Çini hərbi supergücə çevirən müharibə - ARAŞDIRMA

2018/01/pla_232432_1515262047.jpg
Oxunub: 1845     22:32     06 Yanvar 2018    
1979-cu il martın 16-da Çin-Vyetnam müharibəsi bitən zaman münaqişənin dəqiq bir nəticəsi yox idi. Hər iki tərəf də qalib gəldiyini iddia edir, Vyetnam isə Çinin Kamboca və Tailanddakı müttəfiqlərinə təzyiq etməyə davam edirdi. Nəticə etibarilə Çin Xalq Azadlıq Ordusu (XAO) 1980-ci illər ərzində Vyetnam sərhədində hücumlar edərək Vyetnama təzyiqlərini davam etdirdi. İtkilər 1979-cu il müharibəsi zamanı ölən 10 minlərə nisbətdə çox az olsa da, sərhəd boyunca görülən tədbirlər və əməliyyatlar hər iki tərəfdə ciddi itkilərə səbəb oldu.

Çinin 1980-ci illərdə Vyetnama qarşı apardığı əməliyyatlar əsasən 4 fazaya ayrılır. İlk mərhələdə Çin və Vyetnam sərhəddə mövqelərini gücləndirdi. Bu 1981-ci ilə qədər davam etdi. 1981-1987-ci illəri əhatə edən ikinci və üçüncü dövrdə sərhəd boyunca hücum yönümlü əməliyyatlar mərhələli şəkildə artırıldı. Sonuncu mərhələdə isə XAO artıq sərhəddən çəkilməyə başladı.

Çin təzyiqlərinin siyasi hədəfləri Vyetnamı Tailand və Kambocaya qarşı qoyduğu mövqeyinə görə cəzalandırmaq idi. Vyetnam əsgərləri Kambocaya girdikləri vaxtdan etibarən Çin qoşunları da eyni addımı atmağa başladı. Hərbi baxımdan isə, Çin sərhəd münaqişələrinə sərhəddəki ləvazimatlarını və yeni doktrinasını sınaqdan keçirməklə XAO-nu köhnə döyüş gücündən modern bir hala gətirmək yolu kimi baxırdı.

Bəzi mənbələrə görə, XAO-nun 1979-cu il müharibəsindəki performansı o qədər pis olub ki, Vyetnam komandirləri belə buna təəccübləniblər. Bunun başlıca səbəbi XAO-nun Koreya müharibəsindəki kimi köhnəlmiş hücum taktikalarından istifadə etməsi idi.

1979-cu il müharibəsindən sonra XAO-nun tərkibində xeyli sayda islahat və yenidənqurma işləri aparıldı. Əvvəlki rəhbərlik ləğv edildi və yeni zabitlər gətirildi. Nəhayət 1984-cü ildə vəziyyət bu islahatların sınağı üçün şərait yaratdı. 1983-cü ildə Den Syaopin Kamboca şəhzadəsi Norodom Sihanukla görüşdü. Şəhzadə Vyetnamlı əsgərlərin Kambocanın daxilində ciddi qələbələr qazandığına görə yardım istədi. Nəticədə, Den 1984-cü ildə hücum əməliyyatı üçün XAO-nu hərəkə keçirməyə qərar verdi.

Hücumun hədəfləri Laoşan və Zheyinşan zonasını tutmaq idi. Bütün hazırlıqlardan sonra 1984-cü ilin aprelin 28-də quruda hücum başladı. Beş piyada alayı Laoşanın ətrafındakı yüksəklikləri hücum edərək bir-bir ələ keçirdi. Alayaların böyük itki verməsi və 1979-cu ildəkinə bənzər taktikalardan istifadə etməsi əldə edilən uğurlara kölgə salırdı. Zeyinşana hücum etmək üçün hazırlanmış iki alay isə daha yaxşı nəticələr əldə etdi. Çevik əmrlər hücumların uyğun bir vaxta ertələnməsinə, hücumların böyük uğur əldə etməsinə və Vyetnamın bütün mövqelərinin ələ keçirilməsinə imkan verdi. Bu diviziyanın komandiri isə qısa müddətdən sonra XI Ordunun komandiri təyin edildi.

Vyetnamlılar Laoşan hücumlarında itirdikləri mövqelərini geri almaq üçün MD-84 kampaniyası ilə əks hücumlara başladılar. Onlar iyun və iyul aylarında Laoşanda Çin mövqeləri ilə üz-üzə gəldilər. Hesabatlara görə, bu hücumlardan sonra uğurun yalnız bir səbəbi Çinin hərbi modernizasiyaya getməsi olub.

Laoşan sektorundakı əməliyyatlar PLA-nın kəşfiyyat dəstələri arasında daha böyük fəaliyyət imkanlarının inkişaf etdirilməsi üçün də katalizator rolunu oynadı. Bir Vyetnam dəstəsinin 1984-cü ildə XAO-nun radarını sıradan çıxartmasından sonra, Den Syaopin XAO-nun Baş Qərargahından eyni imkanlara sahib olmasını tələb etdi. Bütün Çin hərbi regionlarına kəşfiyyat briqadaları formalaşdırmaq əmri verildi.

Nəticədə 15 kəşfiyyat briqadası yaradıldı. Bu briqadalar arxa hissələrə hücum etməkdə çox uğurlu idi. Bu briqadalardan əldə edilən təcrübə XAO tərəfindən daha sonralar öz xüsusi əməliyyat qüvvələrini yaratmaq üçün istifadə edildi.

Yekun olaraq, Çin-Vyetnam sərhəd müharibələri mənasız görünsə də, bu müharibə XAO-nun islahatları üçün effektiv sınaq oldu. Laoşan sektorundakı proseslər XAO-nun liderlik sahəsində yeni bir kadr formalaşdırmasına imkan yaratdı. Yeni texnologiyalar və təşkilati strukturlar sınaqdan keçirildi və islahalara uyğunlaşdırıldı.

Bir Çin generalının fikirlərinə görə, sərhəd münaqişəsi ona bir müharibəni modern metodlarla aparmaq arzusunu gerçəkləşdirməyə şərait yaratdı. Nəticədə deyə bilərik ki, 1979-1990-cı illərdəki Çin-Vyetnam sərhəd münaqişəsi, ləng bir ordudan modern XAO-nun ortaya çıxmasına səbəb oldu.

Ağalar Ağalarlı
Araşdırma Ordu.az-a məxsusdur

Teqlər: Çin-Vyetnam   Müharibə   Supergüc  

Xəbər lenti

Çini hərbi supergücə çevirən müharibə - ARAŞDIRMA

2018/01/pla_232432_1515262047.jpg
Oxunub: 1846     22:32     06 Yanvar 2018    