Geosiyasi baxış: Azərbaycanlı sülhməramlılarının Əfqanıstanda rolu – Sabiq diplomat (ÖZƏL)

2018/01/3FDCC682-76CC-4436-B95F-93E7559C0BE6_cx0_cy5_cw0_w1200_r1_s_1515563450_3031137864.jpg
Oxunub: 2070     11:20     10 Yanvar 2018    
Plana uyğun olaraq rotasiya qaydası əsasında 70 hərbi qulluqçudan ibarət Azərbaycan Ordusunun sülhməramlılar qrupu yanvarın 9-da xidmətlərini NATO-nun “Qətiyyətli dəstək” missiyasının tərkibində davam etdirmək üçün Əfqanıstana yola düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, bu ölkədə stabillik və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi nəzərə alınaraq NATO Alyansı üzvü və müttəfiqi olan ölkədə Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasında qüvvələrinin sayının artırılması ilə bağlı müraciət edib.

Hələ 23 noyabr 2017-ci ildə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev NATO-nun Brüsseldəki qərargahında çıxışı çərçivəsində 2018-ci ildə azərbaycanlı sülhməramlıların sayının artırılacağını bəyan edib. Bu məqsədilə 29 dekabr 2017-ci ildə Milli Məclis “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” dəyişikliyi qəbul edib.

Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və müttəfiqlərin dəstəklənməsi məqsədilə 2018-ci ildə ümumulikdə azərbaycanlı sülhməramlıların sayı 94-dən 120 hərbi qulluqçuyadək artırılıb. Buraya 6 azərbaycanlı zabit də aiddir ki, onlar “Qətiyyətli dəstək” miussiyasının müxtəlif bölmələrinə təqdim ediləcəklər. Həmçinin iki hərbi həkim də sülhməramlı kimi iştirak edəcək. Qeyd etmək yerinə düşər ki, hələ 2002-ci ildə Azərbaycan Əfqanıstana 33 nəfərdən ibarət sülhməramlı kontingentin göndərilməsi barədə qərar qəbul edib. 2008-ci ildə Azərbaycan və NATO ikinci sənədi – Fərdi əməkdaşlıq planını təsdiq etdi. Təxminən elə bu ildə Azərbaycanın Əfqanıstandakı kontingentinin sayı 45 nəfərədək artırılıb. Artıq 2009-cu ildə Azərbaycanın Əfqanıstandakı hərbi kontingentinin sayə 2 dəfə artır. Hazırda isə sülhməramlıların sayı 120-dək yüksəldilib.

Əfqanıstanda Azərbaycanın sülhməramlı kontingentinin sayının artırılması zərurəti niyə yaranıb və bu gün Əfqanıstanda nə baş verir?

Ordu.az-ın məsələ ilə bağlı suallarına sabiq diplomat, Almaniyada Əfqanıstan Araşdırmalar Mərkəzinin direktoru Əziz Arianfar cavab verib.

“İlk növbədə, biz Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bildiyiniz kimi, ötən il Bakıda Əfqanıstan prezidenti Əşrəf Qani oldu və mümkündür ki, görüş çərçivəsində iki ölkənin liderləri Azərbaycan sülhməramlı kontingentinin sayının artırılmasını müzakirə ediblər. Daha doğrusu, ola bilər ki, bu, Əfqanıstan hökumətinin xahişi nəticəsində baş tutub. Belə ki, son zamanlar Əfqanıstanda vəziyyət yalnız pisləşir.

İkincisi, bu, Amerika tərəfinin xahişi əsasında baş verə bilərdi. Belə ki, bu yaxınlarda ABŞ Əfqanıstan üzrə yeni strategiya hazırlayb. Orada bizim ölkədəki sülhməramlı əməliyyatlarında iştirak edən ölkələrin hərbi qulluqçularının sayının artırılması da nəzərdə tutulur.

Üçüncüsü, son illərdə Pakistan və ABŞ arasında münasibətlər pisləşib. Uzun illər ərzində amerikalılar Pakistana Vaşinqtona terrorizmlə mübarizədə kömək etməsi əvəzində maliyyə yardımı göstərirdi. Lakin nə isə amerikalıları qane etmədi, buna görə onlar Pakistana yardımı dayandırdılar”, - deyə əfqan politoloq bildirib.

Arianfarın fikrincə, Əfqanıstandakı vəziyyətə təsir edən üç aspekt var – beynəlxalq, daxili və regional.

“Beynəlxalq aspektə gəlincə, bu, ABŞ və Rusiya arasında, digər tərəfdən ABŞ və Çin arasında rəqabətdir. Məsələn, Çin Əfqanıstan kimi çox mühüm geosiyasi, strateji regionda ABŞ-ın mövcudluğuna qarşıdır. Əfqanıstandakı vəziyyətə həmçinin ABŞ və Rusiya arasındakı münasibətlər də ciddi şəkildə təsir edir. Əgər münasibətlər gərginləşsə, təbii ki, Əfqanıstanda da gərginlik artacaq. Son zamanlar iki güc arasında münasibətlər yalnız pisləşir və təbii olaraq bu, Əfqanıstandakı vəziyyətdə də özünü göstərir.

Regional aspektə gəlincə isə, bir tərəfdən Pakistan və Hindistan, digər tərəfdən İran və Səudiyyə Ərəbistanı arasında qarşıdurma gedir. Əlbəttə, burada vəziyyət bir qədər dəyişib – keçmişdə Qətər və Türkiyə Səudiyyə Ərəbistanı ilə birgə İrana qarşı çıxış edirdi, Türkiyədə baş verən hərbi çevrilişdən sonra isə İstanbul Rusiyaya yönəldi. Qətər də həmçinin. O cümlədən, əsas rəqiblər İran və Səudiyyə Ərəbistanıdır. Bununla əlaqədar olaraq bu ölkələr arasında münasibətlər qəlizləşir, bu amil Əfqanıstandakı vəziyyətə də təsir edir.

Daxili aspekt də var – Əfqanıstanda ənənəvi olaraq milli, dini və dil üzərində problemlər mövcuddur. 2014-cü ildəki seçkilərdən sonra xalq vahidliyinin koalisiya hökuməti yaradılıb, indi isə bu razılaşmanı imzalayanlar arasında müəyyən fikir ayrılıqları var. Bu qarşıdurma prezident Əşrəf Qani və baş nazir Abdulla Abdulla arasındadır”, - deyə ekspert bəyan edib.

Həmçinin eks-diplomat bildirib ki, İraq və Suriyada məğlubiyyətdən sonra İŞİD terrorçuları da Əfqanıstanda yerləşiblər.

“Rusiya Suriyada İŞİD üzərində qələbə qazandı, İraq qüvvələri də İraqda İŞİD üzərində qələbə çaldılar. İŞİD-in bu iki regiondakı əsas qüvvələri demək lar ki, məhv edildi. İndi isə İŞİD-in bəzi terrorçuları Əfqanıstana gəlib, onların arasında Qafqaz və Mərkəzi Asiyadan yetərincə insan var. Bu nüans da Əfqanıstandakı vəziyyətə çox ciddi şəkildə təsir edir”, - deyə Arianfar vurğulayıb.

Seymur Məmmədov
Ordu.az

Teqlər: NATO   Azərbaycan-Əfqanıstan   Sülhməramlılar  

Xəbər lenti

Geosiyasi baxış: Azərbaycanlı sülhməramlılarının Əfqanıstanda rolu – Sabiq diplomat (ÖZƏL)

2018/01/3FDCC682-76CC-4436-B95F-93E7559C0BE6_cx0_cy5_cw0_w1200_r1_s_1515563450_3031137864.jpg
Oxunub: 2071     11:20     10 Yanvar 2018    