2018-ci ildə Rusiya ordusunu nələr gözləyir? – Hərbi ekspert (Araşdırma) – I Yazı

2018/01/4625590_12125229504.jpg
Oxunub: 2150     10:53     11 Yanvar 2018    
2017-ci ilin sonunda Rusiya ordusunun həyatında bir neçə əhəmiyyətli hadisə yaşandı. Bunlar arasında 2018-2027-ci illərdə Dövlət Silahlanma Proqramının (DSP) təsdiq edilməsi, Suriyadakı hərbi əməliyyatların tamamlanması və qoşun qruplaşmasının geri çəkilməsini qeyd etmək olar. Müdafiə sahəsində bu və digər hadisələr, həmçinin 2018-ci ilə dair planlar Müdafiə Nazirliyinin dekabrın 22-də keçirilən geniş kollegiya iclasında müzakirə olundu.

2018-ci ildə Rusiyanın ordu və donanma həyatında bir çox hadisələr gözlənilir. Suriya Respublikası terrorçulara qarşı mübarizənin davam etdirilməsi (Rusiya hərbi kontingentinin orada saxlanılarsa), hərbi təlimlər, Beynəlxalq Ordu Oyunları, "Ordu 2018" hərbi-texniki forumu və DSP-nin həyata keçirilməsi bu hadisələrdən hesab olunur. Rusiya müdafiə nazirinin müavini Yuri Borisovun verdiyi məlumata görə, Rusiya əsasən strateji nüvə güclərini inkişaf etdirəcək ki, heç kimin "gücünə görə" ölkəni sınamaq istəyi olmasın.

“Biz mövcud və hətta perspektiv raket əleyhinə müdafiə sistemlərini inamla aşa biləcək raketlər barədə danışırıq”, - deyə Borisov bildirib.

Beynəlxalq əməkdaşlıq baxımından 2018-ci ilin daha maraqlı və çoxşəxəli olacağı gözlənilir. Xidmət edən müqaviləli kadrların sayı ilin sonuna qədər təxminən 500 min nəfərə çatmalıdır.

"Biz "Silah" silkələmirik"

Rusiyada 2018-ci il üçün müdafiə büdcəsi 46 milyard dollar olacaq. "ÜDM-in 2,8% -i və ya 46 milyard dollar", - deyə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Müqayisə üçün: Pentaqon gələn il üçün 700 milyard dollardan artıq, Böyük Britaniya Müdafiə Nazirliyi təxminən 60 milyard dollar, Fransa və Almaniyanın müdafiə nazirliklərinin hər birinin büdcəsi isə 40 milyard dollar nəzərdə tutulub.

“Bu gün rus ordusu müasir, mobil, kompakt və döyüş hazırlıqlıdır. Lakin biz heç kimə "silah silkələmirik" və heç kimlə müharibə etmək niyyətində deyilik. Eyni zamanda, heç kimə gücümüzü yoxlamağı məsləhət görmürük”, - deyə Şoyqu vurğulayıb.

Hərbi büdcə hesabına silahlı qüvvələr müasir silah və texnikasının 61%, HDQ 74%, HKQ 74%, SNQ 82%, QQ 46%-ni yeniləyə bilib.

RS-24 YARS

Strateji Təyinatlı Raket Qoşunları (STRQ) əlavə 11 ədəd "Yars" kompleksi ilə təchiz ediləcək. Həmçinin perspektivli inkişaf layihə həllərinin düzgünlüyünü təsdiq etmək üçün qitələrarası ballistik raketlərdən (QBR) 12 buraxılış həyata keçirmək planlaşdırılır. Bu gün Rusiya Silahlı Qüvvələrində təxminən 200 ədəd raket kompleksi döyüş növbəsindədir.

Sərt yanacaqlı, ayırılan döyüş başlığı olan mobil və ya stasionar ballistik raket kompleksidir. "Topol-M" kompleksi əsasında baş konstruktor Yuri Solomonovun rəhbərliyi altında "Moskva İstilik Texnologiyası İnsitutu" ASC mütəxəssisləri tərəfindən 2000-ci illərdə hazırlanıb.

Quru qoşunlarda yeni yeddi birləşmə və hərbi hissə yaradılacaq. 3,5 mindən çox yeni silah tədarük etmək planlaşdırılır.

"Armata" platformasında ilk T-14 tanklarının istismar sınaqları üçün qoşunlara çatdırılması barədə müqavilələr artıq bağlanıb. Hazırda hərbi-sənaye kompleksinin müəssisələri "Armata"nın bərpası, tankın bütün birləşmələrinin və vahidlərinin tənzimlənməsi və koordinasiyasını həyata keçirirlər. Həm də 2017-ci ildə Müdafiə Nazirliyinin, bağlanan müqavilələr üzrə yeni zirehli vasitələr alması gözlənilir.

“2018-ci ildə "Uralvagonzavod" korporasiyası ənənəvi olaraq son illərdə modernləşdirilən T-72BZ tanklarının, 2C19M2 özüyeriyən artilleriya qurğularının çatdırılması və digər texnikaların təchizatını davam etdirəcək. BMPT, T-90M və T-80 tədarükü üçün yeni müqavilələr bağlanması gözlənilir”, - deyə UVZ-nin mətbuat xidməti məlumat yayıb.

2018-ci ildə Top-M2 raket sistemləri ilə iki hava hücumundan müdafiə hərbi hissəsini təchiz etmək planlaşdırılır; Arktika və Uzaq Şimalda fəaliyyət göstərən HHM hissələri də yaxın məsafəli Top-M2DT ZRK ilə, quru qoşunlarının hava müdafiə bölmələri isə DZRK "Verba" ilə təchiz olunmalıdır.

Müasirləşdirilən 6 ədəd uzaq məsafəli Tu-160 və Tu-95MS strateji bombardmançıları kosmik hava qüvvələrinin döyüş tərkibinə daxil edilməlidir.

Ka-52 "Alligator" helikopteri

Smolensk vilayətindəki ordu aviasiya alayı Ka-52 "Alligator" helikopterləri ilə tam təchiz olunacaq. Yeni qurulan alayın bütün pilotları Torjokda 344-cü ordu aviasiya uçuş heyətinin yenidən hazırlanması mərkəzində kurs keçiblər.

6 ədəd Su-34 qırıcı-bombardmançı təyyarəsi ilin birinci rübündə Çelyabinsk regionunda yerləşən aviasiya alayına qəbul edilib. Bu, bu tip təyyarələrin Mərkəzi Hərbi Dairəyə ilk gətirilməsi faktı oldu.

Su-30SM qırıcıları ilə silahlanan döyüş eskadrilyası Qərb Hərbi Dairəsində (QND) yaradılacaq. Yeni təyyarələr yenidən silahlanma planına uyğun olaraq MiQ-29SMT təyyarələrini əvəz edəcək. QHD-də yeni nəsil təyyarə ilə silahlanan başqa bir eskadrilyanın da formalaşması planlaşdırılır.

"4++" nəslinə məxsus yeni MiQ-35 qırıcısı HKQ üçün istifadəyə veriləcək. Rusiya Müdafiə Nazirliyi də 5-ci nəsil Su-57 qırıcılarının (əvvəllər T-50 PAK FA kimi tanınan) ilk təchizatı üçün müqavilə imzalamağı planlayır. Qoşunlar 2019-cu ildə bu təyyarələri almalıdır.

Müasirləşdirilən helikopterlərin çatdırılması üçün “Ulan-Ude” Aviasiya Zavodu ilə dövlət müqavilələri bağlanıb. İlin sonuna qədər müqavilə şərtlərinə uyğun olaraq 2 ədəd, 2019-cu ilin sonuna qədər isə 8 ədəd Mi-8 AMTŞ HKQ-yə təhvil veriləcək. Həm də Mi-28NM helikopterlərinin alınması üçün "Rusiya Helikopterləri" holdinqi ilə müqavilə imzalanıb. İlk iki helikopter ilin sonuna qədər istehsal olunacaq.

2009-cu ildə yaradılmağa başlanıb. Helikopterin xarici görünüşü Mi-28N helikopterindən çox fərqlənir. İlk növbədə, kabinənin erqonomikası və funksionallığı yaxşılaşıb, nəzarət və idarəetmə sisteminin təkrarlayıcısının pilot-operator kabinəsinə qoyulması müsbət addımlar hesab olunur. Helikopter insansız hava vasitələri ilə əlaqə yaratmaq üçün rabitə vasitəsi, yeni fyuzelaj, təkmilləşdirilən mühərrik, yeni RƏM kompleksi, nişangah və s. avadanlıqlara sahibdir. Əsas versiya ilə müqayisədə yanacaq çənlərinin həcmi artıb.

2018-ci il ərzində cəmi HKQ və HDD-yə 203 ədəd yeni və təkmilləşdirilən təyyarə və helikopter, dörd dəst "Pantsir" zenit raket top kompleksi və 10 dəst S-400 "Triumf" ZRS verilməsi planlaşdırılır. İlin əvvəlində iki S-400 diviziyasının Krımda döyüş növbəsinə başlaması gözlənilir.

Zenit raket sistemi S-400 "Triumf"

Həmçinin məlum olub ki, 2018-ci ildə S-400-ləri əvəz edəcək yeni S-500 ZRS üçün doldurucu maşınların qurulması barədə müqavilə imzalana bilər. Bu maşınlar qarşıdakı 25 il ərzində istismar oluna bilmək imkanları nəzərə alınaraq yaradılacaq. Daha öncə Şoyqunun bildirdiyinə görə, qoşunlara sistemin tədarükü 2020-ci ildən başlamalıdır.

“S-500 ilə əlaqədar vəziyyət belədir. Yaxın gələcəkdə Yekaterinburqda yerləşən "Start" şirkəti ilə nəqliyyat maşını, doldurucu-nəqliyyat maşını və yükləyici mexanizmin alınması üçün müqavilə imzalanacaq”, deyə "Texnodinamika" holdinqinin baş direktoru İqor Nasenkov bəyan edib.

Dəniz Donanmasının döyüş gücünü 20 ədəd suüstü gəmi, və döyüş qayıqları, 1 ədəd sualtı qayıq, 14 təminat gəmisi ilə, cəmi 35 döyüş və təminat gəmiləri alacaq:

22350 layihəsinin baş frigatı "Admiral Qorşkov"
11711 layihəsinin baş gəmisi "İvan Qren" adlı böyük desant gəmisi və bu layihənin ikinci gəmisi - "Peter Morqunov";
20385 layihəli, "Severnaya verf" zavodunda inşa edilən bu sinfin dörd gəmisindən birincisi olan "Qremuşiye" korveti;
23120 layihəli "Vsevolod Bobrov" arxa cəbhə təminat gəmisi;
18280 layihəsinin ikinci gəmisi olan kəşfiyyat gəmisi "Ivan Hurs";
22800 "Karakurt" layihəsinin ilk iki gəmisi ("Uraqan" və "Tayfun");
Sakit Okeanda axtarış və xilasetmə qüvvələri üçün iki xüsusi kater.

Həmçinin onların arasında -"Bulava" ballistik raketilə silahlanan 955A ( "Borey-A") layihəli "Knyaz Vladimir" əsas sualtı strateji raket daşıyıcısı da vardır. Sualtı qayıq Şimal dənizində sınaqdan keçiriləcək.

"Knyaz Vladimir" əsası 2012-ci ildə qoyulan və "Borey" seriyasından olan 8 gəmidən dördüncü sualtı qayıq oldu. 3 sualtı qayıq artıq donanmaya verilib. "Knyaz Oleq" və "Generalissimus Suvorov" (2014), "İmperator Aleksandr III" (2015) və "Knyaz Pojarski"nin (2016) əsası qoyulub və inşası davam edir. Hər bir sualtı qayıq 16 ədəd "Bulava" QBR daşıyır. "Borey B" layihəsi 2027-ci ilə qədər DSP-yə daxil edilib. Əsas sualtı raket daşıyıcısının yaradılması üzrə işlər 2018-ci ildə başlayacaq, onun HDQ-yə təslim edilməsi 2026-cı il üçün planlaşdırılır.

2018-ci ildə HDQ-nin Dəniz Aviasiyasının köhnələn təyyarə parkının modernləşdirilməsi davam edəcək. İl-38 təyyarəsi İl-38N "Novella" ilə, Ka-27 helikopteri Ka-27M modeli ilə yenilənəcək. Bu vasitələr isə qayıq əleyhinə və gəmilərə hədəf göstərmə vasitələrinin əsasını təşkil edəcək.

Ağır təyyarə daşıyıcısı, 11435 layihəli "Admiral Kuznetsov"gəmisinin təmiri və müasirləşdirilməsi üçün 3 illik müqavilə imzalanması gözlənilir. Əvvəllər Nevski İKB baş direktoru Sergey Vlasov məlumat verdi ki, "Kuznetsov" gəmisinin təmiri müasirləşdirilmə olmadan aparılacaq. O, yalnız müəyyən avadanlıqların əvəz olunacağına işarə etdi.

Ağır təyyarə daşıyan aviadaşıyıcı kreyser "Admiral Kuznetsov"un göyərtəsi döşəməsi

"Pantsir-ME" dəniz zenit raket- artilleriya kompleksini sınaqdan keçirmək planlaşdırılır. İlk dəniz variantının 22800 layihəli "Karakurt" gəmisində quraşdırıla bilər.

Qərb Hərbi dairəsinin (QHD) mühəndis- istehkam alayı dövlət müdafiə sifarişi çərçivəsində 100-dən çox silah və hərbi texnika alacaq. Alayın silahlanmasına müasir rabitə avadanlıqları, arxa cəbhə və digər avadanlıqlar qəbul edilib. Həmçinin silahlanmaya BAT-2 yol döşəyiciləri, İMR-2 muhəndis texnikası, PTS-2 üzən vasitələri, "Korşun" partlamayan qurğu axtaranlar və yeni OBP-2 "Sokol" qoruyucu kostyumlar qəbul edilməlidir.

Şərq Hərbi Dairəsinin (ŞHD) Çukotsk istiqamətində sahil müdafiə diviziyasını yaratmaq planlaşdırılır. Hərbi rəhbərliyə vahid kosmik sisteminin döyüş vəzifələrinin yerinə yetirilməsini təmin etmək əmri verilib.

Araşdırma Roman Azanovun yazıları əsasında hazırlanıb.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Rusiya   SQ   HDQ   HHQ  

Xəbər lenti

2018-ci ildə Rusiya ordusunu nələr gözləyir? – Hərbi ekspert (Araşdırma) – I Yazı

2018/01/4625590_12125229504.jpg
Oxunub: 2151     10:53     11 Yanvar 2018    