Rus politoloq Ermənistanı faş etdi: Düşmən Su-30 qırıcıları əldə edə bilərmi? - ANALİZ

2018/01/sukhoi_su_30-other23423_6062294264.jpg
Oxunub: 8176     12:33     10 Yanvar 2018    
Keçən ilin sonlarında Ermənistanla Rusiya arasında imzalanmış kredit razılaşmasının detalları hələki məlum deyil. Lakin hərbi ekspertlər Rusiya tərəfindən Ermənistana ayrılan 100 mln ABŞ dolları həcmində kreditlə hansı silahları və hərbi texnikanı əldə etməyin mümkün olduğuna dair ehtimallarını irəli sürürlər.

- Artilleriya, HHM və aviasiya

Keçən ilin 10 oktyabr tarixində imzalanan 100 mln kredit haqqında razılaşmanı Ermənistan parlamenti 6 dekabr 2017-ci ildə təsdiq edib. Razılaşmaya görə, Ermənistan müdafiə sahəsinin birgə inkişafı proqramının həyata keçirilməsi məqsədilə Rusiya istehsalı olan silah növlərinin əldə ediləcəyi bildirildi.

Lakin faktdır ki, keçən dəfə Rusiyanın ayırdığı 200 milyon dollar kredit hesabına Ermənistan “Smerç” reaktiv artilleriya kompleksi, TOS-1A “Solntsepyok”, İqla-S zenit raket kompleksi və digər hərbi texnika əldə etsə də, kredit çərçivəsində nəzərdə tutulan silah və texnikanın böyük hissəsi gecikdirilib.

Yeni kreditlə nəzərdə tutulan silah və texnikanın tədarükü isə 2018-2022-ci illər ərzində həyata keçiriləcək. Xatırladaq ki, 2017-ci ilin noyabr ayında Ermənistan parlamentində aparılan müzakirələr zamanı 100 mln dollar kredit çərçivəsində həyata keçiriləcək silah və hərbi texnika təminatı barədə bəzi məqamlar məlub olub.

Məlumata görə, növbəti kreditə əsasən mobil artilleriya vasitələrinə, hava hücumundan müdafiə və aviasiya vasitələrinə üstünlük veriləcək. Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Nahapetyanın erməni parlamentindəki açıqlamalarından sonra ekspertlər ehtimal edir ki, Ermənistan Su-30 qırıcı döyüş təyyarələri əldə etmək niyyətindədir. Keçmiş müdafiə naziri Seyran Ohanyan bir dəfə bu barədə danışsa da, mövzu 2016 aprel tarixindən sonra qapandı. Lakin faktiki olaraq Ermənistanın səma məkanında SU-30 təyyarələrinin istismarı məqsədəuyğun deyil. Bu baxımdan, "Su-30"larla bağlı səsləndirilən sözlər cəfəngiyyatdan başqa bir şey hesab edilməməlidir.

-100 mln dollar kifayət edə bilərmi?

Rusiyalı ekspert Pavel Felqenhauer hesab edir ki, Ermənistana belə təyyarələr lazım olsa da, ayrılan 100 mln dollar kredit, bu cür ciddi vasitələrin əldə edilməsi üçün çox azdır.

"Bu məbləğ müasir silah növləri almaq üçün çox kiçik vəsaitdir. Zenit raket kompleksləri, artilleriya vasitələri və təyyarələr almaq istəyirsinizsə, o zaman 10 dəfə çox vəsait lazımdır. Əgər Rusiya endirilmiş qiymətlərlə silah tədarük etməyə razılıq veribsə, o zaman çox ehtimal ki, ən müasir silah və texnika növləri tədarük edilməyəcək. Bunlar daha ucuz olan hansısa şəkildə yenilənmiş sistemlər ola bilər. 100 mln dollar hesabına böyük sayda müasir hərbi texnika və silah əldə etmək mümkün deyil", - deyə ekspert əlavə edib.

- Ermənistana HHM sistemi müasir deyil

Ermənistanın HHM sistemi haqqında danışarkən Felqenhauer, Ermənistanın müəyyən HHM vasitələrinə malik olduğlunu bildirib: "Onlar müasir olmasada, müyyən qədər modernizə ediliblər. Ancaq bu cür ciddi aviasiya Ermənistanda yoxdur. Bəli Ermənistanda Rusiya hərbi aviasiya qruplaşması var, lakin bu aviasiya Qarabağ münaqişəsinin yenidən başlanması təqdirdə, böyük ehtimalla müdaxilə etməyəcək. Əgər Ermənistan qırıcılar əldə etmək istəyirsə, öz qırıcıları olmalıdır. Ancaq müasir qırıcı təyyarələr çox bahalıdır".

- Qırğızıstan və Tacikistana daha çox silah verilir

KTMT-nin digər dövlətlərini, həmçinin Azərbaycanın aldığı silahları müqayisə etdikdə, Ermənistanın silah almasının həcmi, məsələn Qırğızıstan və Tacikistanla müqayisədə o qədər də böyük deyil. Silah və texnika alınmasına bu ölkələr 1 milyard dollar sərf edirsə, Azərbaycan daha çox vəsait xərcləyir.

- Ermənistanın kommunikasiya sistemləri köhnədir

"Ermənistan silahlı qüvvələrinə bu gün hansı silahlar daha çox lazımdır?" sualına cavab verərkən ekspert, Ermənistana çox silah növlərinin lazım olduğunu qeyd edib. "Lakin ilk növbədə Ermənistan silahlı qüvvələrində mövcüd məqsədyönlü rabitə, kommunikasiya sistemləri yenilənməlidir", - deyə hərbi ekspert əlavə edib.

Alpər Mövludoğlu
Analiz Ordu.az-a məxsusdur

Teqlər: S-30   Ermənistan   Felqenhauer  

Xəbər lenti

Rus politoloq Ermənistanı faş etdi: Düşmən Su-30 qırıcıları əldə edə bilərmi? - ANALİZ

2018/01/sukhoi_su_30-other23423_6062294264.jpg
Oxunub: 8177     12:33     10 Yanvar 2018    