləşmiş Ştatları və Çin birinci olmaq hüququ uğrunda öz strategiyalarını dəyişməklə məşğul olduğu bir vaxtda, biz rahatlıqla bu mübarizəni kənardan izləyə bilmərik. Geosiyasi mübahisədə digər tərəflərin də arqumentlərini təqdim etmək və eşidilmək üçün hələ də vaxtları var...

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   İqtisadiyyat   Ön-Asiya  

Yeni dünya lideri? | Çinin iqtisadi hücum strategiyası – ANALİZ

2018/01/0000085629-ekonomika-kitaa45645_1515673871.jpg
Oxunub: 5423     20:24     11 Yanvar 2018    