“Ermənistanın büdcəsi Azərbaycana qarşı kosmik kəşfiyyat aparmağa icazə vermir” – Belaruslu hərbi ekspert (Özəl)

2018/01/alesin-2102_1515411830435_4546293516.jpg
Oxunub: 6167     01:06     09 Yanvar 2018    
Ordu.az məşhur belarus ekspert, hərbi sahə üzrə aparıcı mütəxəssislərdən olan Aleksandr Aleyinlə özəl müsahibəni təqdim edir.

- 2017-ci ilin dekabrında Ermənistan hökuməti bu yaxınlarda yaradılan “Geokosmos” QSC-yə qonşu ölkələrin ərazisində kosmik kəşfiyyatın aparılması üçün 625 milyon dollar vəsait ayırıb. Bu məbləğ bənzər məqsədlər üçün yetərlidirmi?

- Əslində, bu məbləğin ayrılması məntiqsiz addımdır, nə peyk qurulması, nə onun zəruri aparatlarla təchizi, nə də istənilən ölkənin bu sənaye növü ilə məşğul olan raket daşıyıcısının buraxılışının ödənməsi üçün yetərli deyil. Burada fikir yaranır ki, böyük ehtimalla onlar ayrılan pullarla kosmik xəritələr, hər hansı istehsalçılardan kosmik fotolar alacaqlar. Yeri gəlmişkən, kosmik görüntülərin istehsalçıları sırasında Yerdən məsafəli zondlaşma üçün avadanlıqlarla təchiz edilən “BelKa” peykinə malik Belarus da daxildir. Peykin təyinatı yenilənən və təbii təbiət resurslarına nəzarət, torpaqdan istifadə və kənd təsərrüfatının istehsalını izləmək, faydalı qazıntıların axtarılması üçün prespektivli ərazilərin müəyyənləşdirilməsi, resurs və şelfin ekologiyasına (xarici sifarişçilər üçün) nəzarət, fövqəladə halların nəzarətdə saxlanılması, ətraf aləmin ekoloji nəzarətidir.

Lakin peykin daha az əhəmiyyətə malik olmayan təyinatı fotokəşfiyyat, ərazinin çəkişi, yüksək dəqiqliklə yer üzündə müxtəlif ərazilərin monitorinqidir. Peyk 50 santimetrədək olan obyektləri belə qeydə ala bilir. Belarus avadanlıqları ilə təchiz edilən daha bir “əkiz” peyk Rusiyaya məxsusdur. Hər iki ölkə öz kosmik məhsullarını üçüncü ölkələrə satmaq üzrə ticarət hüququna malikdir. Minsk məhz bu məhsulların istənilən ölkələrə satışı ilə məşğul olur. Erməni KİV-lərində İrəvanın kosmik məhsulları yalnız MDB ölkələrindən deyil, həm Rusiya, həm də üçüncü ölkələrdən alması qeyd olunur. İndiki vəziyyətdə bunu istisna etmək olmaz. Lakin Rusiya və Ermənistan arasında kosmik məkanın tədqiqatı və araşdırılması istiqamətində razılaşma var. Doğrudur, burada söhbət yalnız mülki məhsullar və mülki araşdırmalardan gedir. Lakin hazırki vəziyyətdə yağnınlardan xəbərdarlıq, təbii fəlakətlər, o cümlədən ərazidə hər hansı hərbi baza, hərbi obyektlərin olduğuna dəlalət edən görtüntüləri fərqləndirmək çətindir. Odur ki, Rusiya və Belarus bu görüntülərin satılması üçün yalnız namizəd ola bilər.

Hərçənd Ermənistan bu görüntüləri həmçinin Yerin torpaq sahəsinin üzünün köçürülməsi və kosmik görüntülərin satılması üzrə ixtisaslaşan Avropa Kosmik Agentliyindən də ala bilər. Məncə, belə görüntülər hətta Çində də var. Belə ki, Belarus Çin peyklərini də öz avadanlıqları ilə təchiz edib və onlar da yerdən məsafəli şəkildə zondlaşmaya qadirdir. Bu səbəbdən böyük ehtimalla Ermənistan bu kosmik görüntülərin alınmasını planlaşdırır, daha artığını deyil. Çünki bu şəkillərin işlənməsi də çox ciddi proqram təminatı və bahalı kompüterlərin istifadəsini tələb edir.


- Hərbi məqsədlərlə peyk şəkillərini hansı zaman məsafəsi ilə almaq lazımdır?

- Hər şey maliyyə məsələsindən asılıdır. 1 gün ərzində, məsələn, tank bölməsi 200 kilometr məsafə qət edə bilər. Təkər üzərində hərəkət edən qoşunları isə təbii olaraq daha çox. Təbii ki, əgər bu şəkillər həftədə bir dəfə və ya üç gündən bir, hətta gündə bir dəfə daxil olmasa, istənilən halda artıq gecikmiş olacaq. Potensial rəqibin qoşunlarının mövqeyinə dair monitorinq və kəşfiyyatın aparılması, onların hər hərəkətindən xəbərdar olmaq üçün daima bu şəkillərdən xəbərdar olmaq, daimi monitorinq aparmaq zəruridir. Əgər Ermənistan gün ərzində bir neçə belə şəkil alsa, onun buna büdcəsi yetməz. Böyük ehtimalla bu, informasiya müharibəsi elementi, potensial rəqibə təsir etmə cəhdi, ola bilər ki, əgər onun Ermənistana qarşı hər hansı niyyətləri varsa, onlardan çəkindirmə vasitəsidir. Məncə, bu, informasiya müharibəsi aktıdır.

- Bir belə görüntünün qiyməti neçəyədir?

- Dəqiq məbləği deyə bilmərəm. Lakin bir şəkilin qiyməti on minlərlə dollardır. Düşünürəm ki, beynəlxalq bazarda onlar Ermənistan üçün daha baha başa gələcək. Ermənistanın KTMT-yə daxil olduğunu nəzərə alaraq Rusiya onları Ermənistana daha ucuz sata bilər. Lakin istənilən halda qonşu ölkələrin və ya Azərbaycanın monitorinqi üçün 625 min dollar yetərli deyil, hətta artıq qeyd etdiyim kimi, belə fotoşəkillərin işlənməsi üçün belə bu məbləğ kifayət etmir.

Yerin məsafəli zondlaşdırılması üçün peyk avadanlığının qiymətinə gəlincə isə, onun qiyməti onlarla milyon dollardır. Belarusda belə avadanlıqların istehsalı ilə hələ Sovet dövründən məşğul olurlar və hələ o zaman Minsk Sovet İttifaqı üçün 37 belə komplekt istehsal edib. SSRİ-nin dağılmasından sonra birini özü, daha birini isə Rusiya üçün yaradıb. Yeri gəlmişdən, Belarus Çində də bənzər avadanlıqlar satıb. Belə ki, Çin bizim strateji müttəfiqimizdir.

- Kosmik kəşfiyyata qarşı hansı mübarizə vasitələri var?

- Elektron vasitələrlə optik avadanlıqlar üçün maneələr yaratmaq yetərincə çətindir. “Tüstü maskalanma vasitələri” adlanan anlayış var, bu vasitələr rəqibin “korlaşdırılması”, qoşun və fərqli obyektlərin, onların fəaliyyətinin gizlədilməsi, o cümlədən yanlış obyektlər haqqında təsəvvürün yaradılması məqsədilə istifadə olunur. Böyük buludluluq olanda optik avadanlıq bir işə yaramır. Ruslar optik kəşfiyyatdan əsasən öz strateji raket kompleksləri “Topol” və “Yars”ları mühafizə edirlər. Onları xüsusi maskalanma şəbəkərləri ilə gizləyir, yanlış təkər izləri və s. yaradırlar. “Yalançı” obyektlər, maketlərin nümayişi ilə də maskalanma növü var.


- Ermənistan “Geokosmos” QSC-ni 2016-cı ildə aprel döyüşlərindəki məğlubiyyətdən sonra yaratdı. Bu müharibədə erməni ordusunun silahlanma, döyüş hazırlığı, həmçinin kəşfiyyat sahəsində ciddi çatışmazlıqları aşkar edildi. Sizcə, Ermənistanın “kəşfiyyat məntəqəsi” erməni xüsusi xidmət orqanlarında mövcud olan boşluqları doldura biləcək?

- Müharibəyə hazırlaşan istənilən ölkə əks tərəfdəki ölkənin özünü necə apardığını, öz zərbələrini nəyə yönəltdiyini, onun tank və artilleriya qruplaşmaları və s.-dən xəbərdar olmaq istəyərdi. Ermənistanın Azərbaycanın xoş məramına inanmadığını nəzərə alsaq, təbii ki, ölkələr arasında etibarsızlıq hökm sürür. Ermənistan Azərbaycan qoşunlarının yerdəyişməsini izləyə bilmək üçün kosmik kəşfiyyat vasitələrinə sahib olmaq istəyərdi. Ermənistan öz gücü ilə çətin ki, bu istiqamətdə nə isə edə bilsin. Təbii, əgər işə Birləşmiş Ştatlar və Fransadakı erməni diasporları qarışsa, vəziyyət fərqli olar. Yalnız diasporun köməyi və təbii ki, Avropa İttifaqı və NATO-nun razılığı ilə Ermənistan hökuməti Yerdən məsafəli zondlaşmada yerləşən peyk quraşdıra bilər. Lakin bir sıra çətinliklər var. Burada yalnız peykin olması deyil, onu uğurla kosmosa göndərə biləcək ölkənin tapılması da zəruridir. Həmçinin peykin idarəsi və ondan məlumatların alınması üçün yerdə stansiyaya malik olmaq da mühüm məsələdir. O cümlədən bu məlumatların işlənməsi, istifadə olunmaq üçün hazır vəziyyətə gətirilməsini də təmin etmək lazımdır.

Beynəlxalq bazar, “Google” var, onlar praktiki olaraq dünyanın istənilən yerinin görüntülərini satır. Orada hətta öz evimizi də görə bilərik. Beynəlxalq peyk bazarı çox yaxşı inkişaf edib və burada şəkilərin satışı çox aktiv şəkildə həyata keçirilir. Belə görüntülərin tətbiq sahəsi çox genişdir. Məsələn, ruslar peykləri “İskəndər” kompleksləri, Suriyada istifadə etdikləri qanadlı raketlərin tuşlanması üçün istifadə edirlər. Yeri gəlmişkən, Rusiya formal olaraq mülki statusa malik peyk məlumatlarını, satmağa icazə verib. Lakin burada çətinlik var, görüntülərin hərbi, yoxsa mülki xarakterli obyektlərə aid olduğunu fərqləndirmək mümkün deyil. Lakin istifadəçi görüntünün nə üçün istifadə olunacağını bilir.

- Sizcə, kosmik fəzanın araşdırılması və istifadəsi sahəsində mövcud olan əməkdaşlıq barədə razılaşmanı nəzərə alaraq Rusiya öz peykinin yaradılmasına Ermənistana kömək edə bilərmi?

- Hesab edirəm ki, Rusiya və Belarusun bunu edəcəyi inandırıcı deyil. Onlar Ermənistana yalnız peyk görüntülərini sata bilərlər, daha artığı deyil. Rusiyanın öz kəşfiyyat peykləri qruplaşması var. Ermənistan onun nəyinə lazımdır? Moskva regionun bütün ölkələrinin ərazisində kosmik kəşfiyyat aparılması, Qafqaz haqqında ətraflı məlumata sahib olmaq üçün bütün zəruri vasitələrə sahibdir. Bu region Rusiya üçün çox vacibdir. Belə ki, ilk növbədə Yaxın Şərqə yaxındır. İkincisi, Gürcüstanln Rusiyaya qarşı (Abxaziya və Cənubi Osetiyada gərginlik hələ də qalmağa davam edir) xoşniyyətli olmayan mövqeyini və ABŞ-ın Gürcüstana artan marağını nəzərdən qaçırmaq istəmir. Qafqaz regionu Rusiya peyklərinin daimi nəzarəti altındadır.


- İrəvan kosmik peykləri yalnız Bakıya deyil, Ankara və Tiflisə qarşı da istifadə edə bilərmi?

- Düşünürəm ki, edə bilər. Mənə elə gəlir ki, Ermənistanı ilk növbədə onunla münasibətləri sıfır nöqtəsində olan və Azərbaycanla qardaş əlaqələrə malik Türkiyə maraqlandırır. Türkiyə ərazisindən çəkilən görüntülər Türkiyənin özü və Azərbaycana qarşı istifadə oluna bilər. Həmçinin Qərb çox böyük məmnuniyyətlə bu şəkilləri İrəvana satmağa razı ola bilər. Burada söhbət yalnız hərbi məqsədli görüntülərdən getmir, həm də mülki məqsədli görüntüləri unutmaq olmaz. Azərbaycanın potensialının möhkəmlənməsinə və onun Türkiyə ilə ticarət əlaqələrinin möhkəmlənməsinə səbəb olan istənilən mülki yüklər ermənilərin maraq dairəsindədir. Bu, Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrində tendensiyaların müəyyən olunması baxımından zəruridir.

Lakin belə peyk səmanın coğrafi stasionar orbiti yüksəkliyində yerləşə bilməz. Yerin torpaq qatını yaxşı şəkildə izləmək üçün o, böyük olmayan yüksəklikdə yerləşməlidir, bu səbəbdən daima bir sahədə dayana bilməz, davamlı olaraq yerdəyişməsi lazımdır.

Ciddi ölkələr kəşfiyyat üçün əsasən bütöv qrup peyklərdən istifadə edirlər və məncə, Azərbaycan üçün narahat olmağa səbəb yoxdur. Zənn edək ki, Ermənistanın cəmi bir peyki olacaq və belə olan təqdirdə o, davamlı olaraq Azərbaycan ərazisi üzərindən uçacaq. Lakin bu peykin olmadığı müddətdə cari dəhlizdə istənilən hər şeyi realizə etmək mümkün olacaq.

Yalnız çox varlı ölkələr bu və ya digər ərazisini daima izləməyə imlan verən peyk qruplaşmasına malikdir.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Peyk   Təxribat  


Bizi "telegram"da izləyin