2018-ci ildə ABŞ tank briqadasını Avropaya yönləndirəcək

2018/01/376a190b-fb7f-429a-96b2-a7d8fb64f696456456456_1515671412.jpg
Oxunub: 502     15:48     11 Yanvar 2018    
2018-ci ilin yayında ABŞ Avropada qüvvələrinin rotasiyası çərçivəsində özünün 1-ci tank briqadasını Avropaya yönləndirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün ABŞ-ın NATO yanındakı missiyası məlumat yayıb.

“Amerika ordusu 2018-ci ildə “Atlantic Resolve” əməliyyatında qüvvələrin rotasiyası çərçivəsində Fort-Hudda (Texas ştatı) yerləşən 1-ci kavaleriya diviziyasının heyətinə daxil olan 1-ci tank briqadasını Avropaya yönləndirəcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Atlantic Resolve” əməliyyatı 2014-cü ilin aprelində başlayıb və NATO ilə ABŞ-ın bu birgə əməliyyatının məqsədi Şərqi Avropa ölkələrində “əminliyin bərpa edilməsidir”.

Ağalar Qəribov
Ordu.az

Teqlər: NATO   ABŞ   Tank-briqadası  

Xəbər lenti

2018-ci ildə ABŞ tank briqadasını Avropaya yönləndirəcək

2018/01/376a190b-fb7f-429a-96b2-a7d8fb64f696456456456_1515671412.jpg
Oxunub: 503     15:48     11 Yanvar 2018    