KXDR ABŞ aviadaşıyıcısını batıra bilərmi? - ANALİZ

2018/01/us-south-korea-invincible-spirit-north-kim-5526621231_1515436257.jpg
Oxunub: 685     22:25     08 Yanvar 2018    
Şimali Koreya Silahlı Qüvvələri ABŞ aviadaşıyıcısını batıra bilərmi? Bəli- sadəcə bu onların hansı növ daşıyıcı ilə üz-üzə qaldıqlarından, ABŞ donanma komandirlərinin aviadaşıyıcını idarəetmə bacarıqlarından, Şimali Koreya döyüşçülərinin aktiv mühasirə qabiliyyətlərindən və ən əsası döyüşdə şansın kimdən yana olmasından asılıdır.

Şans müharibədə tez-tez tərəf dəyişən qərarsız bir müttəfiqdir. ABŞ aviadaşıyıcısının dənizaltı, yoxsa hava hücumu ilə ovlanacağını demək çətindir. Lakin ancaq axmaqlar hərbi qarşıdurma üçün “heç vaxt” və “həmişə” sözlərindən istifadə edirlər. Çünki bəzən zəif olan da ən güclü ola bilir.

Yəni bu baş verə bilər, buna görə də qabaqlayıcı tədbirlər görülməlidir.

İlk olaraq, ön hazırlıqlar. Faktiki olaraq bilirik ki, KXDR donanması səth gəmilərini batıra bilər. 2010-cu ildə KXDR bunu edib. O, Cənubi Koreyanın gəmisi “ROKS Cheonan”a sualtı hücum edərək onu batırıb. Deyək ki, həmin gəmi tək əməliyyat aparırdı, sualtıları tutmaq və hücum etmək üçün gərəkli ləvazimatlarla təchiz edilən eskort gəmiləri olan bir daşıyıcı deyildi. Buna baxmayaraq, “Cheonan” insidenti dəniz altındakı müharibə ilə bağlı bir faktı oraya qoyur: hətta texnoloji cəhətdən geridə qalmış bir sualtı belə Cənubi Koreya donanmasının son dərəcə professional dənizçilər tərəfindən idarə olunan modern səth gəmisini vura və batıra bilər. Eynisi ABŞ donanmasının da başına gələ bilər.

1982-ci ildə Folklend adalarını qoruyan Kral donanmasının bir flotiliyası Argentinanın bir ədəd 209 dizel-elektrik tipli qayığı olan ARA San Luisi məhv etmək üçün göstərdiyi faydasız cəhdləri zamanı Britaniyanın sualtılarına qarşı, Argentina sursat anbarının böyük hissəsini istifadə etdi. Argentinalı kapitanın dediyinə görə, o arabir öz gəmisini köhnə metodla dəniz dibində saxlayıb. Mühərrikin dayandırılması səsi aradan qaldırır və gəminin tapılmasını mümkünsüz edir. Bu taktikalar İkinci Dünya Müharibəsi zamanı istifadə edilib.

Yaxud 2006-cı ildə Çinin 039 tipli “Song” sinifli bir dizel qayığı ABŞ aviadaşıyıcısı “Kitty Hawk”ın hücum qrupunun müdafiəsindən cəmi 5 dəniz mili kənardan xəbərsizcə keçib getdi. Doğrudur, o zaman hücum qrupu hər hansı bir dənizaltı hücumuna qarşı qorunmurdu, lakin yenə də donanmanın mətbuat katibi o zaman Çin qayığından xəbər tutulmamasından narahatlığını dilə gətirdi.

Şərhçilər bu və ya digər dənizaltını xüsusilə gizli adlandıranda maraqlı olur. Lakin diqqət etmək lazımdır ki, onsuz da bütün dənizaltılar gizlidir. Gizli olmayan bir dənizaltı ancaq dəniz dibində qırıntı ola bilər. KXDR-li kapitanlar qismətdən qaça bildiklərini, öz işlərini yerinə yetirdiklərini və şərtlər onların xeyrinə olduqda bunun üstünlüklərindən lazımınca faydalan bildiklərini nümayiş etdiriblər. Doğrudur, ABŞ aviadaşıyıcıları çox ağır silahlanıblar və batırılmaları çox da asan bir iş deyil. Amma son yüz il ərzində zirehli gəmilərin havadan, qurudan, yaxud dənizdən edilən hücumlarla batırıldığına şahid olmuşuq.

Ağalar Ağalarlı
Analiz Ordu.az-a məxsusdur

Teqlər: KXDR   ABŞ  

Xəbər lenti

KXDR ABŞ aviadaşıyıcısını batıra bilərmi? - ANALİZ

2018/01/us-south-korea-invincible-spirit-north-kim-5526621231_1515436257.jpg
Oxunub: 686     22:25     08 Yanvar 2018    