5 minlik şəbəkə: ABŞ KXDR-də "tunel müharibəsi"nə hazırlaşır - ANALİZ

2018/01/ap_221938054912-e151551153538445645_1515588541.jpg
Oxunub: 1042     16:39     10 Yanvar 2018    
ABŞ Ordusu minlərlə əsgərinə tunel döyüşlərinə hazırlıq üçün təlimlər keçir. Təlimlər ordunun hazırlığının prezident Trampa KXDR-ə qarşı müharibə seçimini təklif edəcək səviyyəyə çatdırılması üçün görülən tədbirlərin bir hissəsidir.

Şimali Koreya ərazisinin altı minlərlə tunel və bunkerlərdən ibarət hörümçək toruna bənzəyir. Onların bəziləri sərhəddən kənarda və hətta Cənubi Koreyanın paytaxtı Seulun yaxınlığında kəşf edilib. KXDR-in ərazisi daxilindəkilər isə yüzlərlə metr dərinlikdədir və onlar qoşunları, artilleriyanı, kimyəvi, bioloji və nüvə silahlarını gizlətmək üçün istifadə edilə bilər.

Rəsmilər bildirir ki, Pentaqon minlərlə əsgəri yetişdirməklə yanaşı, əlavə olaraq tunel əməliyyatları üçün ixtisaslaşdırılmış ləvazimatlar da alır. Bunlar radiolar, gecəgörmə eynəkləri, asetilen fənərlər və bolt ülgücləridir.

Bu il təlimlərdə iştirak edəcək dəstələr arasında 101-ci Hava Diviziyası və 82 Hava Diviziyası da var. Lakin nə ordu, nə də bu diviziyaların mətbuat katibləri məsələ haqda şərh verməyə razı olmayıblar.

Ölkədən kənarda da tunel və bunkerlərin olduğu təlim mərkəzlərinin olmasına baxmayaraq, 2018-ci ildə təlimlərin əsasən ölkə daxilində keçiriləcəyi bildirilir.

Təqaüddə olan ABŞ polkovniki Deyv Maksvel bildirib ki, bu təlimlər təkcə ABŞ yox, həm də Cənubi Koreya qoşunları üçün zəruridir. Əvvəllər Koreyada qulluq etmiş, indi isə Koreya-Amerika Elmlər İnstitutu özəl təhsil və tədqiqat qrupunda çalışan polkovnik əlavə edib ki, KXDR-də 5000-ə yaxın belə tunel mövcuddur.

Yeraltı təhdid

İllərdir ki, ABŞ rəsmiləri bu tunellərlə bağlı xəbərdarlıq edib. Keçmiş Müdafiə naziri Donald Ramsfeld 2001-ci ildə Şimali Koreyanı “dünya səviyyəli tunelçilər” adlandırıb. O, hələ 17 il bundan əvvəl senatorlara bildirib ki, Şimali Koreya çox az dövlətin etməyi bacardığı şəkildə ölkənin altında hər yerə tunel çəkiblər və onların yeraltında nəhəng silah anbarları var.

Səthdən çox aşağıda olan bu tunellər təyyarələrdən, yaxud dənizdən atılan raket və bombalardan tamamilə təhlükəsizdir. KXDR-ə qarşı istənilən bir hücum zamanı ABŞ və Cənubi Koreya qoşunları bu tunellərə də hücum etməlidir.

Ordu tez-tez tunel döyüşləri üçün bir yaxud iki briqadaya təlim keçir. Buna görə də çox sayda əsgər Əfqanıstan kimi yerlərdəki belə qapalı mühitdə manevr etməyə və döyüşməyə hazırdır. Lakin Şimali Koreyadan meydana gələn təhdiddən dolayı ordu təlim keçdiyi briqadaların sayını artırıb. Lakin dəqiq say gizli saxlanılır.

Təkcə ötən ay ordunun 5-ci süvari alayının əsgərləri Seulun şimalındakı yarıtərkedilmiş bazadakı bir sığınacağa gizli daxil olma təlimləri keçib. Əsgərlər yarım mil uzunluğundakı tunelə girərkən xüsusi radiolardan və gecəgörmə eynəklərindən istifadə ediblər.

Dəhşətli müharibəyə hazırlıq

Şimali Koreyanın raket və nüvə proqramını inkişaf etdirməsilə gərginlik artmaqda davam edir. Pentaqonda isə bəziləri daha çox təlim və planlaşdırmanın zəruri olduğunu söyləyir.

Bu gərginlik KXDR lideri Kim Çen In və ABŞ prezidenti Donald Trampın qıcıqlandırıcı bəyanatlarında da özünü büruzə verir.

Xatırladaq ki, ötən həftə Kim Çen In nüvə düyməsinin həmişə ofisindəki masanın üzərində olması ilə bağlı açıqlama verdikdən sonra Tramp özünün də nüvə düyməsinə sahib olduğunu və onun düyməsinin daha böyük, daha güclü, ən əsası isə işlək olduğunu bildirib.

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli də Trampı müdafiə edib.
“Hər zaman sizi məhv edə biləcəyimizi xatırlatmaq istəyirik. Odur ki, sözlərinizə və əməllərinizə qarşı diqqətli və təmkinli olun”, - deyə Heyli bildirib.

Müdafiə naziri Ceyms Mettis isə bu ritorikaya qoşulmayıb. O mütəmadi olaraq diplomatiya və sanksiyaların hazırkı fəaliyyət kursunun əsas hissələri olduğunu bildirir. Lakin hər halda Mettis də ötən payızda baş tutan ABŞ Ordusunun konfransında silahlı qüvvələrin hər an hazır vəziyyətdə olmalı olduğunu bildirib.

Ağalar Ağalarlı
Analiz Ordu.az-a məxsusdur

Teqlər: KXDR-ABŞ   Tunel-müharibəsi  

Xəbər lenti

5 minlik şəbəkə: ABŞ KXDR-də "tunel müharibəsi"nə hazırlaşır - ANALİZ

2018/01/ap_221938054912-e151551153538445645_1515588541.jpg
Oxunub: 1043     16:39     10 Yanvar 2018    