"Triton"lar Rusiyanın qərb sərhədlərində vəziyyəti necə dəyişəcək? – ANALİZ

2018/01/1512688904_1345345_1515237030.jpg
Oxunub: 7836     19:10     06 Yanvar 2018    
Hər həftə "Voyennoye obozrevaniye" nəşri və digər Rusiya xəbər agentliklərinin səhifələrində Britaniya və Amerikanın RC-135 V/W "Rivet Joint" radio-elektron və optik-elektron kəşfiyyat, P-8A "Poseidon" patrul və RQ-4A/B pilotsuz strateji kəşfiyyat təyyarələrinin fasiləsiz olaraq Krım və Kalininqrad hava sərhədlərinə yaxın ərazilərdə uçuşlar həyata keçirdiyi barədə yazılar dərc olunur.

Rusiyaya məxsus S-300PM1/B4 və S-400ZRK radar stansiyalarının əlaqələrini, taktiki rabitə kanallarını, RTQ və ZRQ arasındakı məlumat mübadiləsini ələ keçirmək, analiz etmək və yekun rəqəmsal rabitə bazasının yaratmaq məqsədilə həmin təyyarələr hər həftə onlarla saat Qara və Baltik dənizləri üzərində neytral hava məkanında uçuşlar həyata keçirir.

Donbas təmas xəttindən 25-60 km aralıda RQ-4A "Global Hawk" strateji pilotsuz təyyarəsi və Krımdan 10 kilometr aralıda P-8A "Poseidon" patrul təyyarəsi kəşfiyyat uçuşları həyata keçirir. Onların vəzifəsi sahil hərbi obyektlərinin uzaqdan elektron kəşfiyyat vasitəsilə kəşfiyyatını aparmaqdır.

RQ-4A "Global Hawk" strateji pilotsuz təyyarəsində daha yüksək keyfiyyətli kəşfiyyat aparmaq üçün burun hissəsində dönən silindrik modul yerləşdirilib. Çokspektrli kompleks SYERS-2B/S daha artıq işıq gücünə malikdir, yaxınlaşdırma əmsalı isə OBC (“Optical Bar Camera”) standart optik kəşfiyyat kamerasında olduğu kimi 40x-dən bir az artıqdır. Bu kompleks ideal imkanlarını maksimum şəffaf atmosfer, yəni normal hava şəraitində nümayiş etdirə bilər. Təyyarə 15,5-18,5 km yüksəklikdə, 150-200 km məsafədən obyektlərin fotolarını keyfiyyətə xələl gətirmədən çəkə bilir. Mariupoldan 25 km aralıda olan "UAVGH000" ləqəbli RQ-4A "Global Hawk" təyyarəsi kəşfiyyat uçuşu zamanı SYRERS-2B/C kompleksi vasitəsilə asanlıqla Yeisk və Taqanroqdakı Rusiya hərbi infrastrukturunu müşahidə edə bilər, bu isə narahatlıq doğurmaya bilməz. P-8A "Poseidon"a gəldikdə isə, bu təyyarə əsasən, Sevastopol və Feodosiya yaxınlığında kəşfiyyat aparır. Bu təyyarələrdə əsas vurğu əsasən SPO/PEP AN/ALQ-240 (V1) tipli gövdə elektron kəşfiyyat stansiyasına, eləcə də AN/APY-10 (rəsmi indeks AN/APS-137D (V5)) markalı radiolokasiya stansiyasına edilib.


APY-10 parabolik antenna barmaqlıq (klassik radar növü) tipində olmasına baxmayaraq, onun səmərəliliyi və məhsuldarlığı çox yüksək səviyyədə qalır. Xüsusilə pik gücünün 50 kW və X santimetrlik iş diapazonuna malik olması həlledici rol oynayır. Bu iki parametr müasir rəqəmsal kompüter ilə birlikdə standart rejimli dəstək rejimində 3,5 m və İSAR rejimində ("tərs sintetik apertura") isə 1 metr dəqiqliyə nail olmaq üçün imkan verir. Eyni zamanda, "freqat" tipli hədəf 270 km məsafədə aşkar edilə bilər. Həmçinin MH-20HD turrel televiziya kompleksi də istifadə oluna bilər. Lakin hətta güclü 60-70 dəfə optik yaxınlaşdırmaya baxmayaraq faydası çox olmayacaq.

"Global Hawk"dan kəşfiyyat yüksəkliyi daha az - 12 km olnan "Poseidon" amerikalılar Krım sərhədlərinə çox yanaşmalıdır ki, atmosfer şəşəffaflığını təmin etsin. Amerikalılar isə bunu etməkdən çəkinirlər və bu anlaşılandır. Az və ya çox inamlı optik kəşfiyyatı P-8A təyyarələri Çin tərəfindən təyin olunan "9-cu qırıq xətt" ərazisində, Cənubi Çin dənizindəki mübahisəli Spratli arxipelaqında apara bilirlər. Buna səbəb isə Vyetnam, Malayziya, İndoneziya və Filippinin ABŞ-a bu məsələdə hərbi və siyasi dəstək verməsidir.

Eyni zamanda, "Global Hawk", "Rivet JDC" və "Orion”un son modifikasiyası tezliklə Baltik, Barents və Qara dəniz sahillərinə yaxın yerləşən Rusiya Hərbi Dəniz Qüvvələri, Aerokosmik Qüvvələr və Quru Qoşunlarına narahatlıq gətirən yeganə "kəşfiyyat triada"sı olmaqdan çıxacaq. 2017-ci ilin oktyabrında "Northrop Grumman" korporasiyanın mənzil qərargahı məlumat verdi ki, strateji patrul PUA olan MQ-4C "Triton" ilk seriyasına qanad quraşdırılmasını həyata keçirir. Bu xəbər, mütəxəssislərin iyun ayında elan etdikləri "Northrop" planları və 2018-ci ilin əvvəlində ilk seriya istehsalı aparatların fəaliyyətə hazır olma planları ilə üst- üstə düşür və hazırda onlar cədvələ uyğun hərəkət edirlər.

PUA-ların hazır vəziyyətə gətirilməsinin həlledici mərhələlərindən biri "Increment 3.1" kompüter proqramı təminatının tətbiqi ilə əlaqədar bütün radar və optik-elektron sistemlərlə bərabər naviqasiya sisteminin sinxron çalışmasını təmin etməkdən ibarətdir. Bu isə yaxın aylarda ilk MQ-4S "Triton" Asiya-Sakit okean, Şimali Amerika və Avropada səfərbər edilə bilər. Bu, Rusiya üçün nə deməkdir?

Təbii ki, Sakit, Şimal, Baltik və Qara dənizdə əsas dəniz bazalarının yaxınlığında, eləcə də Aralıq dənizinin şərqində və Qırmızı dənizdə kəşfiyyat uçuşlarının sayı Rusiyanı narahat edir. 2017-ci ilin sonunda Misir hava limanlarını Rusiya taktiki aviasiyasının istifadəsi haqqında saziş imzaladı və Sudan Rusiyaya öz ərazisində böyük hərbi baza inşa etməyə icazə verdi. Ancaq əsas məsələ yeni "Triton"dan istifadə edərək kəşfiyyat əməliyyatlarının sayının artırılmasını hesab etmək düzgün deyil, əsas məsələ hər bir PUA-nın havada qalma müddəti və radioelektron vasitələrin imkanlarıdır. 11 min kilometr - xüsusilə, xarici mənbələrə görə, ABŞ Hərbi Dəniz Qüvvələrində istifadə olunan baza "Triton"un fəaliyyət radiusu 4445 kilometr idisə, yeni modeldə bu radius 9000-11000 kilometrə çatdırılıb. Bu nəticə qanad ucları arası məsafəni 39,9 metrə çatdıraraq daha böyük yanacaq həcminə nail olmaqla əldə olunub. Bildiyimiz kimi, bu dizaynın xüsusiyyətləri stratosferdə uçan zaman yük daşıma imkanlarını artırır və yanacaq sərfiyyatına qənaət etməyə imkan verir.


Nəticədə, Siqonella aviabazasından qalxan bir MQ-4S "Triton" Donbas ərazisindəki təmas xətti boyunca bir neçə dövrə vurduqdan sonra Baltika səmasında - Kalininqrad və Leninqrad vilayəti üzərində bir neçə saat kəşfiyyat apapa bilər.

Bir neçə ayrı radiolokasiya sistemi "Triton"da yenilənib - AN/ZPY-3 MFAS əvvəlki AN/ZPY-2 MP-dən fərqli olaraq İSAR aperturası da daxil əlavə bir neçə yeni rejimlərə sahiblənib. Bu isə 0.5-1 metr dəqiqliklə freqat və esmineslərin deyil, hətta kiçik patrul və raket katerlərinin dəqiq üç ölçülü fotolarını ən çətin meteroloji şəraitdə belə əldə etməklə yanaşı, onların radiolokasiya stansiyalarının çalışıb- çalışmadığını fərqləndirməyə imkan verir.

Ən yüksək görüntü bir çox elementli aktiv mərhələli barmaqlıq antenindən istifadə edərək santimetrlik X-band əməliyyatının inteqrasiyası ilə əldə edilir.

Amerika mənbələrinin informasiyasına görə MFAS-ın imkanları MP-RTIP səviyyəsində qalır: böyük dəniz və quru hədəfləri üçün göstərilən rəsmi instrumental məsafə 370 km-dir.

AN/ZPY-2 və AN/ZPY-3 radarlarının dönmə mexanizmlərində prinsipial fərqlər var.

Məsələn, PUA kəşf ediləcək və ön yarımkürədə olan hədəfə yaxınlaşdıqda radiolokasiya stansiyasını işə salır. "Global Hawk" üçün oxşar patrul konfiqurasiyası fantastikadır, çünkü AN/ZPY-2 radarı aparatın uzununa oxu boyunca yalnız sağ və ya sol yarımkürəsi tərəfə firlana bilir. Bunun üçün PUA sağ və ya sol tərəfini kəşf olunan hədəfə (əks halda arxa və ön yarımkürədə 60° sektorda iki ölü zona formalaşır) tərəf çevirməlidir.

Yuxarıda göstərilənlərdən məlum olur ki, MQ-4S "Triton" daha inadkar radiotexniki və çox diapazonlu optik vasitədir və Rusiya sərhədlərində RQ-4A-dan daha uzun müddət iştirak edəcək.

Nəzərə alsaq ki, MFAS radarı daha çox su üzərindəki hədəflər və obyektlərlərlə işləmək üçün "əsaslandırılıb", o zaman "Triton" radarının bütün aktiv və müasir elektron müdaxilələrini təsirsiz hala gətirəcək sahil, hərbi donanma qurğularının və əlahiddə döyüş gəmilərinin təkmilləşdirilməsi barədə düşünmək vaxtıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Triton   ABŞ-Rusiya  


Bizi "telegram"da izləyin